
Nədir şeir?
Şeir şairlərin qəlbindən gələn,
Təfəkkür, təxəyyül nümunəsidir.
Anlayar, hiss edər, düşünən bilən,
Şeir şairlərin susqun səsidir.
Şeir Nizaminin müdrik kəlamı,
Nəsimi, Füzuli-aqil sözüdür.
Şeir şairlərin könül məramı,
Zəngin ürəyinin əksi, üzüdür.
Şeir niyyətlərin şərhi, bəyanı,
Ülvi dəyərlərin deyən dilidir.
Şairin hissidir gəzər dünyanı,
Şeir ürəklərin tutan əlidir.
Camal, gözəlliyi harayla, səslə,
Hər cümlə, sözündən sevgi duyulsun!
Zehnini öyrənmək yolunda bəslə,
Hər sətir, misrandan bilgi duyulsun.
27.03.24.
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru