
NOVRUZ BAYRAMINIZ VƏ POEZİYA GÜNÜNÜZ MÜBARƏK OLSUN!
Bu dünyada hər şeyin dəyəri var və eyni zamanda heç nəyin dəyəri yoxdur…
Bildiyimiz kimi hər şeyin artığı zərər gətirir. Elm – məntiq də insanlığa xidmət etməyəndə dünyanın, həyatın dəyərini gözümüzdən salır əslində.
Son dövrlərdə baş verən hadisələr deyir ki, elmin bir adı məntiq olduğu kimi, o biri adı da siyasətdir, insana dünyanı özünə tabe etdirməyin qaranlıq və təhlükəli yollarını göstərir, insanı hesablı yaşamağa öyrədir. Hesablı yaşam isə insanlığın süqutudur.
Son illər hamı məntiqi ilə yaşamağa başlayıb. Hamı hər sahədə ilinin, gününün, hətta saatının hesabını aparır (maddi, mənəvi)… Mənim fikrimcə xoşbəxt o insandır ki, sabahı fikirləşmir, bugününü yaşayır. Hər dəqiqənin bir hökmü var, 1 dəqiqə sonra nə olacağını kim bilir?…
Biz türklər istiqanlı və duyğulu millətik, amma heyiflər olsun ki, dünyada hamı belə deyil.
Arzu ediləm ki, elə bir dövr gəlsin ki, məntiqlə duyğu arasında tarazlıq olsun. Bax, məhz o zaman İNSANLIĞIN ən böyük uğuru olacaq…
Yaşasın, ağılı, məntiqi qədər də duyğuları ilə yaşayan və yaradıcılığı, sənəti duyan, sevən insanlar! Dünyanı səmimiyyətilə, məhəbbətilə xilas edənlər də məhz onlar olacaqlar. Belə insanların hamısı ŞAİRdir – heykəltəraş daş üzərində, bəstəkar səsdə, rəssam rəngdə, onları diyanlar isə həyata, sənətə, insana və insanlığa baxışları ilə “şeir yazır.”
Poeziya həyatın döyünən ürəyidir. Poeziya duyğudur, hissdir, ruhdur. Poeziya sübut edir ki, dünyada hər şeyin birmənalı şəkildə dəyəri var.
Ruhsuz bədənlər isə “ölü”dür.
Təbiətin rəngini çəkmək asandır şair üçün, bu siyasətin itmiş rənginə bənzəmir…
Əziz və hörmətli feysbuk dostlarım! Ömür kitabınızın ən gözəl yerindən – Novruzun ilk günündə SAĞLAM RUH, SAĞLAM BƏDƏN və MÜBARƏK GÜNLƏR sizin olsun!
Novruz Bayramınız və Poeziya Gününüz mübarək olsun!
Hörmətlə: Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru