QƏDİM SÖZLƏRİMİZİN (PROTOTÜRK) ETİMOLOJİ İZAHLARI.

QƏDİM SÖZLƏRİMİZİN (PROTOTÜRK) ETİMOLOJİ İZAHLARI.
(“DAŞ” SÖZÜNÜN DERİVATİVLƏRİ)
(Məqaləni şəxsən tanımasam da dilçi alim Firudin Ağasıoğluna (Cəlilov) ithaf edirəm).

Hər bir insan özünüdərk yəni kamilləşən vaxt daxilində, ətrafında baş verən hadisələri öyrənməyə çalışır.Maraq etdiyi hər bir şeyi öyrənmək üçün suallar verir.Müəyyən yaşa çatdıqdan sonra başqasından yox, özü özündən soruşur.Bu sualların biri də “dilimizdə olan sözlər necə yaranmışdır sualıdır”.Bu sual onu ömrü boyu izləyir.
Əslində bu sual dilçilik elmininin özündə də eyni mahiyyəti daşıyır.Hətta spesifik dilçilər tərəfindən aparılan akademik araşdırmalar da bu sahəni dərindən öyrənə bilməmişdir.
Görəsən dilçilik elmində (tək bizdə deyil, bütün dünya dillərində) bu boşluğu yaradan səbəb nədir?
Dilçilik nəzəriyyəsi ilə məşğul olan alimlər protodillərin (qədim) etimologiyasının öyrənilməsinin əsas şərtləri: qədim yazılı mənbələri, folkloru, mifologiyanı əsas götürürlər.Sözlərin rekostruksiyasında səs əvəzlənməsi, səs keçidi, səs düşümü, səs əlavələri və s.məsələlərin böyük rol oynadığını göstərirlər.Lakin sözlərin praforması (ilkin) bərpa olunsa belə, onun mənşəyini, mənanı daşıma səbəbi (semantikası) öyrənmək problem olaraq qalmaqdadır. F.Ağasıoğlunun (Cəlilovun) dediyi kimi bir sözü tapmaq üçün min cür müqayisəli təhlil aparmaq gərək olur.
Mən bəlkə də dilçilik elmini cəbr (əziyyət) elmi ilə eyni paralellikdə görürəm.Sözün kökünü tapmaq riyazi kökü tapmaq qədər əziyyətlidir.
Əski sözləri tapmaq üçün, gərək ən qədim insanın düşüncə tərzini öyrənib, həmin dərin qata düşməyi bacarmalısan.Onların bizə miras qoyduqları sözlərin necə yarandığını duyasan.Dilçilikdə, əsasən də qədim sözlərin öyrənilməsində sözduyumu əsas şərtlərdəndir.
Görəsən insanın yaranışı haqqında verilən rəqəmlərin hansı dəqiqdir?.Bəzən milyard, milyon, bəzən də minilliklər…Ən inandırıcı olmayan isə müasir dilçilərin insan nitqinə 5-10 min il yaş vermələridir.Bir tanınmış dilçi deyibsə belə məgər bunu mənbə saymaq olarmı?
Dilçi alimlərin qənaətinə görə ilkin sözlər yamsılama (təqlid, imitasiya) yolu ilə yaranmışdır.Məs: dilimizdə qu quşuna çıxardığı “qu” səsinə görə, ruslar “kukuşka”, latınlar “cuculus” və s. kimi adlanmalar yaranmışdır.
Bu tədqiqata dair bir neçəsini öz araşdırdıqlarımdan deyim.”Qarğa” sözü çıxardığı “qar” səsinə; “qurbağa”nın çıxardığı “qur” sözünə və s.Hətta təzə dil açan körpələrin ifadə etdikləri:mu(su), pəpə, məmə, dədə, nənə, bibi, qaqa və s. sözlərdə yamsılama prosesində yaranmışdır.
Hətta ən ilkin Amon Tanrısı da onun inancı olan inəyin çıxardığı “mo” səsindən yaranmışdır.Qədim Türklərin Qor Tanrısının adı da yeni doğulan uşağın çıxardığı “qa-ğıltlsından” yaranan nominativdir.Onlar insanın Tanrı tərəfindən yaranmasını dərk edirdilər.Və körpənin çıxardığı “qa” səsini tanrının adı kimi inanıb, qəbul etmişlər.
Həqiqətən nə qədər çətin olsa da, Tanrıçılığı qəlbən sevərkən o dərin qat insan üçün açılır və həmin aləm vizual şəkildə təsəvvürə (bəlkə də təsəvvüfə) gəlir.Düşünürəm ki, sufilər də bunu arzulamışlar. Ancaq yolunu tapa bilməmişlər.
Tanrını dərk etmək üçün ən qədim insanın düşüncəsini dərk etmək gərəkdir.İnsan Tanrını necə dərk etmişdir?
Ta qədimdə onlar təbiətin dörd ünsürünün (su, yel, od, torpaq) onlara gətirdikləri fəlakətlərə görə onlara tapınmış, lakin faydasız olduğunu dərk edən ağıllı insanlar (homo sapiens ) onlardan güclü fövqəlbəşər qüvvəni-Tanrını tapmışlar( yəni- tapanak, tapınmaq).
İnsanlar tayfa, qəbilə şəklində yaşayarkən onlar insanda səs aparatının olduğunu dərk edərək, onun vasitəsi ilə çıxardıqları siqnal mahiyyətli səslərdən başqa, bu səslərdən danışıq siqnalları da yaratmağı düşünmüşlər.Ən qədim insanlar tanrılarının adından Tanriya məxsus sözlər yaratmışlar.Məs: Tanrı sözündən məntiqə uyğun tan, tən(təndir), dan(Günəş Tanrısının doğan vaxtı) və s;Qor Tanrısının adı ilə qor(od), qut; Gün Tanrısının adından gün,ün, ön, hun, xan və s.Daha çox tanrı adları və ona məxsus adlanmalar mövcuddur.
Qədim insanlar üçün Tanrı adları sanki əlifba səslərinin başlanğıcı olmuşdur.Tayfalar birləşdikcə onların da tanrı adlarından yeni səslər səs əlifbasının həcmini genişləndirirdi.Artıq bu səslərTanrı xüsusiyyətlərinə xidmətdən çıxıb, onları əhatə edən coğrafi mühiti, maddi əşyaları, məişət əşyalarını adlandırmaq üçün nitqin əsas bazasına çevrilmişdir.İnsanlar tək və yaxud toplu şəkildə adlanmalar (nominasiya) tətbiq etməyə başlaylrdılar.(Dədə Qorquddakı kimi.)
Yüzlərlə dilçilərimiz Azərbaycanın coğrafiyasında yerləşən Kür və Araz çaylarının adlarını öyrənmək üçün saysız-hesabsız variantlar vermişlər.Lakin onlar sözün rekonstruksiyasını tapsalar da, onun yaranma etimologiyasını tapa bilməmişdilər.Nə üçün bu çaya bu ad verilmiş, niyə başqa ad yox.Kür çayının adının digər çay adlarına Oka və s. oxşadıb tapsalar da etimologiyanın haradan doğulduğunu müəyyən etmək onlarda problem olaraq qalmışdır.
Ən Qədim Türklər (Bəzən “qədim” sözünə öz alimlərimiz də etinasız yanaşıb, onun mahiyyətini nümayiş etdirə bilmirlər.Yer üzərində yüzlərlə xalqlardan yalnız bir neçəsi bu adı daşıyır:Qədim Misirlilər, Qədim Romalılar və Qədim Oğuzlar vəssalam.) inanırdılar ki, mövcud olan hər bir şeyi Tanrı yaratmışdır.(Bu günki kimi.) Məhz Kür çayının adını onlar Ulu Tanrı Qa-nın adından Ulu dillə Kür, (Görkəml diçi alim Qəzənfər Kazımovun “Ulu dil tədqiqatı” əsasında) Araz çayınının adını isə “Ra” Günəş Tanrısının adından yaratmışlar.
Bu günki müasir insanın düşüncəsindən fərqli dil fəlsəfəsi, məntiqi, təxəyyülü, mülahizəsi, psixologiyası və s. əsasında.
Dilimizdə miras sözləri “söz muzeyinə” bənzətmək doğru olardı.Onlar türkün genezinin prototipləridir.Həqiqətən də bunlar hamısı hermitajdır (ermitage).
Qədim sözlərimizə fikir verək.“Un” sözü.Qədim insanın təsəvvürünə görə un ruzisini yalnız tanrı yarada bilərdi.Gün Tanrısının verdiyi “un” ruzisi.Başqa dillərdə eyni paralellikdir.
İngilis dilində: “flour” sözü iki tanrı adından Firondan keçmə “fr-fl” və ur(kor), fars dilində “ard” – “ar”-“har”; monqol dilində “quril”-“qor” tanrısı, Rus dilində “muka” iki tarının adından “mo” və “ka”; yunanca “alevri” yenə də iki tanrı adından “al-hor-“h” səsdüşümü və r-l əvəzlənməsi, “vri” Firondan “fir-vir” və s.
Kim Fironizmə 5000 min il yaş verirsə onlar çox yanılırlar.Əgər bütün dünya dillərinə Fironizmdən keçən sözlərin izahlı sözlüyünü yaratsan 10 cildə sığmaz.Bu hələ mənim 6-7 dilə bələd olduğum statistikadandır.Fironizmi bilməyən dilçi heç bir vaxt öz dili daxil, heç bir dilin teolinqvistikasını, psixolinqvistikasını, semantikası və s. dəyərincə tədqiq edə bilməz.Dillərdə ”Firon” sözü 100 şəkil almışdır…Marr onu axtarmağın izinə düşmüş, lakin tanrıçılığı bilmədiyi üçün bütün cəhdləri bu gün də əsassız kimi sayılır.
Özüm özümə təəssüf edirəm…
Keçək məqalənin əsas mövzusuna.
Dilimizdə olan “daş” türklərdə olan “taş” sözünə.Mən əgər bu məqalənin girişini bu qədər izahlı yazmasaydım, oxucu üçün bu fikirlər qaranlıq qala bilərdi.
Əvvəldə deyildiyi kimi Tanrı adı ilə yaranan hecalar artıq tanrıçılıqdan çıxıb, əhatədə olan nəsnələrin adlanmasına xidmət etmişdir.”Tan”- “Günəş Tanrısı”nın adndakı “da” və türklərə məxsus karlaşmış fonemlə “ta” yeni sözlərin yaranmasında köməkçi rolunu oynamışdır.
Qədim Türklər inanırdılar ki “daş”ı da tanrı yaratmışdır.Hətta türklərin “dağ” sözü də Tan Tanrının adındandır.Çünkü onlar Tanrını uca hesab edərək, dağları müqəddəsləşdirmişlər.”Dağ” sözü “da” hazır hecadan adını almışdır.Yerdə olan daş da dağın daşından olduğundan, yeni söz olan “da+ş” sözünü də bu mənbədən yaratmışlar.Onlar daşdan düzəldilmiş yaşadıqları primitiv evə də “dam” adını qoymuşlar.Evin içərisinin yerinə də “daş” sözündən yaranan, yəni daşın yedə olmasına nəzərən “döşəmə” adını vermişlər.Altlarının soyuq çəkməmələri üçün düzəltdirdikləri nəsnəyə də “döşək” (daşın üstünə qoyulan) adını vermişlər.Fars lüğətində “döşək” sözü eyni məna daşısa da, oğuzlardan keçmədir.
”Diş” sözü də həmin semantikadandır.Daş kimi bərk.
”Dış, tış” sözləri də “çöl” yəni “daşlıq” mənasından yaranmadır.Türklərdə işlənən”taşra- uzaq əyalət” sözü də evdən uzaq, daşınılan yer kimi mənalanır.
Qədim Oğuzlarda “çul” daş deməkdir.Ola bilsin ki, “Dəşti” muğamının “çölçülərə-köçərilərə) aid olduğundan bu nominasiya formalaşmışdır.Bu adlanma yəqin ki, oğuzların “Dış Oğuz” qoluna mənsbluğu bildirən semantikadandır.”Köçəri” sözünün özü də “daşınan-daş” yəni “Dış oğuz” la eyni semantik paralellikdədir. Farslarda da “dəşti” sözü “çöl” mənası verir(Türk dilindən alınmadır)
“Daşımaq-taşımaq” sözü də çox maraqlıdır.Bəzən deyirlər ki, “Elə bil daş daşımışam”.”Daşımaq, daşınmaq, daşlanmaq” sözlərinin içərisində bir psixolinqvistik anlam var.Yəni “daş kimi ağır yükü daşımaq” semantikasındandır.
“Düşmək” sözü.Bir şeyin yerə düşməsi.Yəni daşın üstünə düşməsi.Psixolinqvistikadır.
“Düşünmək” sözü.Çox vaxt fikri bildirmək üçün ona “düşünüb-daşınmaq” da deyirik.Semantik cəhətdən “daş kimi ağır olan bir fikri” bildirir.
”Deşmək” sözü. Diş ilə deşilən mənasından yaranmadır.(dişdəkləmək-İbtidai insan düşüncəsi.)
Türklərin “Dosdoğru” sözü – “tamamilə düz” yəni “daş kimi bərk”.
Türk dilində olan “döşekli” sözü möhkəm, sabit mənasını bildirir.
“Düşkü, düşkünlük” sözləri bizim ifadəmizdə “qəlbin qırılması” kimi başa düşülür.Yəni “düşkün” sözü “yerdəki daşa düşüb sınma” kimi psixolinqvistikdir.Axşam düştü, gözdən düşmək və s.
Ən maraqlısı çox vaxt lağ etdiyimiz adama dediyimiz “düşük” sözü.Türklər bu sözü “enmiş” mənasında işlədir.Biz isə rəngli formada yəni aşağılamaq mənasında işlədirik.
Dilimizdə işlənən “daşmaq” sözü “daş” sözünün omonimi olsa da, “daşmaq” sözü “aşmaq” sözündə “d” səsinin protezasıdır.Sadəcə olaraq “aşmaq-daşmaq” sözündən özünə yeni status qazanmışdır.”Daş” sözü ilə əlaqəsi yoxdur.
O ki qaldı “döş” sözünə, bu bir qədər fars dili ilə müştərəkdir.Əslində döş sözü fars dilində “büst” kimi mənalanır.Bu bizim şeirriyatımızda da gözəlləmələrdə də çox işlənmişdir.Fars dilində “duşəndə, duşidən” sağıcı, sağmaq kimi mənalanır.Buna baxmayaraq “döş” sözünün ifadələrdə “döşü bərk” kimi işlənməsi insan əzasından olan döşün daş kimi bərk anlamına gəlməsi semantikanı türk dilinə yaxınlaşdırır.”Döş” sözünün sinonimləri olan “sinə, büst, qəlb” kimi sözlər də dilə gəlmə sözlərdir.”Dişləmək” sözü də uşağın döşdən süd əmməsi zamanı da işlənir.”Döş” sözü dilimizə məxsus neologizmlər də yaratmışdır.”Döşlük”, “dağın döşü”, “döşdü adam” və s.
“Düşmən” sözü dilimizə fars dilindən keşmə olduğu üçün “daş” sözü ilə əlaqəsi yoxdur.Bəzi mənbələrdə “dış adam” yəni “yadelli” kimi də mənalandırılır.
P.S.Məqaləni yazıb qurtaranda hörmətli alimimiz Firudin Ağsıoğlunun (Cəlilov) fikrini xatırladım.Bu yolun çətinliyi göz qarşısındadır.Ancaq çətinlikdən keçən yol daha uğurlu olur.
Bilmirəm düşüncələrim qeyri adidir, yoxsa ağlabatandır.Mənbə elə özüməm.(H.Ə.)Özüm özümə inanıram.(“özünəinam”həyati şərtlərdəndir)Ancaq insan özünə kənardan da baxmağı da bacarmalıdır..Ona görə bu fikirlərimi publikaya çıxardım.Mən özünütənqidi kənar tənqiddən önəmli sayıram.Ancaq publika təmiz bir aynadır.
Dilçilik nəzəriyyəsinin əsas amili yeni nəzəriyyənin tapılması yollarıdır.Nəzəriyyə özü yeni baxış deməkdir.O, mühərrik və davamlı olmalıdır.
Yazımın qayəsi akademik olsa da, publikaya uyğun olaraq terminologiyadan çox istifadə etmədim.
Bu məqaləni yazmaqda məqsədim bir çox alimlərin qədim sözlərimizi oxuculara “daşlaşmış”, onların təbirincə desəm “birikmə” kimi təqdim etdikləri sözlərə aydınlıq gətirməkdir.Yeri gəlmişkən “birikmə” sözü “bərkimə” sözündəndir.”Daş” sözünün müəyyən sözlərdə: vətəndaş, yoldaş, qardaş, sirdaş və s. sözlərdə şəkilçi kimi verirlər.Türk dillərində “daş” sözü müstəqil söz kimi “bərk” sözünün sinonimidir.”Bir” sözü də buradandır.Yəni bir yumruq olmaq, birlik, birgə və s.
Qədim keçmişimizdən bizə gəlib çatan müqəddəs Pirlərimiz də “bir”-sözünün “daş” mənasında günümüzə gəlib çıxmasıdır.(müəllif)Həqiqətən də bütün Pirlərdə müqəddəs sayılan daşlar vardır.(Kəbədə də həmçinin.Qara daş-əcərül əsvəd)İnsanlar onu öpür, əl və üzlərini ona sürtməklə şəfa axtarırlar.
Məqalə uzun olsa da oxumaq maraqlı olacaqdır.Mən özüm də bu məqaləni dəfələrlə oxuyacağam.Mənim üçün daha maraqlıdır.Sizlərə də məsləhət bilirəm.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir