“Yurd yeri” kitabından

Əməkdar müəllim ” Qızıl qələm ” mükafatı laureatı Əzimov Səlim Köçəri oğlunun
” Yurd yeri ” kitabına istinadən,
VII Bölü

TÖVSİYƏLƏR

“Alicənab adamlardan gözlənilən ən böyük kəramət, lütf və mərhəmət ondan ibarətdir ki, bu kitabı nəzərdən keçirdikdə bir səhv, ya anlaşılmazlığa rast gəlsələr, zəhmət çəkib onu düzəltsinlər, əvvəlcədən bizim üzr və təşəkkürümüzü qəbul etsinlər. Allah qoysa, belə də olar”.

Nəsirəddin Tusi, “Əxlaqi Nasiri”

Hər xalqın mənəvi, dini, siyasi siması daha dolğun şəkildə təşəkkülünü onun öz vətənində tapır. Xalq özünün milli və ümumbəşəri əhəmiyyətli dəyərlərini də öz vətənində yaradır. İnsan təlim-tərbiyə ala-ala inkişaf edir, vətəninə xidmət edir. Vətən mənim tərcümeyi-halımdır, şanlı keçmişim, bu günüm, gələcəyimdir.

Mən bugün özümü ona görə xoşbəxt hesab edirəm ki, 1951-ci ildən bu günə kimi vətənimə bir müəllim kimi, bir ziyalı kimi xidmət etmişəm və edirəm. Vaxtilə dərs dediyim şagirdlərimdən bu gün həyatda namusla oxuyan, işləyən, xalqına, vətəninə xidmət edənlər çoxdur. Mən müəllim adı, peşəsi ilə həmişə fəxr etmişəm. Vaxtilə Azərbaycanın çox böyük maarifçi ziyalılarından olan Həsən bəy Zərdabidən soruşurlar ki, “hansı sənət, peşə daha yaxşıdır”? Böyük maarifçi ziyalı cavab verir ki, “əgər məndən soruşsalar ki, hansı peşə daha yaxşıdır, fikirləşmədən deyərəm ki, müəllimlik”.

Bəli, müəllim adı bütün dövrlərdə şərəfli olmuşdur. Bunları deməkdə məqsədim odur ki, mən də bir müəllim kimi həm öz kəndimizdə, həm də oxumağa bizim məktəbə qonşu kəndlərdən gələn xeyli gəncə həyat vəsiqəsi vermişəm. Onların içərisində çox böyük əmək, müxtəlif peşə sahibləri, elm adamları, xadimləri var. Onların içərisində vətənimizi göz bəbəyi kimi qoruyan, vətənin yolunda canından keçən, əməyi, qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilənlər də vardır.
Aşağıda oxuculara təqdim etdiyim siyahı yaxın son illərdə məktəbi bitirənlərdir. İşlədiyim 1951-ci ildən 1973-cü ilə kimi Novruzlu kənd orta məktəbini bitirənlərin siyahısı əldə yoxdur. Ağdam-Novruzlu murdar ermənilər tərəfindən işğal olunanda başqa əşyalar, sənədlərlə bərabər, məktəbin rəsmi sənədləri də məktəbdə qaldı, əldən çıxdı.

Əziz gənclər!

Siz, cavan və sağlam olduğunuz zaman yaşlıları başa düşmək o qədərdə asan olmur. Onlar çox həssas, uşaq kimi küsəyən olurlar. Sizin həyat və geyim tərziniz, dinlədiyiniz musiqi onların xoşuna gəlmir. Amma əziz gənclər, dostlar, siz balaca olarkən nənə, baba, ana və atanız daim yanınızda olurdular. Onlar sizi sevir, gecələr nağıl danışır, gəzməyə aparır, qayğınıza qalırdılar. İndi isə siz onlara öz məhəbbət və qayğınızla cavab verməlisiniz. Rollarınız dəyişib, amma mahiyyət eynidir. Daha güclü və imkanlılar ehtiyac olanlara kömək edir.

Bilməlisiniz ki, yaşlıların belə davranışının da səbəbləri

var. Heç bir yaşlı insan özünü qoca kimi qəbul etmir. Ruhən onlar özlərini cavan hiss edir, onlarında öz arzuları və ideyaları var. Onlar ünsiyyətə və dostluğa ehtiyac hiss edirlər. Onların istəklərinə diqqətlə yanaşın. Sizin işlərinizlə maraqlandıqları zaman etinasızlıq göstərməyin. Təəssüf ki, yaşlı insanlar adətən çox şıltaq olurlar.

Buna görə onlara hirslənməyin, vaxt gələcək, siz də yaşlanacaqsınız. Yaşlı insanların şıltaqlıqlarının əsas səbəbi onlara yetərli dərəcədə diqqət yetirməməyinizdir. Onları sevdiyinizi söyləyin, tez-tez onlardan məsləhətlər alın, süfrə arxasında onları mütləq başda oturdun. Yaşlılar keçmişləri haqqında danışmağı çox sevir, onlara cavanlıqları haqqında suallar verin. Adətən, yaşlıların boş vaxtı çox olur. Bizim məqsədimiz onlara boş vaxtlarını səmərəli keçirməkdə kömək etməkdir. Yaşlı insanlar uşaq kimidir. Onları da uşaq kimi əzizləyin.

Unutmayın ki, yaşlılıq tək valideynlərimizə, nənə-babalarımıza aid deyil, o, gələcəkdə bizim hər birimizi gözləyir. Unutmayın ki, övladlarınız sizin yaşlılara qarşı davranışınızı özlərinə nümunə götürürlər.

Yaşlılara həmişə hörmətlə yanaşın. Danışanda sözləri asta-asta, amma yüksək səslə deyin. Onlari əzizləməyi unutmayın, tez-tez qucaqlayın, yanlarında oturun, gözəl sözlər deyin.

Hər biriniz gələcəkdə yaşlı olacağınızı unutmayın!

Bunları deməkdə məqsədim odurki, insanın daxili və xarici aləminə, psixoloji durumuna, doğulub boya-başa çatdığı təbii məkanın böyük təsiri vardır. Dünyaya gələn hər bir adamın keçəcəyi həyat yolunda ailə tərbiyyəsinin böyük rolu vardır. Tanımadığın adam biri-biri ilə tanış olanda soruşur ki, harlısan, kimlərdənsən?!

Su aydınlıqdır, çay axıb getdiyi ərazilərdə bar-bəhər gətirməklə insanlara həyat verir. Sizində əməlləriniz su kimi şəffaf, aydın olsun.

Bir kənddə yaşamaqla yanaşı, 1951-ci ildən Novruzlu kənd orta məktəbində müəllim, dərs hissə müdiri, direktor işləmişəm. Dağlıq Qarabağ hadisələrinin günahsız qurbanları olduq. Vətəndə vətənsiz yaşadıq. Çox eybəcərliklər gördük. Qulaqlarımız çox sözlər eşitdi. Biz büdrədik, amma yıxılmadıq. Böyük şairimiz Məmməd Araz demişkən:

Bu gün gərək

Hər anımız «Vətən» desin.

Qılıncımız, qalxanımız «Vətən» desin

Ölənlərin əvəzinə,

Qalanımız Vətən» desin!

Mənə belə gəlir ki, aşağıdakı siyahıda gənclərin bir qrupu öz adını, soyadını görəcək, fikirləri keçən günlərə, yurd yerlərinə gedəcək. Əziz gənclər, keçən günləri xatırlayın, gələcəyin yollarını fikirləşin, düşünün, Qarabağda, Ağdamda, Novruzluda yaşamağa nail olun!

Aşağıda, göstərilən siyahını oxuyun, bir-birinizi xatırlayın, imkan daxilində bir-birinizi axtarıb, tapın.

1974-1993-cü illərdə Novruzlu orta məktəbini bitirənlər
Adı, soyadı, atasının adı

1 Atayeva Ellada Əmikişi qızı

2 Atayeva Mariya Tofiq qızı

3 Abışova Həcər Bəhmən qızı

4 Abdullayeva Nəsiyət Lətif qızı

5 Abdullayev Adil Əli oğlu

6 Axundova Ədibə İlyas qızı

7 Abdullayeva Gülsəba Yusif qızı

8 Abbasov Nazim Təyyar oğlu

9 Abdullayev Tofiq Hüseyn oğlu

10 Abışov Qurban Haqverdi oğlu

11 Atayeva Nuridə Tofiq qızı

12 Abbasova Elyana Təyyar qızı

13 Abdullayev Teyyub Xanış oğlu

14 Abışova Təranə Xanlar qızı

15 Abdullayeva Rafilə Lətif qızı

16 Abışova Pəri Bəhmən qızı

17 Abışov Aslan Haqverdi oğlu

18 Abbasquluyeva Çiçək Abdulla qızı

19 Abdullayeva Aidə Əli qızı

20 Atayev Vəliyəddin Tofiq oğlu

21 Atayev Mehman Sahab oğlu

22 Abdullayev Aqub İxtiyar oğlu

23 Adullayev Ramiz Əli oğlu

24 Abdullayev Qədir Əsgər oğlu

25 Atayeva İfadə Əmikişi qızı

26 Atayeva Rafət Əliağa qızı

27 Axundova Esmira İlyas qızı

28 Abışov İlham Haqverdi oğlu

29 Abdullayev Şakir Yusif oğlu

30 Abışova Zəhra Bəhmən qızı

31 Abışova Gülüstan Xanlar qızı

32 Abdullayeva Nüşabə Yaqub qızı

33 Abdullayeva Əfiqə Lətif qızı

34 Abdullayev Nazir Əsgər oğlu

35 Abbasov Loğman Təyyar oğlu

36 Abbasquluyev Tahir Abdulla oğlu

37 Atayev Ələddin Əmikişi oğlu

38 Abdullayeva Rahilə Əli qızı

39 Abdullayeva Nuriyə İxtiyar qızı

40 Abbasova Dilbər Şafa qızı

41 Abdullayev Yadigar Lətif oğlu

42 Abdullayev İnqilab Əli oğlu

43 Abdullayev Adil Əsgər oğlu

44 Abdullayeva Südabə Yaqub qızı

45 Abdullayeva Rahilə Xanış qızı

46 Abışov Ziyəddin Müstəcəb oğlu

47 Atayev Yamən Əliağa oğlu

48 Atayev Osman Sahab oğlu

49 Atayev Sədrəddin Tofiq oğlu

50 Abdullayev Rəfail Xanış oğlu

51 Abbasquluyeva Gülnarə Abdulla qızı

52 Abışova Maya Bəhmən qızı

53 Atayev Xosrov Sahab oğlu

54 Abışova Sevil Haqverdi qızı

55 Abbasova Süsən Təyyar qızı

56 Abışov İsmayıl Xanlar oğlu

57 Abdullayev Məzahir Xanış oğlu

58 Abdullayev Mahir Əsgər oğlu

59 Abdullayeva Emeliya Əli qızı

60 Abdullayeva Mahirə Zakir qızı

61 Abdullayeva Zeynəb İxtiyar qızı

62 Atayev Xaləddin Əmikişi oğlu

63 Abışov Zəfər Müstəcəb oğlu

64 Abışov Maarif Haqverdi oğlu

65 Atayev Yaməddin Əliağa oğlu

66 Atayev Nəsiyəddin Tofiq oğlu

67 Abdullayeva Rəsmiyyə Əsgər qızı

68 Axundov Habil İlyas oğlu

69 Abışov Mayıl Xanlar oğlu

70 Abdullayeva Lətafət Xanlar qızı

71 Abbasova Mirvari Şafa qızı

72 Abışova Şuxvarə Bəhmən qızı

73 Aslanov Tufan Cəmil oğlu

74 Atayeva Nəcibə Sahab qızı

75 Atayev Ramiyəddin Əliağa oğlu

76 Abbasquliyev Əli Abdulla oğlu

77 Abdullayev Qaryağdı Əsgər oğlu

78 Axundov Cahid İlyas oğlu

79 Atayev Bəxtiyar Əliağa oğlu

80 Abışova Əfruz Xanlar qızı

81 Abdullayev İsa Xanlar oğlu

82 Atayev Əliyar Fəqan oğlu

83 Atayeva Nəcibə Sahab qızı

84 Abbasov Şükür Şafa oğlu

85 Abdullayeva Zülfiyyə Yaqub qızı

86 Ağayev Şəmsi Aydın oğlu

87 Atayev Vüqar Əlfirid oğlu

88 Abbasquliyev İsmayıl Abdulla oğlu

89 Abdullayeva Könül Zakir qızı

90 Abdullayev Namiq Nəsib oğlu

91 Abdullayeva Sevinc Vaqif qızı

92 Abdullayev Habil Xanış oğlu

93 Abışov Xəlil Müstəcəb oğlu

94 Abbasova Kifayət Şafa qızı

95 Axundova Gülşən İlyas qızı

96 Ağayeva Aynurə Aydın qızı

97 Atayeva Yeganə Fəqan qızı

98 Abışov Elşən Xanlar oğlu

99 Abdullayev Cavanşir Vaqif oğlu

100 Abdullayev Ayaz Yaqub oğlu

101 Atayeva Mədinə Fəqan qızı

102 Abışova Gülşən Bəhmən qızı

103 Axundov İlham İsa oğlu

104 Abdullayeva Səbinə Nəcib qızı

105 Abdullayeva Xuraman Həmid qızı

106 Abdullayeva Təranə Zakir qızı

107 Abdullayev Fikrət Xanış oğlu

108 Abdullayev Mail Yusif oğlu

109 Abdullayev Mobil Xanış oğlu

110 Axundov İmran İsa oğlu

111 Atayev Ramil Əlaslan oğlu

112 Abışova Arzu Müstəcəb qızı

113 Abdullayev Rafiq Tağı oğlu

114 Abdullayeva Ruhiyyə əsgər qızı

115 Abdullayev Məhəmməd Fərrux oğlu

116 Ağayeva Aliyə Aydın oğlu

117 Atayeva Afət Fəqan oğlu

118 Abışova Vəfa Tahir qızı

119 Axundova Cəmilə İsa qızı

120 Abdullayeva Vüsalə Aqub qızı

121 Abışova Vəsilə Tahir qızı

122 Bayramov Nazim Qosdan oğlu

123 Bayramova Ramilə Əlqan qızı

124 Bayramova Jenya Qəzənfər qızı

125 Bayramova Lətifə Şura qızı

126 Bayramov Nazım Fəqan oğlu

127 Bayramova Rübabə Şura qızı

128 Bayramov Müzəffər Qəzənfər oğlu

129 Bayramova Nailə Qosdan qızı

130 Babayeva Nisə İmamqulu qızı

131 Bayramova Təranə Vaqif qızı

133 Bayramov Nəriman Qəzənfər oğlu

134 Bayramova Ruhiyyə Əlqan qızı

135 Bayramov Afiq Qosdan oğlu

136 Bayramova Gülgəz Şura qızı

137 Bayramova əntiqə İbrahim qızı

138 Bayramov Yavər Mustafa oğlu

139 Bayramova Almaz Qəzənfər qızı

140 Bədəlov Rizvan Fazil oğlu

141 Bayramova Təzəgül Şura qızı

142 Bayramova Nuranə Vaqif qızı

143 Bayramova Fəxriyyə Mustafa qızı

144 Bayramov Faiq Əlqan oğlu

145 Bayramova Nərminə Vaqif qızı

146 Bayramov Mahir Hümbət oğlu

147 Bayramova Gülşən Fəqan qızı

148 Bədəlova Reyhan Fazil qızı

149 Bayramov Asəf Mustafa oğlu

150 Bayramova Zümrüd İbrahim qızı

151 Bayramov Kənan Qosdan oğlu

152 Bayramov Habil Nağı oğlu

153 Bayramov Gündüz Şura oğlu

154 Bayramov Fikrət Əlqan oğlu

155 Bədəlova Ceyran Fazil qızı

156 Bayramov Şəmsiyə Mustafa qızı

157 Bayramov Mübariz Nağı oğlu

158 Bayramov Alişan Fəqan oğlu

159 Bayramov İslam Qosdan oğlu

160 Bayramov Bayram İbrahim oğlu

161 Bayramov Azər Mustafa oğlu

162 Bayramov Musa Nurəddin oğlu

163 Bayramov Mobil Mütəllim oğlu

164 Bayramov Fikrət Mustafa oğlu

165 Bayramova Mehbarə Nürəddin qızı

166 Bayramova Aidə Nağı qızı

167 Bədəlova Zümrüd Fazil qızı

168 Bayramov Zaur Yaqub oğlu

169 Bayramova Rəfiqə Nürəddin qızı

170 Bayramov Şamil Mütəllim oğlu

171 Bədəlova Hürü Fazil qızı

172 Bayramova Sevinc Mütəllim qızı

173 Bayramova Zibeydə Mustafa qızı

174 Bayramova Elmina Yaqub qızı

175 Bayramov Emil Yaqub oğlu

176 Bayramova Gülşən Nurəddin qızı

177 Bayramova Aygün Nurəddin qızı

178 Bayramova Vəfa Mütəllim qızı

179 Verdiyev Əli Əşrəf oğlu

180 Vəliyeva Gülnarə Şahmar qızı

181 Vəliyeva Şəhla Əşrəf qızı

182 Vəliyev Şahlar Şahmar oğlu

183 Verdiyev Adil Əşrəf oğlu

184 Vəliyev Rövşən Şahmar oğlu

185 Vəliyev Rəhim Şahmar oğlu

186 Vəliyeva Nəzakət Cahangir qızı

187 Vəliyeva Həcər Şahmar qızı

188 Vəliyev Elgiz Cahangir oğlu

189 Vəliyeva Xuraman Şahmar qızı

190 Vəliyeva Mətanət Cahangir qızı

191 Vəliyeva Elnarə Şahmar qızı

192 Vəliyev Qədir Şahmar oğlu

193 Quliyev Vidadi Pəniş oğlu

194 Qurbanov Sahib Qocay oğlu

195 Qurbanov Əhəd Hidayət oğlu

196 Quliyeva Pərişan Xamiz qızı

197 Quliyeva Cəmilə Cəlil qızı

198 Quliyeva Qızıngül Rəşid qızı

199 Quliyev Faiq Xamiz oğlu

200 Quliyeva Əntiqə Məhəmmədəli qızı

201 Quliyeva Fatma Kamal qızı

202 Quliyev Amanxan Rəşid oğlu

203 Qasımov Əsgər Məhəmməd oğlu

204 Quliyeva Sevda Məcid qızı

205 Qasımov Teylor Fətiş oğlu

206 Qurbanova Nəzakət Hidayət qızı

207 Quliyeva Səadət Pəniş qızı

208 Qasımov Şakir Qədir oğlu

209 Quliyeva Lətafət Pəniş qızı

210 Quliyev Rövşən Oqtay oğlu

211 Quliyev Taleh Kamal oğlu

212 Qurbanov Nayib Qaçay oğlu

213 Qurbanov Əkbər Hidayət oğlu

214 Quliyev Əmirxan Rəşid oğlu

215 Qasımova Şərifə İnkişaf qızı

216 Quliyeva Ema Xəqani qızı

217 Quliyev Rəhim Qulu oğlu

218 Quliyev Saleh Kamal oğlu

219 Qurbanov Pənah Hidayət oğlu

220 Quluyev Əvəz Qulu oğlu

221 Quliyev Məmmədxan Rəşid oğlu

222 Quliyev Mübariz Oqtay oğlu

223 Qasımov Həbib İnkişaf oğlu

224 Qurbanov Sabir Hidayət oğlu

225 Qurbanov Amil Şamil oğlu

226 Quliyev Rövşən Xəqani oğlu

227 Qasımov Cabir Hacı oğlu

228 Quliyeva Tofiqə Qulu qızı

229 Quliyev Balaxan Rəşid oğlu

230 Qurbanov Rafil Şamil oğlu

231 Qasımov Tələt İnkişaf oğlu

232 Quliyev Vüqar Xumuş oğlu

233 Quliyev Araz Xəqani oğlu

234 Quliyeva Sevinc Füzuli qızı

235 Qasımova Nəcibə Hacı qızı

236 Qurbanova Familə Hidayət qızı

237 Quliyev Ələkbər Qulu oğlu

238 Quliyeva Səadət Məhəmməd qızı

239 Qurbanova Kəmalə Şəmil qızı

240 Qurbanov Hafiz Şəmil oğlu

241 Qasımov Səməd İnkişaf oğlu

242 Quliyev Vüqar Oqtay oğlu

243 Quliyeva Əsmayə Füzuli qızı

244 Qasımov Cahid Hacı oğlu

245 Qurbanov Elbrus Yavər oğlu

246 Qurbanova Kəmalə Hidayət qızı

247 Quliyeva Ofeliya Mirzalı qızı

248 Quliyeva Alidjanə Mirzalı qızı

249 Quliyeva Saidə Qulu qızı

250 Qurbanova Nailə Şamil qızı

251 Qasımov Ramiz Hacı oğlu

252 Quluyev Firudin Xəqani oğlu

253 Quluyeva Aybəniz Yavər qızı

254 Qurbanov Mais Şamil oğlu

255 Quluyeva Canxama Mirzalı qızı

256 Qasımov Əliş İnkişaf oğlu

257 Quliyeva Gülşən Fizuli qızı

258 Qurbanov Rauf Musa oğlu

259 Quliyeva Radə Qulu qızı

260 Qurbanov Valeh Yavər oğlu

261 Quliyev Mütalib Rəhim oğlu

262 Quliyeva Nərgiz Qulu qızı

263 Quliyev Zori Mirzalı oğlu

264 Dolxanova Sevil Yaqub qızı

265 Dolxanova Məleykə Dolxan qızı

266 Dolxanov Akif Əlfəsiyab oğlu

267 Dolxanov Eldəniz Məhəmməd oğlu

268 Dolxanov Etibar Əlfəsiyab oğlu

269 Dolxanova Nuridə Yaqub qızı

270 Dolxanov Şükürxan Dolxan oğlu

271 Dolxanova Nigar Haqverdi qızı

272 Dolxanova Bilurə Yaqub qızı

273 Dolxanova Elza Qanboy qızı

274 Dolxanov Bakir Əlfəsiyab oğlu

275 Dolxanov Silyan Misir oğlu

276 Dolxanov Əsiryan Misir oğlu

277 Dolxanov Nəsirxan Misir oğlu

278 Dolxanov Vaqif Yaqub oğlu

279 Dolxanov İntiqam Əlfəsiyab oğlu

280 Dolxanova Fəridə Fərrux qızı

281 Dolxanova Radə Əlfəsiyab qızı

282 Dolxanov Mirzə Qanboy oğlu

283 Dolxanova Elmira Misir qızı

284 Dolxanov Əhliyət Əlfəsiyab oğlu

285 Dolxanova Nüşabə Fərrux qızı

286 Dolxanova Nadya Misir qızı

287 Dolxanov Qəhrəman Misir oğlu

288 Dolxanova Afət Misir qızı

289 Dolxanov Rza Qanboy oğlu

290 Dolxanova İlhamə Əlfəsiyab qızı

291 Dolxanova Tamella Əlfəsiyab qızı

292 Dolxanova Arifə Fərrux qızı

293 Dolxanov Mahir Yaqub oğlu

294 Dolxanova Yeganə Məhəmməd qızı

295 Dolxanov Bəxtiyar Rövşən oğlu

296 Əliyev Mehman Baloğlan oğlu

297 Əliyev Nazim İlyas oğlu

298 Əhmədov Şiruyə Şirin oğlu

299 Əsədova Nailə Niftalı qızı

300 Əsədov Əlövsət Adışirin oğlu

301 Əzimov Fikrət Səlim oğlu

302 Əzimov Sabit Soltan oğlu

303 Əzimov Mehman Səlim oğlu

304 Əliyev Qabil Talış oğlu

305 Əliyev Sabir İlman oğlu

306 Əliyev Xaləddin Zülfi oğlu

307 Əkbərova Şəhla Şirin qızı

308 Əhmədov Yasin Məhəmmədəli oğlu

309 Əkbərova Nataliya Şirin qızı

310 Əhmədov Möhübbət İlyas oğlu

311 Əliyeva Rübabə Xanış qızı

312 Əliyev Nazim Əkbər oğlu

313 Əsgərov Şakir Bəbir oğlu

314 Əhmədova Zəntiqə Həsən qızı

315 Əliyeva Qəmər Qaraxan qızı

316 Əhmədova Bənövşə Xanış qızı

317 Əkbərova Raisa Elman qızı

318 Əhmədov Əbülfət Həsən oğlu

319 Əliyeva Sevil Zülfi qızı

320 Əsədova Tofiqə Adışirin qızı

321 Əliyeva Mətanət Xanoğlan qızı

322 Əliyev Sahib Misir oğlu

323 Əliyeva Nazilə İbrahim qızı

324 Əzimova Cəmilə Səlim qızı

325 Əzimova Şəmsiyyə Soltan qızı

326 Əliyeva Sədiqə Baloğlan qızı

327 Əliyev Azad Talış oğlu

328 Əliyev Valeh Əkbər oğlu

329 Əliyev Famil Salman oğlu

330 Əliyeva Gülsarə Xanoğlan qızı

331 Əliyeva Sevil Murad qızı

332 Əhmədova Kəmalə Xanış qızı

333 Əhmədov Firdovsi Həsən oğlu

334 Əzimov Vidadi Səlim oğlu

335 Əliyeva Ziyafət İlyas qızı

336 Əliyev Ramiz İlman oğlu

337 Əhmədov Əbülfət İlyas oğlu

338 Əsgərova Səriyə Bəbir qızı

339 Əliyev Güloğlan Baloğlan oğlu

340 Əliyeva Leyla Xanış qızı

341 Əliyeva Nailə Şahmalı qızı

342 Əliyeva Arzu Zülfi qızı

343 Əsədova Şəhla Adışirin qızı

344 Əsədov Əli Məhəmmədli oğlu

345 Əliyev Kamal Murad oğlu

346 Əliyev Əli Xanoğlan oğlu

347 Əkbərov Elşən Elman oğlu

348 Əliyev Sabir Talış oğlu

349 Əliyev Namiq İlyas oğlu

350 Əliyev Şəmsəddin Zülfi oğlu

351 Əhmədova Elyana Həsən qızı

352 Əkbərov Ceyhun Şirin oğlu

353 Əliyeva Rəsmiyyə Salman qızı

354 Əliyev Saleh Əkbər oğlu

355 Əhmədov Azər Qəşəm oğlu

356 Əhmədov Zalış Xanış oğlu

357 Əliyev Xosrov Seyidalı oğlu

358 Əliyev Elxan Şahmalı oğlu

359 Əliyev Əzim Xanoğlan oğlu

360 Əliyev Zəfər Baloğlan oğlu

361 Əzimzadə Hafız Səlim oğlu

362 Əsədova Ətrabə Məhəmmədəli qızı

363 Əzimov Nəvai Soltan oğlu

364 Əliyeva Raya İlman qızı

365 Əliyeva Rəsmiyyə İbrahim qızı

366 Əliyev Şahlar Yelmar oğlu

367 Əhmədov Bakir İlyas oğlu

368 Əkbərova Xuraman Elman qızı

369 Əliyeva Mahirə Süleyman qızı

370 Əhmədova Gülyana Həsən qızı

371 Əliyev Əkbər Zülfi oğlu

372 Əliyev Mobil Talış oğlu

373 Əliyeva Zülfiyyə Murad qızi

374 Əzimova Sədaqət Saday qızı

375 Əsədov Eyvaz Adışirin oğlu

376 Əliyeva Zəminə Baloğlan qızı

377 Əzimova Kəmalə Soltan qızı

378 Əliyev Arzuman İbrahim oğlu

379 Əhmədov Natiq İlyas oğlu

380 Əliyev Rizvan İdris oğlu

381 Əliyev Əhməd Surxay oğlu

382 Əliyeva Aminə Xanoğlan qızı

383 Əliyeva Raisa Salman qızı

384 Əliyev Telman Şahmalı oğlu

385 Əliyeva Tükəzban Xanış qızı

386 Əsədova Səmər Məhəmmədəli qızı

387 Əhmədova Ofeliya Həsən qızı

388 Əhmədzadə Elnarə Məhiyəddin qızı

389 Əsədova Arifə Adışirin qızı

390 Əliyev Asəf Surxay oğlu

391 Əsgəriv Cahid Əmir oğlu 392 Əliyeva Mətanət Talış qızı

393 Əliyeva Xuraman Süleyman qızı

394 Əliyev Cəfər Seyidalı oğlu

395 Əhmədov Səbuhi Qəşəm oğlu

396 Əliyev Yavər Xanoğlan oğlu

397 Əliyev Şahlar Süleyman oğlu

398 Əliyeva Esmira Süleyman qızı

399 Əsədov Şahin Adışirin oğlu

400 Əhmədova Arzu İlyas qızı

401 Əhmədova Şərafət Həsən qızı

402 Əliyeva İlhamə Yelmar qızı

403 Əliyev İslam Baloğlan oğlu

404 Əliyeva Şəlalə Talış qızı

405 Əliyev Nuşirəvan Süleyman oğlu

406 Əhmədzadə Zəmirə Məhiyəddin qızı

407 Əliyeva Esmira Əli qızı

408 Əsgərova Əminə Əmir qızı

409 Əliyev Ənvər Əbülfət oğlu

410 Əhmədova Zəminə Əşrəf qızı

411 Əkbərov İlham Elman oğlu

412 Əliyeva Xatirə Vəliyəddin qızı

413 Əliyeva Kəmalə Seyidalı qızı

414 Əliyev Araz Surxay oğlu

415 Əliyev Mübariz İlman oğlu

416 Əliyeva Gülnar Əli qızı

417 Əhmədzadə Məhəmməd Əli oğlu

418 Əsədov Araz Adışirin oğlu

419 Əhmədova Səmər Əşrəf qızı

420 Əhmədov Mərdan Həsən oğlu

421 Əliyeva Roza Süleyman qızı

422 Əliyev Məzahir Salman oğlu

423 Əliyev Zülfüqar Əbülfət oğlu

424 Əliyeva Sevinc Qənimət qızı

425 Əliyeva Vəfa Səfər qızı

426 Əliyev Ələkrəm Xanoğlan oğlu

427 Əliyeva Gülnarə Ənvər qızı

428 Əliyev Əlikram Xanoğlan oğlu

429 Əliyeva Gülnarə Ənvər qızı

430 Əliyeva Nəzirə Tahir qızı

431 Əliyeva Yeganə Yelmar qızı

432 Əhədov Keyvan Cavad oğlu

433 Əliyeva Aytəkin Yelmar qızı

434 Əliyev Gündüz Vəliyəddin oğlu

435 Əliyev Mübariz Əli oğlu

436 Əliyev Müşfiq Əmir oğlu

437 Əliyev Mahir Tahir oğlu

438 Əliyeva Səlyan Salman qızı

439 Əliyeva İlhamə Seyidalı qızı

440 Əhmədov Elşən Həsən oğlu

441 Əliyev Filman Salman oğlu

442 Əsgərov Nəsimi Əmir oğlu

443 Əliyeva Sənubər Qənimət qızı

444 Əliyev Vüqar Yelmar oğlu

445 Əyyubova Nargilə Rasim qızı

446 Əhmədzadə Cəfər Məhi oğlu

447 Əliyeva Minarə Xanoğlan qızı

448 Əhmədova Nigar Aydın qızı

449 Əliyev Nəsimi Şəmsəddin oğlu

450 Əliyeva Güllər Əbülfət qızı

451 Əliyeva Samirə Əmir qızı

452 Zeynalova Qətibə Əfqan qızı

453 Zamanova Süsən Nəcəf qızı

454 Zeynalov İntiqam Əfqan oğlu

455 Zamanov Nadir Nəcəf oğlu

456 Zeynalov Vəliyəddin Əfqan oğlu

457 Zamanova Zənifə Nəcəf qızı

458 Zamanova Vəzifə Nəcəf qızı

459 Zamanov İlham Çingiz oğlu

460 Zamanov Talıb Nəcəf oğlu

461 Zeynalova Xalidə Hümbət qızı

462 Zeynalova Gülnarə Ənvər qızı

463 Zeynalova Aynurə Ənvər qızı

464 İsmayılov Ələkbər Rüstəm oğlu

465 Zamanov Fikrət Fərhad oğlu 466 Kazımova Səadət İmamqulu qızı

467 Kazımova Cəmilə Rəşid qızı

468 Kazımov Adəm Kamil oğlu

469 Kazımova Rəbiyyə İmamqulu qızı

470 Kazımov Səfər Məmməd oğlu

471 Kazımova Raifə İbiş qızı

472 Kazımova Rəsmiyə Bəşir qızı

473 Kazımov Elşad Rəşid oğlu

474 Kazımova Nahidə Fazil qızı

475 Kazımov Sərvaz Kamil oğlu

476 Kazımov Ceyhun İdris oğlu

477 Kazımova Bəsirə Məmməd qızı

478 Kazımov Elşən Bəşir oğlu

479 Kazımov Famil Fazil oğlu

480 Kazımov Ramil Kamil oğlu

481 Kazımov Araz Bəşir oğlu

482 Kazımova Nəcibə İdris qızı

483 Kazımova Ətrabə Fazil qızı

484 Kazımova Şövkət Məmməd qızı

485 Kazımova Hökümə Bəşir qızı

486 Kazımova Arifə Əlağa qızı

487 Kazımova Sevinc Rəşid qızı

488 Kazımova Nərminə İdris qızı

489 Kazımov Vüqar İdris oğlu

490 Kazımov Şamil Fazil oğlu

491 Kazımov Əli Əlağa oğlu

492 Kərimov Etibar Yusif oğlu

493 Kazımov Mehralı Əlağa oğlu

494 Kazımov Qardaşxan Məmməd oğlu

495 Kazımov Hafiz Miriş oğlu

496 Kazımova Xatirə Miriş qızı

497 Kərimova Şəlalə Yusif qızı

498 Kərimov Elsevər Yusif oğlu

500 Kazımova Vəfa Miriş qızı

501 Kazımova Samirə Hüseyn qızı

502 Gərayev Namaz Məmməd oğlu

503 Gərayeva Zərif Tofiq qızı

504 Gərayev Səməd Məmməd oğlu

505 Gərayev Kahin Əli oğlu

506 Gərayeva Aygün Məmməd qızı

507 Gərayev İlqar Elxan oğlu

508 Gərayev Ataman Saleh oğlu

509 Gərayev Vidadi Tofiq oğlu

510 Gərayev Fuad Məmməd oğlu

511 Gərayev Gəray Tofiq oğlu

512 Gərayev Barat Saleh oğlu

513 Gərayeva İlhamə Elxan qızı

514 Gərayeva Vəsilə Tofiq qızı

515 Gərayeva Güləsər Saleh qızı

516 Gərayev Hüseynxan Tofiq oğlu

517 Gərayev Natiq Saleh oğlu

518 Məmmədov Baxşeyiş Zakir oğlu

519 Məmmədov Çingiz Əzizalı oğlu

520 Mikayılov Nizami Əlif oğlu

521 Gərayeva Leyla Tofiq qızı

522 Məmmədov Rasim İlyas oğlu

523 Məmmədov İnqilab Şura oğlu

524 Məmmədov Ehtiram Yaqub oğlu

525 Mikayılov Nazim Əlif oğlu

526 Məmmədova Ətrabə Əzizalı qızı

527 Məmmədova Nişanə Yəhya qızı

528 Məmmədova Yeganə Süleyman qızı

529 Məmmədova Qəndaf Mirzalı qızı

530 Mirzəyev Yaşar Niyaz oğlu

531 Məmmədov Yusif İlyas oğlu

532 Məmmədov İlqar Şura oğlu

533 Məmmədov Loğman Əzizalı oğlu

534 Mikayılova Afidə Əli qızı

535 Məmmədova Nuranə Cavad qızı

536 Mirzəyev Elçin Niyaz oğlu

537 Məmmədov Hikmət Yaqub oğlu

538 Məmmədova Şəhla Şura qızı

539 Mikayılova Elmira Əlağa qızı

540 Məmmədov Xəqani Zakir oğlu

541 Mikayılov Sadiq Əlif oğlu

542 Məmmədov Sədi Yaqub oğlu

543 Məmmədova Nailə İlyas qızı

544 Mirzəyeva Məhsəti Niyaz qızı

545 Məmmədova Almaz Muxtar qızı

546
Məmmədtağıyeva Kəmalə İldırım
qızı

547 Mikayılova Ceyran Əlağa qızı

548 Məmmədova Şəmsiyə Süleyman qızı

549 Məmmədova Saida Şura qızı

550 Məhərrəmov Abel Abdulla oğlu

551 Məmmədova Sədaqət Mirzalı qızı

552 Məmmədova Maral Əzizalı qızı

553 Məmmədov Vasif Rəşid oğlu

554 Məmmədov Rəhman Süleyman oğlu

555 Məmmədova İlahə Yaqub qızı

556 Məmmədov Atamoğlan Şura oğlu

557 Məmmədov Rais İlyas oğlu

558 Məmmədov Rövşən Rəşid oğlu

559 Mikayılova Səkinə Əlağa qızı

560 Məmmədtağıyev Habil İldırım oğlu

561 Mikayılova Kəmalə Əli qızı

562 Mikayılova Elmira Əlağa qızı

563 Məmmədov Hafiz Zakir oğlu

564 Məmmədov Əli Yaqub oğlu

565 Məmmədov Rəşid Yaqub oğlu

566 Məmmədova Zülfiyyə Cavad qızı

567 Məmmədov Cabir Süleyman oğlu

568 Mikayılov Hüseyn Həsən oğlu

569 Mikayılov Rəsul Əli oğlu

570 Məmmədova Solmaz Mirzalı qızı

571 Məmmədov Mübariz Rəşid oğlu

572 Məmmədova Gülnarə Məmməd qızı

573 Məmmədov Ağamoğlan Şura oğlu

574 Məmmədov Anar Yaqub oğlu

575 Məmmədov Ramil İlyas oğlu

576 Məmmədova İlhamə Rəşid qızı

577 Məmmədov Həbib Əzizalı oğlu

578 Mikayılova Nüşabə Həsən qızı

579 Məmmədov Famil Rəşid oğlu

580 Məmmədtağıyev Elmir İldırım oğlu

581 Mirzəyev Davud Niyaz oğlu

582 Məmmədov Azər Süleyman oğlu

583 Məmmədov Qabil Əzizalı oğlu

584 Məmmədov Müşfiq Rəşid oğlu

585 Məmmədov Rizvan Mirzalı oğlu

586 Məmmədov Münasib Qaçay oğlu

587 Məmmədov Müzəffər Qaçay oğlu

588 Mirzəyeva Mehriban Adil qızı

589 Mikayılov Hüseyn Saday oğlu

590 Mikayılov Yusif Həsən oğlu

591 Mikayılov Müşfiq Saday oğlu

592 Məmmədov Sadiq Cəmil oğlu

593 Məmmədova Rahilə Rəşid qızı

594 Məmmədov Səyavuş Şura oğlu

595 Məmmədov Cahid Əzizalı oğlu

596 Məhərrəmova Sevinc Ziyadxan qızı

597 Mikayılov Elsevər Saday oğlu

598 Məmmədov Namiq İlyas oğlu

599 Məmmədova Təranə Rəşid qızı

600 Məmmədova Aynurə Cavad qızı

601 Məmmədova Gülnurə Cavad qızı

602 Məmmədova Nailə Rəşid qızı

603 Məmmədova Rəfiqə Cəmil qızı

604 Mirzəyev Rəhman Adil oğlu

605 Mikayılova Tünzalə Həsən qızı

606 Məmmədova Ruhiyyə Rəfail qızı

607 Mirzəyev Ələddin Adil oğlu

608 Məmmədova Ülviyyə Elxan qızı

609 Məmmədova Könül Rəfail qızı

610 Məmmədova Cahan Rəşid qızı

611 Məmmədova Vüsalə Əsgər qızı

612 Mikayılov Ramil Saday oğlu

613 Mirzəyeva Aynurə Sabir qızı

614 Mürsəlov Bəxtiyar Mirzə oğlu

615 Məmmədov Zahid Əzizalı oğlu

616 Məmmədova Leyla Cəmil qızı

617 Mirzəyev Elgiz Sabir oğlu

618 Mövlayev Yəhya Əyyub oğlu

619 Novruzov Vilayət Cəfər oğlu

620 Mikayılov Nazim Əli oğlu

621 Mikayılov Məzahir Əhməd oğlu

622 Nağıyev Mehdi Oktyabr oğlu

623 Nağıyeva Tünzalə Oktyabr qızı

624 Nağıyeva Nailə Oktyabr qızı

625 Rüstəmova Şərqiyyə Şiraslan qızı

626 Rüstəmov Nadir Rüstəm oğlu

627 Rüstəmov Sabir Vəliyəddin oğlu

628 Rüstəmova Şəkurə Rüstəm qızı

629 Rüstəmova Gülüstan Şiraslan qızı

630 Rüstəmov Asif Nasib oğlu

631 Rüstəmova Təranə Vəliyəddin qızı

632 Rüstəmova Nigar Rüstəm qızı

633 Rüstəmov Rizvan Nasib oğlu

634 Rəhimova Radə Rəhim qızı

635 Rüstəmova yeganə Nasib qızı

636 Rüstəmova Rasimə Şiraslan qızı

637 Rüstəmova Məleykə Möhsün qızı

638 Rüstəmov Məzahir Nasib oğlu

639 Rüstəmova Nazimə Vəliyəddin qızı

640 Rüstəmov Faiq Məhiyəddin oğlu

641 Rüstəmov Vüqar Şiraslan oğlu

642 Rəhimov Elşad Rəhim oğlu

643 Rüstəmova Yeganə Məhiyəddin qızı

644 Rüstəmova Lalə Nasib qızı

645 Rüstəmova Afət Məhiyəddin qızı

646 Rüstəmov Zamin Şiraslan oğlu

647 Rüstəmov Sadiq Vəliyəddin oğlu

648 Rüstəmov İlham Möhsün oğlu

649 Rüstəmova Aygün Məhiyəddin qızı

650 Rüstəmov Nadir Rüstəm oğlu

651 Rüstəmov Larisa Valeh qızı

652 Rüstəmov Habil Məhiyəddin oğlu

653 Rüstəmova Xalidə Rüstəm qızı

654 Süleymanova Roma Məhəmməd qızı

655 Sadıqova Elmira Sadiq qızı

656 Sadıqova Ofeliya Sadıq qızı

657 Süleymanova Xatirə Elman qızı

658 Süleymanov Razı Mirəli oğlu

659 Sadıqova Elmira Camal qızı

660 Süleymanov Ramiz Məhəmməd oğlu

661 Süleymanova Gülsarə Cavad qızı

662 Sadıqova Aidə Camal qızı

663 Süleymanov İsmayıl Mirəli oğlu

664 Sadıqova Şərafət Sadıq qızı

665 Süleymanov Ərəstün Məhəmməd oğlu

666 Süleymanova Sədaqət Mirəli qızı

667 Süleymanov Ələkbər Mirəli oğlu

668 Sadıqova Nailə Camal qızı

669 Süleymanov Firdovsi Məhəmməd oğlu

670 Sadıqova Güllü Camal qızı

671 Süleymanova Zabitə Məhəmməd qızı

672 Səfərov Namiq Əli oğlu

673 Süleymanov Taleh Telman oğlu

674 Sadıqova Sevinc Allahverdi qızı

675 Sadıqov Rəhim Camal oğlu

676 Süleymanova Könül Mirəli qızı

677 Süleymanova Kəmalə Telman qızı

678 Sadıqova Gülşən Camal qızı

679 Süleymanov Tələt Telman oğlu

680 Süleymanova İlhamə Telman qızı

681 Süleymanov İlkin Süleyman oğlu

682 Süleymanov Anar Məhəmməd oğlu

683 Talıbov Rəhman Xurşud oğlu

684 Talıbova Elmira Şükür qızı

685 Talıbov Əjdər Şura oğlu

686 Talıbov Rizvan Xurşud oğlu

687 Teymurov Ağalar Xanlar oğlu

688 Talıbova Amaliya Şura qızı

689 Talıbov Fail Şükür oğlu

690 Tağıyeva Sahibə Zakir qızı

691 Talıbova Tamaşa Şura qızı

692 Talıbova Almas Xurşud qızı

693 Talıbova Ruzə Şükür qızı

694 Talıbova Gülnaz Xurşud qızı

695 Talıbov Semdar Xanlar oğlu

696 Talıbov Akif Şura oğlu

697 Talıbov Şahməmməd Xurşud oğlu

698 Teymurova Güllü Xanlar qızı

699 Talıbov Rais Şükür oğlu

700 Talıbova Əfiqə Xurşud qızı

701 Talıbova Afət Şükür qızı

702 Talıbov Turab Məhərrəm oğlu

703 Talıbova Yasəmən Şura qızı

704 Teymurova Şəlalə Xanlar qızı

705 Talıbova Azadə Şura qızı

706 Talıbova Səlimə Şura qızı

707 Talıbova Zəminə Məhərrəm qızı

708 Talıbova Əzizə Xurşud qızı

709 Talıbova Əsmər Məhərrəm qızı

710 Teymurov Pərviz Xanlar oğlu

711 Talıbov Zaur Məhərrəm oğlu

712 Talıbov Şahmurad Xurşud oğlu

713 Talıbov Vüqar Məhərrəm oğlu

