Hazırda bütün dünyada ictimai zəminlər sosial mürıasibətlərlə tənzimlənir. Sosial əlaqələri də məhz ailələr təzahür etdirir. Bu, Azərbaycanda da belədir. Ailə kiçik dövlət kimi bütün məsəslələrdə öz aktivliyini zəruri edir. Bəzən isə cəmiyyətdə bu baxımdan bir nizamsızlıq olur. Sosial əlaqələr ya tamam qırılır, ya da hədsiz zəifləyir, nəticədə ortaya çox sayda xoşagəlməz hal çıxır.
Ailə, mövqeyi bəlli kiçik hakimiyyətdir. Lakin ara-sıra yaşanan bəzi neqativ hallar onun təməlini laxladır. Məsələn, ata-ana, qardaş-bacı, qaynana-gəlin, qaynata-kürəkən və s. kimi məqamlar çox zaman ailələrdə aşkar bir nizamsızlıq kimi diqqət çəkir. Bu haltarı qaydaya salmaq üçün isə insanlar son dərəcə səbrli, təmkinli və tədbirli olmalıdırlar. (Müəllif çox gözəl qeyd edir ki, sovetlər dönəmində gəlin axşam həyat yoldaşı işdən gələnə qədər yatmazdı. O, həyat yoldaşı işdən gələnə qədər odun sobasında suyu isidib hazır qoyardı ki, həyat yoldaşı gələndə ayaqlarını, başını yuyub dincəlsin.Qaynata, qaynana gəlinin nə vaxt yatıb durmasını görməzdilər. Bunların hamısı valideyn təlim-tərbiyəsindən asılıdır.) Səmimi etiraf edək ki, Tarverdi Abbasovun ailə-cəmiyyət, həyat-tale və xususən də qaynana-gəlin münasibətlərindən bəhs edən irihəcmli, kiçik silsilələrdən ibarət əsəri də elə yuxarıda bəhs etdiyimiz ictimai səciyyələri özündə geniş qabardır. Əsər bir neçə başlıq altında verilib. Hər başlıq altında gedən yazılar isə ailə xarakterlərini, ailə təzahürlərini dinamik açır. Oxuduqca, bizə bəlli olur ki, müəllif sovet dövründəki ailə strukturunu hazırkı dövr ailə strukturu ilə sanki müqayisə edir, yaşananlara kəskin reaksiya verir. Müəllif, əsasən də demək istəyir ki, insarı-istər kişi, istər qadın, fərq etməz, ailə münasibətləri zaman yaş və həyat təcrübəsindərı məharətlə istifadə etməlidir. Bəzən belə də olur, lakin evə ayaq açan gəlin ondan əsirgənməyən məhəbbətə, şəfqət və mərhəmətə rəğmən, hətta əzizləndiyi halda öz şəxsi movqeyi və arzu- istəyi naminə ailədə nifaq yaradır, ata-ana, bacı-qardaş və s. arasında söz-söhbətə səbəb olur. Nəticədə də ya gənc ailələr dağılır, ya da bu hal dıgər arzu olunmayan vəziyyətlərə yol açır. Müəllif sovet ailə sisteminə nəzər salmağımızı məsləhət görür, deyir ki, o dövrdə bir ailədə bəzən dörd-beş, ya da daha çox gəlin olurdu, hamısı da bir-biri ilə yola gedirdi. Buna bir az böyüklər zəmin verirdisə, bir az da gəlinlər özləri ailələrində aldıqları tərbiyə ilə nail olurdular. Bəs indi nə baş verir? Nə üçün indi boşanmaların sayı kəskin artıb? Məgər indi ailələrdə uşaqlara tərbiyə verilmir? Yox, əsla belə deyil, indi sadəcə, vəziyyət tamam başqalaşıb, kompüter əsri, telefon-internet dövrü xüsusən gəncləri məhvə sürükləyir. Müəllif “Özləri bilər “bölümündə də çox gözəl qeyd edir:-Talıb kişi iki ay idi oğluna toy edib gəlin gətirmişdi. Ancaq evləndirdiyi uç oğlunun ikisi boşanmışdı, yalnız böyük oğlu ailəli idi. O da Talıb kişinin həyat yoldaşının bacısı qızı olduğuna görə səslərini cıxara bilmirlər, ona hər cür şərait yaratmışdılar. Talıb kişi zəhmətkeş, ailə canlı dünyagörmüş, təcürbəli adam idi. Evə gələndə yoldaşından soruşur “Ay arvad, evdə deyəsən nizam tərəzisi düz deyil. Bu cavanların əvvəlki mehribançılığı yoxdur. Mənim gözümə soyuq dəyirlər. Sən maraqlan gör, günah oğlumuzdadır, ya gəlinimizdə?” Həyat yoldaşı Süsən bütün əhvalatı Talıb kişiyə nəql edir. Oda sənin kimi ağır işdə işləyir, yorğun gəlir gətirib qabağına bir stəkan çay da qoymur, elə deyir boşanacam. Gəlin əri Ruslandan və qaynanasından narazılıq edir. Tarverdi müəllim gənc ailələrin tez dağılmasının səbəbini televiziyalarda göstərilən mənasız, ailə dəyərlərinə zidd seriallar, radiolarda səsləndirilən şit, bayağı verilişlər gənc ailələri asan həyata alışdırır, onları düşünmədən addım atmağa sövq edir. Təəssüf ki, indi bəzi valideynlər özləri də övladlarının bədbəxt olmaları üçün canfəşanlıq edirlər. Bu da böyük peşimançılığa səbəb olur. Tarverdi müəllimin də yazdığı kimi, bu gün qaynana-gəlin münasibətləri cəmiyyətin ən vacib, aktual məsələsi kimi xarakterizə edilir. Nə baş verir axı, iki şəxs arasındakı qarşılıqlı əlaqə bəsit təlatümlərə yol açır? Əlbəttə, hər kəsin cəmiyyətdə, elə ailədə də müəyyən rolu və öhdəlikləri var. Ancaq bu, heç də rəvac verməməlidir ki, gənc ailələr dağılsın, boşanmaların sayı artsın. Hər hansı mənfı davranış cəmiyyətə əks təsir göstərir. Tarverdi Abbasovun əsərindən bir-iki məqama diqqət çəkək; … “Elə ağzıgöyçəklər var ki, indi başqa zamandır, gənclər sərbəst olmalıdır, ayrı yaşamalıdır,-deyirlər. “Yaxud onda elə zamanə idi ki, oğlan qızı, qız da oğlanı yalnız toy gecəsi görürdü… Sevmək də sevilmək də elə toy günü başlayırdı. O sevgi nə qədər şirin olurdu…” Əlbəttə, bu nümunələrdə sirf gerçək reallıq öz əksini tapmır, müəllif sadə ehtimallar gətirir, iki şəxsin bir yerdə – bir ailədə necə xoşbəxt yaşaya bilməsi üçün müəyyən silsilələr verir. Bu arqumentin real olmasında təkcə kişi-qadın yox, cəmiyyət, hər kəs rol oynamalıdır. Çünki tərbiyə ailədən gəlir, onun daha da möhkəmlənməsi cəmiyyətdə mümkün olur. Bu baxımdan, hazırda qadın-kişi, bütövlükdə ailə münasibətlərinin normal tənzimlənməsi istiqamətində fundamental işlər görülməli, güclü maarifləndirmə aparılmalı, gənc ailələr psixoloji instansiyalardan keçirilməli, valideyinlərlə mütəmadi görüşlər təşkil edilməlidir və s. Yalnız bundan sonra nəyəsə nail olmaq mümkündür. Bu baxımdan, istəkli oxuculara Tarverdi Abbasovun ailə munasibətlərindən bəhs edən əsərini oxumağı tövsiyə edirik.
TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ, YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ.
Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair Emin Pirinin” 27 oktyabra ” şeiri bir şeirdən çox tarix müəlliminin növbəti açıq dərsi təəssüratını yaradır adamda. 27 oktyabr nə deməkdir?
“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qars müqaviləsinin (13 oktyabr 1921) imzalanmasından 100 il ötür. Qars müqaviləsinə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı. Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbrli fəaliyyətləri, xüsusilə Behbud Ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Zənnimcə tarix müəlliminin Naxçıvan sevgisi Atamın (M. K. Atatürk) Hatay eşqi, Heydər babanın (H. Əliyev) Naxçıvan sevgisi kimi ülvidir, atanın öz körpə övladına sahib çıxdığı kimi sahib çıxmışdılar öndərlərimiz Naxçıvana, Hataya. Eləcə də şair o ülvi sevgiyə sadiq qalan Vətən sevdalısıdır.
“Sevdim el var, oba var – daha demirəm nəyini sevdim.”
Bu misralar nədənsə mənə Əsabu – Kəf əfsanəsini xatırlatdı. Rəvayətə görə hökmdarın zülmlərindən və özünü Allah adlandırmasından bezən bir neçə nəfər hökmdardan və el-oba qınağından baş götürüb qaçırlar və mağaraya sığınırlar.
” Səni üzənin evi yıxılsın, yıxılsın lap belə nəyi yıxılsın… Fitili çəkilmiş qumbarayam at məni dərdlərinin səngərinə. Bakıdan Naxçıvana kimi bir türkü olaram qulaqlarında”
Türkü nədir? Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Bu misralarda zabit Piriyev doğma Səngəri xatırlayır, lazım gəlsə qumbaraya, oda, alova dönərəm, yəni Bakıdan Naxçıvana qədər Türkü olaram- qəhrəmanlıq nəğməsi olaram, şücaət göstərib Sənin hər qarışını qoruyaram deyə Vətənə müraciət edir.
“… ötüb Zəngəzur səmasından: əllərim əlinə dəydikdən sonra sonu istər ölüm olsun, istər ayrılıq”.
Zəngəzur dəhlizi nədir? – Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tarix müəllimi gələcək nəsillərə dəhlizin önəmini bir mesaj olaraq ötürür.
“Səni səhər sevdim- Azan gözləyən müəzzin kimi. Səni günorta sevdim- damla olmaqdan bezib günəşə buxar kimi qaçmaq istəyən Su damlası kimi. Səni axşam sevdim- demirəm necə sevdim…”
Bu misralar yenə Əsabu-Kəf rəvayətinə götürür məni. Xüsusən də “su damlası” ifadəsi… Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Yerli camaatda belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.
“Səni axşam Səni günorta Səni səhər sevdim, Demirəm necə sevdim Ay zalım sevdim səni.
Yenə rəvayətə istinad edək : “Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. “ Yuxuda olan qəhrəman səhər, günorta, axşam demədən Daqyanusun əslində Allah olmadığını bilir və gerçək Tanrıya – bir olan Allaha sevgisini izhar edir. Sondakı “zalım” ifadəsi isə bəndənin “uman yerdən küsərlər” deyimindəki kimidir, qəhrəman mağaradan qurtulmağını- arzusunun gerçəkləşməsini gözləməkdən usanan bəndə övlad şıltaqlığı ilə Tanrısından gileylənir, sevgisinin qarşılığını görmək istəyir.
QÜDRƏTİN BACISI (hekayə) Tofiqin Şıxmərdan kəndində çox yaxın dostu vardı. Adı Qüdrət idi. Onların dostluğu o qədər möhkəm idi ki, tez-tez Tofiq Qüdrətgilə, Qüdrət də onlara gedib- gələrdi. Tofiq yaxşı futbolçu idi. Özü də mərkəz hücumçusu. Şıxmərdan və Cəmilli kəndlərinin cavanları da il uzunu öz qüvvələrini sınayır, futbol yarışına qatılırdılar. Gah bu kəndin, gah da o kəndin futbolçuları qalib gəlirdi. Cığallıq olmurdu, komandalar bir-biri ilə mehriban dolanır, bir-birinin xətrinə dəymir, oyun zamanı kobudluq, qanıqaraldıcı salmırdılar. Oyundan sonra hansı kənddə idilərsə, yöğılın yeməkxanaya gedir, orada nahar, yaxud şam edirdilər. Bir gün Tofiq bərk yorulduğunu və susadığını görüb özünü oyun meydançasının yaxınlığındakı su krantına çatdırdı. Yarış zamanı, özü də möhkəm tərləyəndə su içmək ziyandır. Məşqçi bu barədə hər dəfə xəbərdarlıq edir, su içməyə icazə vermirdi: “Ağzınıza yaxalaya bilərsiniz, amma nəbadə suyu içəsiniz. Təsəvvür edin: qızmar bədəninizə birdən-birə soyuq su tökürsünüz. Bilirsiniz bu nədir, nəyə bərabərdir? Qaynar tavaya su tökməyə bərabər bir şey! Görürsünüzmü tava necə səs qoparır, fışıltısı hər tərəfə yayılır!” Tofiq məşqçinin gözünü oğurlatmışdı. Su içib tez oyun meydançasına girəcəkdı. Amma krantın altına vedrə qoyulmuşdu. Kimsə su yığırdı. Tofiq ətrafına baxdı. Vedrənin sahibi balaca bir qız idi. Tofiq vedrəni kənara itələyib ağzını kranta dayadı. Bir də onda gördü ki, kimsə onun başına, boyun- boğazına su əndərir. Dönüb baxanda həmin balaca qızı gördü. Qız tərs-tərs ona baxırdı. Tofiq istədi ona acıqlansın, amma qeyri-ixtiyari gülümsədi: -Bağışla balaca, – deyib vedrəni krantın altına çəkdi. Qız Qüdrətin bacısı idi. İllər keçdi. Tofiq universitetə qəbul edildi, əlaçı olduğuna görə, üçüncü kursdan sonra onu təhsilini davam etdirmək üçün Sankt-Peterburqa göndərdilər. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub kəndə qayıtdı. Qüdrətin kənddə olduğunu öyrənən Tofiq dostunu görmək istədi. Evə dəyib sonra Qüdrətgilə yollandı. Darvazanı gözəl bir qız açdı. Nağıllarda deyildiyi kimi, qız elə gözəl və xoşagələn idi ki, sanki Günəşlə bəhsə girib ona deyirdi: bu gün sən çıxma, mən çıxacağam; Aya da bəyan edirdi: bu gecə sən görünmə, mən görünəcəyəm. Tofiq bir anlığa donub qaldı. Sanki nitqi kəsilmişdi. Nə Bakıda, nə də Sankt-Peterburqda bu gözəllikdə qız görməmişdi. Öz-özünə: “Yenə öz kəndimizə min şükür! Sən demə, nə Bakıda, nə də Rusiyada gördüyü qızların heç biri onun kəndinin qızına dəyməzmis”. Qız dayanıb gözləyir, Tofiq gözlərini ona zilləyərək susurdu. -Sizə kim lazımdır? Tofiq özünü ələ alıb: -Mən Tofiqəm, Qüdrətin dostu. Qüdrət evdədir? Qız darvazanın ağzından çəkilib ona yol verdi: -Xoş gəlmisiniz, dayı. Tanımadım, bağışlayın. Buyurun. Qardaşım evdədir. Tofiq həyətə girə-girə: “Bu həmin qız olacaq. Başıma, boyun-boğazıma acıqla su əndərən qız. İlahi, nə gözəl olub! Necə dedi: dayı… Nə dayı. Vur-tut on yaş ondan böyüyəm”. Anası az qala hər gün Tofiqi danlayır, gəlin gətirmək istədiyini deyirdi. Tofiq də hər dəfə zarafata salaraq: “Ana, hələ evlənməyə yaşım çatmır”, – deyib aradan çıxırdı. Ana da hirslənib onun dalınca: -Axırda məcbur eləyəcəksən, gedib xoşuma gələn qızlardan birinin qolundan tutub gətirəcəyəm evimə. Ondan sonra görüm sözün nə olacaq!” – deyirdi. Tofiq də: -Yaxşı, ana. Amma hələlik tələsmə, – deyib qaçırdı. Bu gün isə evə gələn kimi özü dilləndi: -Ana, çox fikirləşdim, gördüm ki, düz deyirsən. Evlənməyin vaxtıdır. Sən demə, evlənmək yaşına çatmışam. Ana çox sevindi: -Bəs mən nə deyirdim?! Ana tez ayağa qalxıb kəlağayısını örtdü: -Ay bala, hansı qapıya gedəcəyəm? -Qonşu kəndə. Qüdrətgilə. Qüdrətin bacısı Ülkər olacaq gəlinin. Bakı şəhəri, 26 mart 2021-ci il
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad MƏCİD Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
525.az xəbər verir ki, Rəşad Məcidə yubiley medalı bugün, martın 28-də Medianın İnkişafı Agentliyində təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşım edən Mətbuat Şurasının sədri cənab Prezidentə təltifə görə təşəkkür edib:
“Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.
Qazi zabit, şair, publisist, tərcüməçi Rəfail Tağızadənin Vətən müharibəsi, Zəfər sevincimiz, Azərbaycanın ərazi bütövlüyünün bərpası, şəhid və qazilərin şərəfli döyüş yolu haqqdında şeir, poema və publisistik düşüncələrini ədəbi tədqiqatçılar çağdaş dövrün “Qarabağnamə”ləri kimi təqdim edirlər.
Növbəti belə “Qarabağnamə” – “QARABAĞ – HƏSRƏTDƏN ZƏFƏRƏ” kitabı Azərbaycanın Zəfər marşının misraları, Qələbə mahnımızın nəqaratıdır. Kitabda Qarabağın bir qərinə həsrətindən zəfərinə yolunun ağrılı-şirinli məqamları döyüş, qan-qada, nəmli səngər və blindaj həyatı yaşamış Rəfail müəllimin ürəyi, qələmi ilə çözülür.
Mart ayının 29-da saat 14:00-da Yazıçılar Birliyinin Natəvan klubunda – Xaqani küçəsi 53-də “Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı keçiriləcək.
Vətənsevərləri və Rəfail Tağızadə yaradıcılığı ilə maraqlananları səmimi görüş gözləyir.
Граф Лев Толстой по пути из Москвы в Ясную поляну, 1896 год.
Толстой трижды пешком добирался от Москвы до Ясной Поляны, этот путь составляет около 200 км.
Ему нравилось быть паломником; он шел с мешком за спиной по большой дороге, общаясь с бродячим людом, для которого он был безвестным спутником. Путешествие обычно занимало пять дней. В пути он останавливался переночевать или перекусить в какой-нибудь избе или на постоялом дворе. Если попадалась железнодорожная станция, он отдыхал в зале ожидания третьего класса.
А в начале ноября 1910 года Лев Николаевич ушел из дома. Он покинул Ясную Поляну в тайне от жены, оставив ей письмо, в котором были такие строки:
«Положение мое в доме становится, стало невыносимым. Кроме всего другого, я не могу более жить в тех условиях роскоши, в которых жил, и делаю то, что обыкновенно делают старики моего возраста: уходят из мирской жизни, чтобы жить в уединении и тиши последние дни своей жизни».
Странствовать Толстой отправился в сопровождении своего врача Душана Маковицкого, при этом четкого плана у них не было. Они посетили Оптину пустынь, Шамординский монастырь. Предполагают, что Толстой хотел добраться до Болгарии либо до Кавказа, однако в дороге он простудился — у писателя началось воспаление легких.
Через 10 дней после своего «побега» из Ясной Поляны, 7 (20) ноября 1910 года, Лев Толстой скончался возле жд-станции Астапово (ныне ст. Лев Толстой, Липецкая область). Как Л. Толстой завещал, его похоронили в яснополянском лесу.
Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
…”Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım…”, – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şairin “Görsən üşüyürsən…” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanmışdır. Buna qədər – oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirmişdir.
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Mərhum akademik Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) (“Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı”) əsərinin adını bəzi tədqiqatçılardan fərqli olaraq qısaca “Dədə Qorqud kitabı” şəklində yazırdı. Məncə, görkəmli alim belə yazmaqda haqlı idi. Sözümün canı var. Diqqətinizi XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin Bağdadda yazdığı türkcə-ərəbcə lüğətə, daha doğrusu, bu ensiklopedik əsərin adına (ديوان لغات الترك) yönəltmək istəyirəm.
Elmi ədəbiyyatda və internet resurslarında əsərin adı əsasən mənbə dildə tələffüz edildiyi kimi, bəzən də öz dilimizdə yazılır. Təəssüf ki, əsərin adının yazılışında prinsip gözlənilmir:
“Divani lüğət-it türk”
“Divanü lüğət-it türk”
“Divani luğatit-t türk”
“Divan lüğəti ət-türk”
“Divani lüğət-ət-türk”
“Divani-lüğət-it türk”
“Divanü lüğat-it türk”
Oxşar mənzərə Türkiyə dilçiliyində də müşahidə olunur:
“Dîvânü Lûgâti’t-Türk'”, “Dìvānu Luġāti ’t-turk (DLT)” və s.
Rus dilində isə adətən “Диван лугат ат -турк” şəklində yazırlar.
Əsərin Azərbaycan və Türk dillərindəki adında da variantlılıq özünü göstərir:
“Türk dillərinin lüğəti”, “Türk dillərinin izahlı lüğəti”, “Türk lehçelerinin Divanı”, Türk dil və ləhcələrinin lüğət və qrammatikası” və s.
Bu yaxınlarda bir millət vəkili əsərin adının yazılışı ilə bağlı mənə sual vermişdi. Qərara gəldim ki, Elm Günündə fikirlərimi sizinlə də bölüşüm. Çünki millət vəkilimiz, dəyərli alimimiz çoxlarının diqqət yetirmədiyi bir məqama haqlı olaraq eyham vurmuşdu.
Nə üçün əsərin adını (əsasən) “Divanü lüğət-it türk” şəklində yazırlar?
“…-İT TÜRK” nə deməkdir?
Gəlin birlikdə aydınlaşdıraq. Hörmətli ərəbşünaslar bu məsələni daha yaxşı şərh edə bilərlər. Mənim bir dilçi alim kimi yanaşmam belədir.
Birincisi, ərəb dilində sözlərin oxunuşunda belə bir qayda var. Əgər əlif-ləm (əl) artiklindan sonra 14 şəmsiyyə hərf gələrsə, bu zaman əl artiklında olan ləm hərfi oxunmaz. Bu o deməkdir ki, əlif hərfi ləm hərfindən sonrakı (idğam) şəmsiyyə (t) samiti “ət” şəklində, yəni “-it türk” yox, “-ət türk” şəklində oxunar.
Lakin əl artiklından (əl türk) əvvəl gələn “luğat” sözü şəmsiyyə hərflə bitdiyinə görə çox vaxt (لغات الترك) “it” müəyyənlik artiklı ilə işlədirlər. Hesab edirəm ki, bu cür yanaşma ən azı estetik cəhətdən doğru deyildir. Fikrimcə, bu məşhur əsərin adını bir qayda olaraq ya öz dilimzdə, ya da mənbə dildə tələffüz edildiyi kimi yox, yazıldığı kimi (ديوان لغات الترك) (yəni “Divan luğat əltürk”) yazmalıyıq. Bu fikri qəbul etməyən alimlərimizə başqa variant da təklif edirəm: “Divanü lüğatit türk” və ya “Divanü lüğətət türk”