714 Teymurov Böyükkişi Xanlar oğlu

715 İsmayılov Ələkbər Rüstəm oğlu

716 İmanova Şəfəq Ərşad qızı

717 İmanova Afaq Ərşad qızı

718 İsmayılov Əli Rüstəm oğlu

719 İsmayılov Asəf Rüstəm oğlu

720 İbrahimova Dilguşə Fətiş qızı

721 İsmayılova Radə Rüstəm qızı

722 İsmayılova Zəminə Rüstəm qızı

723 İsmayılova Xalidə Rüstəm qızı

724 İsmayılov Rafiq Əmir oğlu

725 İsmayılov Nofəl Əlvan oğlu

726 İmanova Hicran Ərşad qızı

727 Həsənova Raya Həsən qızı

728 Həsənov Mahmud Xəlil oğlu

729 Hüseynova Gülüş İzzət qızı

730 Hüseynov Fazil Qaraxan oğlu

731 Həsənova Lətifə Məhəmməd qızı

732 Haqverdiyeva Sevda Arif qızı

733 Hüseynova Lətafət İzzət qızı

734 Hüseynova Rəbiyyə Hüseyn qızı

735 Həsənov İlqar Məhəmməd oğlu

736 Haqverdiyev Səfər Səfəralı oğlu

737 Hüseynov Kərim Əli oğlu

738 Həsənov Hüsən Həsən oğlu

739 Həsənova Reyhan Süleyman qızı

740 Həsənov Bağban Süleyman oğlu

741 Haqverdiyev Qəfər Səfəralı oğlu

742 Həsənov Məmməd Məhəmməd oğlu

743 Haqverdiyeva Rəsmiyə Əli qızı

744 Hüseynov Mobil Hüseyn oğlu

745 Həsənova Solmaz Həsən qızı

746 Həsənova Leyla Məhəmməd qızı

747 Haqverdiyeva Ramizə Səfəralı qızı

748 Həsənova Seyran Süleyman qızı

749 Həsənov İlqar Həsən oğlu

750 Hüseynova Tünzalə Hüseyn qızı

751 Haqverdiyev Rəsul Səfəralı oğlu

752 Həsənov Vəli Süleyman oğlu

753 Həsənov Firuz Süleyman oğlu

754 Həsənov Bəxtiyar Məhəmməd oğlu

755 Haqverdiyev Bəsti Əli qızı

756 Həsənov Qaməddin Süleyman oğlu

757 Haqverdiyeva Səadət Səfəralı qızı

758 Haqverdiyev Elnur Əli oğlu

759 Haqverdiyev Zaur Əli oğlu

760 Həsənov Yaməddin Süleyman oğlu

761 Həsənov Rəhim Mətləb oğlu

762 Paşayev Vəli Hümbət oğlu

763 Paşayeva Arzu Aslan qızı

764 Paşayev Zabil Camal oğlu

765 Paşayev Musa Hümbət oğlu

766 Paşayev Məleykə Camal qızı

767 Paşayeva Nuridə Aslan qızı

768 Paşayeva Səfayə Salman qızı

769 Poladova Güllü Qara qızı

770 Paşayeva Gülnarə Həmdullah qızı

771 Paşayeva Leysan Salman qızı

772 Paşayeva Amaliya Aslan qızı

773 Poladova Xariqə Sovet qızı

774 Paşayev Məmmədxan Hümbət oğlu

775 Poladova Xalisə Sovet qızı

776 Paşayeva Ədibə Hümbət qızı

777 Poladova Xatirə Qara qızı

778 Paşayeva Zoya Aslan qızı

779 Paşayev Xaliq Salman oğlu

780 Poladov Polad Qara oğlu

781 Poladova İlhamə Sovet qızı

782 Paşayev Əlövşən Aslan oğlu

783 Poladova Pakizə Sovet qızı

784 Paşayev Müşfiq Aslan oğlu

785 Paşayev Xaləddin Salman oğlu

786 Poladova Şəlalə Sovet qızı

787 Poladov Bəhlul Qara oğlu

788 Poladov Zahir Sovet oğlu

789 Paşayev Elnur Sabir oğlu

790 Paşayev Elnur Aslan oğlu

791 Paşayev Şamil Aslan oğlu

792 Cəfərov Vaqif Əli oğlu

793 Cəfərova Cəmilə Əli qızı

794 Cəfərova Rahimə Həsən qızı

795 Cəfərov Zəfər Yusif oğlu

796 Cəfərova Fəridə Əli qızı

797 Cəfərova Səidə Həsən qızı

798 Cəfərova Zoya Həsən qızı

799 Cəfərova Saidə Əli qızı

800 Cəfərova Gülyanaq Yusif qızı

801 Cəfərov Namiq Əli oğlu

802 Cəfərova Mətanət Həsən qızı

803 Cəfərova Kəmalə Əli qızı

804 Cəfərov Qurban Əli oğlu

805 Cəfərova Azadə Həsən qızı

806 Cəfərova İlhamə Əli qızı

807 Cəfərov Mobil Zülfi oğlu

808 Cəfərov Qabil Zülfi oğlu

809 Cəfərova Heyran Mürsəl qızı

810 Şirinov Tariel Novruz oğlu

811 Şirinov Rəsul Yusif oğlu

812 Şirinova Rahilə Sarı qızı

813 Şükürov Şakir Hüseyn oğlu

814 Şükürov Şahin Niftalı oğlu

815 Şirinova Kəmalə Şirin qızı

816 Şirinov Elbar Malçı oğlu

817 Şirinova Tahirə Novruz qızı

818 Şirinova Şəhla Yusif qızı

819 Şirinova Adilə Şirin qızı

820 Şirinova Mətanət Ayazxan qızı

821 Şükürova Mehparə Niftalı qızı

822 Şükürova Yeganə Niftalı qızı

823 Şirinov Fərrux Şirin oğlu

824 Şirinov Eyvaz Malçı oğlu

825 Şükürova Səkinə Niftalı qızı

826 Şirinova Şəfiqə Yusif qızı

827 Şirinova Könül Ayazxan qızı

828 Şirinov Əntiqə Yusif qızı

829 Şirinov Cabir Sarı oğlu

830 Şirinov Səbuhi Malçı oğlu

831 Şükürova Nüşabə Niftalı qızı

832 Şirinova Tofiqə Şirin qızı

833 Şirinov Cahid Yusif oğlu

834 Şirinova Ətrabə Sarı qızı

835 Şirinov Fəxri Ayazxan oğlu

836 Şirinov Abbas Malçı oğlu

837 Şirinov Xəyyam Malçı oğlu

838 Şirinova Əfiqə Yusif qızı

839 Şükürov Emin Niftalı oğlu

840 Şirinova Tünzalə Malçı qızı

841 Şirinov Dayandur Ayazxan oğlu

842 Şükürov Şaiq Niftalı oğlu

843 Şirinov Bakir Yusif oğlu

844 Şükürova Mədinə Niftalı qızı

845 Şirinov Mais Ayazxan oğlu 846 Şirinov Samir Məhərrəm oğlu

847 Şükürova Samirə Asif qızı

848 Xəlilova Almas Məhi qızı

849 Xəlilova Kifayət Məhi qızı

Qeyd: Ola bilsin ki, siyahıda bəzilərinin adı yoxdur. Bəri başdan üzr istəyirəm.

Onlarla dünən də, bu gün də fəxr edirəm

Bir rəvayətdə deyilir ki, Həzrəti Rəsulillah İmam Həsən (ə) öz çiyninə götürəndə demişdi: «İlahi, mən onu sevirəm, sən də onu sev və her kas onu sevsa, san da onu sev»,

Səhih Buxari 3/20.

Hörmətli oxucular, müəllim işlədiyim bütün dövrlərdə bu peşə ilə fəxr etmişəm, müqəddəs peşəyə hörmətlə yanaşmışam, onun qədrini bilmişəm, o adın hörmət və şərəfini qorumuşam. Rus yazıçısı Lev Tolstoy yazırdı ki; «Müəllimlik başa qoyulan tac deyildi ki, ona baxıb fəxr edəsən, yaxud inək deyil ki, onu hər gün sağasan».

Müəllim olmaq üçün gərək savadlı olasan, mehriban-xöş sifət olasan, uşaqla uşaq, böyüklə böyük olasan. İşlədiyim uzun illərdə də, bu gün dərs dediyimlə də uşaq kimi rəftar etmişəm, amma ona gələcəyin dəyərli şəxsiyyəti kimi baxmışam. Mən hər zaman şagirdlərimi sevmişəm, onlar da məni seviblər. Bu gün onların içərisində müxtəlif sənət sahibləri alim, müəllim, həkim, mühəndis, tanınmış iş adamları, dövlət məmurları, Milli Qəhrəmanları, polis işçıləri, rəssam, şair və s. adamlar vardır. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, professor Misir Rəhimov, texnika elmləri doktoru Aydın Əliyev, tarix elmləri namizədi Şahlar Kərimov, mərhum filosov Şahnəzər Hüseynov, biologiya elmləri doktoru Allahverdi Dolxanov və b.

Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədov, polis polkovnikləri Toğrul Rəhimov, Həsən Əmirov, Zəfər Əliyev, polis kapitanı Qüvvət Məhərrəmov, «Qırmızı Ulduz>>> ordenli Rizvan Talıbov va b.

Yol polisi işçılərindən mayor Arif Bayramov, Ələkbər İsmayılov, Etibar və Ehtiram Şirinov qardaşları, mərhum mayor Bağman Abbasov, kapitan Bakir Əhmədov, Hüsən Həsənov, Rais Talıbov və b. Milli Təhlükəsizlik orqanının işçılərindən Turab Talıbov (Ağcabədi rayon şöbəsınin rəisi).

Müəllimlərdən Tağı Abdullayev (toylar kralı), Əlqan Bayramov, İdris Kazımov, Yelmar Əliyev, Ələmdar Bayramov, Səfayə Paşayeva (Bakıda orta məktəb direktoru), Məzahir Əliyev (məktəb direktoru), İldırım Səfərov, Hüseyn Kazımov, Məhərrəm Şirinov və b.

Jurnalistlərdən mərhum Musa, İsa Axundov qardaşları, Elbar Şirinov, Əbulfət Əhmədov (şair) və b.

Müğənnilərdən Humay Məmmədova, Ramiz Əliyev, Əlisəfa, Əlövsət Hüseynov qardaşları, tarzən Hüseyn Hüseynov va.b.

Həkimlərdən Məmməd Məmmədov, Cəfər Məmmədov, Qənbər Mənsurov, Ənvər Sadıqov, Aydın Bayramov, Cəlal Bağırov, Elsevər Kərimov və.b.

İqtisadçılardan Nizami Quliyev, Zülfi, Asif Cəfərov qardaşları, Məmməd Məmmədov, Şahin Qasımov və b.

Neft mühəndislərindən Mehman və Vidadi Əzimov qardaşları.

İş adamlarından Nazim Abbasov, Famil Kazımov, Ramiz, Şamil Talıbov qardaşları, Sərdar, Fikrət, Sabir Əzimovlar, Əliaslan, Əlfirid, Ələddin, Xaləddin qardaşları, Fəxrəddin Hüseynov, Əmir, Eldar, Şakir qardaşları, Məhərrəm Talıbov, Musa Abışov.

Aktyorlardan Yadıgar Muradov (Aşıq Yedeyar), Teymur Məmmədov.

Din xadimlərindən Hacı Cəlil İbrahimov, Hacı Məmmədbağır Məmmədov, Hacı Bəhram Mirzalıyev.

Rəsam və şairlərdən Salam Mirzalıyev, Adil Qasımov, Sovet Məmmədov və başqa şagirdlərimlə fəxr edirəm.

Məlumatı hazırladı: Polad Rüstəmli


ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Seyran Səxavət – 78

O Seyran Səxavət və bu Seyran Səxavət…

Seyran Səxavətin hansı əsərlərini oxumusunuz, bilmirəm. Hansını onun şah əsəri hesab edirsiniz, bunu da bilmirəm. Ancaq mənə görə Seyran Səxavət özü Allahın sözbəsöz diqtə etdiyi və millətimizin də qələmə aldığı şah əsərdir.

Qarabağ torpağında yazılmağa başlamış, sonrakı fəsilləri Bakıda, Azərbaycanın hər yerində yazılmış bir möhtəşəm ədəbi şedevrdir Seyran Səxavət. Yeni fəsilləri hələ də yazılmaqda davam edir…

Elə yazıçılar, elə qələm adamları var, sözün namusuna toxunur. Sözün ismətini ləkələməkdən sanki həzz alır. Sözü öz şəxsi, “bədii” şəhvətinin qurbanına çevirir. Sözlə lakey kimi davranır.

Seyran Səxavət isə, əksinə, Sözün namusunu qoruyur. Sözü yerdən qaldırıb öpüb gözünün üstünə qoyur. Ramiz Rövşən demişkən, Sözün tozunu alır. Silib, təmizləyir, hisdən-pasdan arındırıb, ürəyinin üstündə, dilinin ucunda saxlayır. Yeri düşəndə o Sözü layiq olduğu o təmiz, ağ vərəqlərə bükür, üstünə Ədəbiyyat “markası” yapışdırıb, Əbədiyyətə pay göndərir.

Yaxından tanıyanlar, dərindən bələd olanlar yaxşı bilir: Seyran Səxavət həmişə sözünün ağasıdır. Amma Sözün ağası deyil.

Bəziləri kimi Sözə nökər kimi baxmır, qul kimi rəftar etmir. Sözlə dostluq edir, sirdaşlıq edir. Yeri gələndə ata qayğısı göstərir, yeri gələndə qardaş sevgisi. Sözə sevgili kimi baxır; Sözə vurulur, sevir-sevilir, “sevişir”. Bu “ədəbi izdivac”dan sağlam və güclü, ağıllı və əxlaqlı “balalar” – romanlar, povestlər, hekayələr, pyeslər, şeirlər doğulur. Nur topu kimi oğlan-Söz. Su sonası kimi qız-Söz.

Seyran Səxavət özlüyündə ədəbiyyatımızın, mədəniyyətimizin şah əsəridir. Seyran Səxavət dil təfəkkürümüzün başına gələn ən qeyrətli hadisədir. Seyran Səxavət ana dilimizin düzgün işləyən “təmizlik qurğusudur”, millətinin dərdlərinin süzgəcidir.

Mən necəsə bir dəfə ustad sənətkar, kinorejissor Ramiz Həsənoğluna bir “poetik” cızmaqara həsr etmişdim. Orda belə bir bənd vardı:

“Allahın yarım qoyduğu
Filmin ardını çəkirəm.
Dünya çoxdan dəli olub,
Mən də dərdini çəkirəm”.

Seyran Səxavət də, bax, çoxdan dəli olmuş bu dünyanın dərdini çəkən azsaylı “yaradıcı dəliqanlıların” ən ağıllısıdır. Dəli-dolu və ağıllı…

Seyran Səxavəti çoxdan görmüşdüm. Doxsanıncı illərin axırında, iki mininci illərin əvvəlində. Əvvəl də, sonra da.

Gözlərində bulanıqlıq var idi. Üzündə tutqun hava əsirdi. Səsi indikindən qısıq səslənirdi. Sözləri yarımçıq, fikirləri alaçiy çıxırdı. Gülüşləri “günahkar”gəlirdi. Seyran Səxavətin üzündəki adam adamların üzünə baxırdı, içindəki insan insanlardan qaçırdı sanki. Çox fərqli idi o Seyran Səxavət bu Seyran Səxavətdən. Dünən, tutaq, Bakıda “Şuşa” restoranında oturub dostları ilə yeyib-içib, dərdləşən, Şuşasızlıqdan kədərlənən Seyran Səxavətlə bu gün Şuşadan -Cıdır düzündən bütünləşmiş ölkəsinə baxıb qürurdan qəhərlənən Seyran Səxavət arasında Yerlə Göy qədər fərq var.

Bu gün baxıram, üzündəki duman da dağılıb gedib, gözündəki buludlar da sovrulub, çəkilib. Daha sözləri də bütövləşib. Gözlərinə işıq gəlib. Səsi də əvvəlkindən gur çıxır.

Kim azad olunmuş Qarabağı görmək istəyirsə, Seyran Səxavətdən yaxşı “bələdçi büroşürü” tapa bilməz. Seyran Səxavət ayaqüstə gəzən Ərgünəş silsiləsidir, Kirs zirvəsidir. Danışan Cıdır düzüdür. Yeriyən Laçındır. Canlı Qarabulaqdır, Şuşadır, Xankəndidir. Boyu uzunu Kəlbəcər dağlarıdır. Nəfəs alan, yaşayan Qarabağdır.

Qarabağın yenidən doğuşu ilə sanki dünyaya Seyran Səxavət də yenidən gəlib. Bu, əsl Seyran Səxavətdir. Bu Seyran Səxavəti gözləyirdim. Əsgərimiz azad etdiyi Qarabağdan mənə, bizə Seyran Səxavəti yenidən bayram hədiyyəsi olaraq göndərib. Göndərib və ona deyib: “Yağlıvənd balası, o müqəddəs Sözün xətrinə səni yetmiş səkkiz yaş cavanlaşdırmışam, get, bir ömür təzədən yaşa…”

Müəllif: Bahəddin Həzi

Mənbə: Bahəddin Həzi

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEV: MÖVCUDLUQ ŞÜKRANLIĞI.

MÖVCUDLUQ ŞÜKRANLIĞI

(… müqəddəs Ramazan ayında çoxlu dua edək…)


LİAHİ, sənin əzəli və əbədi mövcudluğun var olub, olan və olacaqların yeganə səbəbidir. Şüurlu mövcud etdiklərindən biri kimi, sənə şükür edə bilməyimə sonsuz şükürlər edirəm…

İLAHİ, sənə sonsuz şükürlər olsun ki, zaman xəttinin milyardlarla nöqtələrinin birində, mənə oxşar milyonların içindən birini- məni seçdin, mövcud etdin. Bu insan idrakına sığmaycaq ehtimallar çoxluğundan bir şans deməkdir…

İLAHİ, sənə sonsuz şükürlər olsun ki, məni canlı mahiyyətində mövcud etməyi qərar verdin. Mən su olsam neylərdim…? Canlılar məndən ötrü bir- birlərini öldürərdi, məni çirkləndirərdilər… Mikroblardan balinalara qədər olanları yaşada bilməzdim, hüceyrələrdə, kapilliyarlarda, borularda axa bilməzdim… Soyuq qar olub, kimsəsiz zirvələrdə mənasız dayana bilməzdim. Və mən sərinlədib, sonra boğa bilməzdim, ruzi verib, sonra hamısını bütövlükdə uda bilməzdim… Ayna kimi təmiz, gah bulanıq, hərdən səsli, birdən lal ola bilməzdim. Özümə möhtac olanları qurudub, nəfəsini kəsə bilməzdim. Gah dərin, gah dayaz ola, hər yerə axa bilməzdim… Mən su olsam neylərdim İLAHİ?? Su ola bilməzdim…

Mən torpaq olsam neylərdim…? Bərəkət verib, ruzi verib, böyüdüb, gəzdirib, sonra uda bilməzdim… Günahsız insanların, körpə mələklərin üzərinə tökülüb, onları vaxtsız bu dünyadan ayıra bilməzdim.. Bitkilərin, heyvanların üstümdə mübarizəsinə aşağıdan yuxarı baxa bilməzdim. Tarix boyu insanların müharibə səbəbi olub, üzərimdən axan qanlarını özümə hopdura bilməzdim. Üstümdə yeriyən tanklar əzərdi məni. Çəkilən kəmərlər boğardı məni. Varlının beton divarları, kasıbın yamaqlı çəpəri məni hissələrə bölərdi, göydələnlər altında nəfəsim kəsilərdi, qürurum ölərdi… Bərələ baxardım sinəmdəki səngərlərə, üşütmə tutardım insan udduğum zəlzələ, ləngərlərlə. Dözməzdim torpaq olmağa, tapdaq olmağa, bu gün birinə, sabah başqasına bostan olmağa… Dəyişkən- qara, qonur, boz, sarımtıl, özündən qırmızı, Qarışıq- gilli, qumlu, şoran, duzlu, şit. ..ola bilməzdi. İLAHİ, sənə sonsuz şükürlər olsun ki, məni torpaqdan yaratdın, torpağa qaytaracaqsan, ancaq torpaq kimi mövcud etmədin. Gücüm, özüm yetməzdi torpaq olmağa, mən torpaq ola bilməzdim…

İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni cansız yaratmadın. Kəssək olsam, tez əzilərdim, daş olsam, başlar qırardım… Məni şeytana atardılar, onu əzə bilməzdim, yalançı olardım… Qaya olsam soyuq, biganə, dəmir olsam kəsən, betonlar arasında boğulan, kükürd olsam böğan olardım, keçmişdən gəlib, ciyərlərə dolardım… Qızıl olsam gah parıldayıb, gah küsən, öz- özündən itən olardım. Mən heç bir cansız ola bilməzdim, bacarmazdın, mövcudluqdan qaçardım…

İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni canlı yaratmağa qərar verdin! Ancaq məni bitki yaratmadın… Mən ot olub vaxtsız biçilərdim, ayaqlanardım… İnsan ümidinə qalıb susuz quruyardım, heyvanlar üçün üst- üstə, taya yığılardım. Meyvə olsaydım, bazarlarda satılardım, mənə qiymət qoyardılar, əzib- sıxıb, istədikləri maye halına salardılar… Kasıb baxıb, şişərdi, varlılar kom- kom alardılar… Mən ot, tərvəz, meyvə ola bilməzdi, insan ümidinə, tamahına dözməzdim. Ağac da ola bilməzdim, qolumu kəsərdilər, yarpaqlarımı, çiçəklərimi vaxtsız dərərdilər… Məndən gəmi, qapı, ən pisi isə döşəmə düzəldərdilər… Pis otaqlara açılan, pusulan qapı, döşəmə ola bilməzdim… İLAHİ, mən bitki ola bilməzdim…

İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni heyvan kimi canlı mövcud etmədi.! Balina, akula olsam neylərdim? doymazdım, nə qədər çeynəmədən udsaydım… İstəməzdim yaşamaq naminə doymadan udmağı. Xırdaları udub, böyük mövcudluq kimi qalmağı.. Balıq olsam qarmaqlara keçərdim, yaşamağın eşqiylə hara gəldi üzərdim??…Balina, balıq ola bilməzdim… İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni sürünən yaratmadın…Mən ilan ola bilməzdim… Zəhərli olduğumu bilmədən necə yaşayardım? gözüm zəif görərdi, soyuqqanlı olardım, ya qorxudan, ya tamahdan sarılardım, sancardım… Yox, ilan ola bilməzdim, dar, qaranlıq yollarda sürünə bilməzdim…

İLAHİ, sənə sonsuz şükürlər olsun ki, qartal, bayquş, nə də sərçə kimi xəlq etmədin… Gözüm çox iti olardı, caynaqlarım güclü, tez görərdim, parçalayardım… Xarabalıqlar arzu edərdim… quş ürəkli olardım, bir dən üçün həyacandan əsərdim… Mən yırtıcı, qarğışçı, həyacanlı ola bilməzdim…

İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni dördayaqlı yaratmadın! mən leşyeyən ola bilməzdim, pələnglərin artığını gözləyəm. Pələng ola bilməzdim, parçalayam, hökm sürəm. İt ola bilməzdim.. Hürümək yorardı məni… yal üçün yaltaqlana, sümsüklüyü bacarmazdım.. küçələrdə, qapılarda azardım.. mən it ola bilməzdim… Canavar kimi yaxşılıq edəni, yediyimdən artığını xain olub parçalaya bilməzdim… Tülkü kimi bic- bic baxardım, hiylə qurardım??? mən tülkü ola bilməzdim… Eşşək yükü də götürə bilməzdim… həm işləyib, həm təhqirə dözə bilməzdim, ən gözəl gözlə, incə su içməklə bərabər , şıllaq ata, anqıra bilməzdim… Ayı olub qanmazlığı, porsuq olub yeyib- yatmağı bacarmazdım…mən heyvan ola bilməzdim! Bacarmazdın. . Yaşamaq üçün vəhşiliklər. oyunlar edə bilməzdim. Meymun da ola bilməzdim ! Yersiz gülüş, mənasız əsəbləşmək yorardı məni.. Nə insana, nə heyvana bənzəməyən meymun mahiyyətinə dözə bilməzdim, yerləşməzdim. Bacarmazdım . Yaşamaq üçün alçalmazdım, yüngülləşməzdim… qürurumla güləşməzdim..

İLAHİ, zərrədən kainata qədər olanları qüdrəti, hikməti , elmi ilə mövcud edən, zamanın insan ağlına sğmayan ən kiçik anında, mövcud olmuşları, olanları, olacaqlar nəzarətdə, nizamda saxlayan, zaman və məkanı vəhdətdə, tam görən ALLAH, Sənə sonsuz şükürlər olsun ki, məni insan formasında su, torpaq, bitki və heyvan mahiyyətində yaratmadın!!

İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni nə keçmişdə, nə gələcəkdə, səhralarda, tropiklərdə, buzlu, qarlı yerlərdə deyil, indiki zamanda, cənnətin əkizi- Üçrəngli AZƏRBAYCANDA , azərbaycanlı yaratdın. İnsan mahiyyətində, İNSAN, bioloq, yazıçı kimi mövcud etdn.

Bakı. 20-22 iyul, 2019.

Müəllif: Sadıq QARAYEV

SDIQ QARAYEVİN YAZILARI


KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə: Şəhər tənhаlığı…

Şəhər tənhаlığı

Bu şəhər içində kənd hаvаsıylа
yоl ölçdüm uzаnаn küçə bоyuncа,
mеyvəsiz аğаclаr kölgələrində
gəzdim bu pаrklаrı, gəzdim dоyuncа.

Bu qədər, bu qədər аdаm içində
nə sаlаm vеrən vаr, nə sаlаm аlаn.
Bir bеlə düzülən süfrə bаşındаn
sоruşаn оlmаdı: аcmısаn, oğlan?

Zülmlə tаpdığım kirаyə еvin
görəsən nеçənci qоnаğıyаm mən?
Eyvаnа, zаllаrа sığmаyаn kəsdim-
indi bu оtаqdа qаlаsıyаm mən.

Bu gеcə yuхumа kimlər girəcək?
Bu dаr оtаqlаrın yuхusu qəliz.
Eh, məni hаrаdаn tаpаcаqlаr ki,
şəhər küçələri sахlаmаyır iz.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PAKİSTAN GÜNÜ – 23 MART

ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru