Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Təxminən üç il bundan qabaq “Azərbaycan” jurnalına bir neçə şeir göndərdim . Xeyli vaxt gözlədim , amma şeirlərdən səs-soraq çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi , uğur dilədi və söz verdi ki, tezliklə dərc olunacaq. Sakitləşib oturdum. Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da söz verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin , gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də) . Orda da odlu alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi? Elə “Azərbaycan” jurnalında dərc olunmuş kimi vardım. Tədbirdə kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi böyük dəyəriydi sözə, poeziyaya.
Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi,dərc olunmadım. Sonra bir də, bir də ..
Bu dəfəki telefon danışığımız əvvəlkilərə bənzəmədi. . Araya küskünlük düşdü. Çəkilib oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən. Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. . Nəyi var dilindədi. Ürəyi başqadı. . Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm , tanıyıram onu.
Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra…Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə ,elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü.
Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim . Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi . Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi . Səs atdı . Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim . Səsindən.
Artıq “Azərbaycan” jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq.
Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. . Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi -təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi . Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman da olmadım dəvət etdiyimçün. Danışdı.
Bir qədər sakit, yuxulu, yorğun. Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar onun ağzından bu dəfə . İkimizin ortaq dostlarımız. Daha heç yadına da salmırdım onun.Özü gəlmişdi . Bəs idi.
Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm Nəcəfzadə sevinirdi mənim əvəzimə. Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim .
Bu gün onun dünyaya gəldiyi gündü. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür. Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var.Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun . Köhnə yaş tarixdə qaldı. Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BÜTÖV AZƏRBAYCANIN ŞEİRİ

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm Nəcəfzadə haqqında

01 Aprel –Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin anadan olmasının – 65 illiyidir (1959),

Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri,Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, Teleradio Akademiyasında müəllim, Mədəniyyət nazirliyinin “Qızıl kəlmə”, “Milli kitab”, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq ” Rəsul Rza”, “Tofiq Mahmud” mükafatları laureatı, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub.

Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısıı çap dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.

2023-cü ildə Ulu Öndərə həs etdiyi “İki iyirmi üç arasında” pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.

Mükafatları.

2007-ci ildə şeirləri beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb.
Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Mahmud adına mükafat”ına layiq görülüb.
2016-cı ildə Milli kitab mükafatına layiq görülüb.
2017-ci ildə Qızıl kəlmə mükafatına layiq görülüb.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
9 iyul 2019-cu ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilmişdir.
2022-ci ildə Turan Birliyi Ordeni ilə təltif edilib.

Yaradıcılığı

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.

Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.

Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.

Əsərləri

“Sevginin sonunu deməyin mənə” Bakı, Yazıçı-1990
“Yatmış dəniz şəkli” Bakı, Gənclik-1991
“Bir gəlin dalğa ilə yan-yana”Bakı, Göytürk-1994
“Gülümsəyən ağac” Bakı, Göytürk-1995
“Şeirimin bəxti” Bakı, Göytürk-1995
“Sevmək istəyirəm təzədən” Bakı, Göytürk-1996
“Sarı sim” Bakı, Göytürk-1997
“Sən yadıma düşəndə” Bakı, Qanun-1997
“Özümə doğru” Bakı, Azərnəşr-1998
“Ömür kitabıma düzəliş” Bakı, Azərnəşr- 2001
“Və sairə” Bakı, Nurlar-2004
“The Evening Stories”(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007
“Prebraşenie” (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007
“EENWORDING” (Birləşmə) Holland dilində. Hollandiya-2007
“SKETCHES OF PRISON” (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya-2007
“Qadının ölümü” Bakı, Vektor-2008
“Savaş, ayakkabı, ölüm” Ankara. Bengü-2008
Ölülər bizə gülür” Tehran-2008
“Oğlum qapını aç, qapıda bir külək ölür” Şirvannəşr- 2009
“Barmaqların öpüşü” fars dilində Tehran-2009
“Şeirin içindəki adam” esselər, məqalələr, Bakı, yazıçı- 2010
“Adı Qəşəm” Veqktor — 2014.
“Vecernie luyidi” Moskva – 2014
“Bir dəli şeytan deyir”- Tehran 2015
“Çiçəkli xalça” şeirlər şeirlər Teas Press 2018
“Barış” şeirlər Bakı “Elm və Təhsil” 2019
“O qara əyri bulud” hekayələr “Elm və Təhsil” 2019
“Suyu seyr edən ağacın yuxusu” esselər “Elm və Təhsil” 2019
“Səhərlərin bir səhəri” şeirlər Gürcü dilində Tbilisi 2019
Əllərimin uçuşu” şeirlər rus dilində Moskva 2019
“Mənə bir məktub yaz” şeirlər ingilis dilində Moskva 2019
“Bir çiçək oğlanın səsi” şeirlər Fransız dilində Moskva 2019
“Mənim çiçəyim öldü” şeirlər İspan dilində Moskva 2019
“Ayaqqabılar ən kədərli şəkildir” şeirlər holland dilində Moskva 2019
” Gəncə soneti” 2023
“Ölüm o dünyada qaldı” 2021
“Şuşa qalxıb ayağa” 2023
“Yerdən aşağı göydən yuxarı”…2021
“Və ya” şeirlər −2023
“Gün əyiləndə” şeirlər −2023


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ən səmimi doğum günü təbriki

AQİL ABBAS HAQQINDA

Bakıya yeni köçdüyüm dönəmlərdə çox əziyyət çəkmişəm. Maddi-mənəvi sıxıntılar gah intihara sürükləyirdi, gah ölkədən çıxıb getməyi düşünürdüm, gah qaçıb kəndə getmək istəyirdim. Potensialımın olduğunu hiss edirdim, amma realizə etmək üçün çətinlik çəkirdim. Yoluma daş qoyanlar, görməzdən gələnlər, işlərimə mane olanlar çox olurdu. Qəfildən ortalığa atılmışdım ki, mən də bu işləri bacarıram, amma bacardığım işləri görmək, özümü təsdiq etmək imkanlarım məhdud idi. Dəstəbazlıq, yerlibazlıq, dostbazlıq bir yandan, əyalətdən gəlmiş 110 kiloluq, balacaboy gəncə inamsızlıq da bir yandan…
Xülasə, o dönəmdə mənə həyan olan, arxa-dayaq olan insanlar çıxdı qarşıma. Mən çox şanslı adamam. Şübhəsiz ki, zəhməti sevirəm, amma şansım da üzümə gülür. Mənə yol açanların heç biri qohumum, yerlim, tanışım deyildi. Bu adamların bəziləri ilə yolumuz ayrıldı, bəziləri dünyasını dəyişdi, bəzisi ölkədən getdi. Yenə də qalanlara şükür…
Təkləndiyimi hiss etdiyim ən kritik anda qarşıma yazıçı Aqil Abbas çıxdı. Bir dəfə həbsin bir addımlığından, bir dəfə küçələrə düşüb səfil olmaqdan qurtardı məni. Cavandım, bəzi şeyləri anlamaqda, qəbul etməkdə çətinlik çəkirdim. Çevrəmi yeni-yeni tanıyırdım. Dəliqanlı, hövsələsiz adamdım. Elə bilirdim ki, belə də olmalıdır. Gah işdən qovulurdum, gah da özüm başımı götürüb gedirdim. Çoxları mənə iş verməyə çəkinəndə, Aqil Abbas zəng elədi ki, “Gəl “Ədalət”də başla”. Beləcə mənim həyatımda yeni mərhələ başladı. Artıq “deputat” day-dayı olan gənc yazar idim. 🙂
Sözsüz ki, Aqil Abbas çoxlarına bu jesti etdiyi üçün xüsusi imtiyazlı deyildim. Ancaq qəzetin tarixində ən ərköyün müxbirlikdən, online versiyanın redaktorluğuna qədər yol keçdim. Aqil Abbas və İradə Tuncay mənə qanadlarımı necə bərkidəcəyimi, hansı yüksəkliyə qədər uçacağımı öyrətdi. Hər ikisi mənim üçün ailə oldu, qohumlarımdan daha çox qayğıma qaldılar. Köçüb rayona getdim dəfələrlə axtardılar, arxamca kirayə qaldığım evə qonaq gəldilər, övladlarımın başına tumar çəkib doğmalıqlarını hiss etdirdilər. Yenidən Bakıya qayıdanda ilk İradə xanım yazdı ki, “redaksiyanın qapıları üzünə açıqdır, nə zaman istəsən gəl başla”. Bu jesti, bu qayğıkeşliyi necə unuda bilərəm? İndi də harda rastlaşsaq, doğmalarım kimi görüşürəm. Düzdür, etiraf edim ki, tez-tez axtarıb kef-hal soruşmuram, bəzən utanıram, bəzən sıxılıram, bəzən çəkinirəm… və bu ayıbımı da anlayıram. Hər halda bu doğmalıq zərrə qədər azalmır.
Aqil Abbas belə kişidir. Qayğıkeş, mehriban, canayaxın və 20 yaşlı cavan oğlan kimi dəli-dolu və gözlənilməz. Olur ki, hansısa çıxışına görə haqqında lağlağı, təhqir yazırlar. Özümü çox pis his edirəm, – dostu, doğması incidilən hər adam kimi. Düşüncələrimiz, əqidəmiz toqquşsa belə, bu adam mənim dostum, doğmamdır. Ona deyilən sözə biganə qala bilmirəm. Aqil Abbas dostluğunu xüsusi şəkildə, gözə soxmadan hər zaman göstərir. Hətta mən intihara cəhd edəndə tökülmüşdülər onun üstünə. Hərçənd o dönəmdə də uzun müddət idi görüşmürdük, bəlkə də yanına getsəm əlini çiynimə qoyub bir-iki yüngül zarafatla məni o vəziyyətdən də çıxarardı. Elə o məşum hadisədən sonra da, məni tək qoymadı.
Saatlarla söhbətləşib, içib dərdləşdiyimiz günlər olub. Tanıyanlar bilir ki, söhbətinə doyum olmaz Aqil Abbasın…
Aqil Abbasın Qarabağ, Ağdam xatirələri, torpaq nisgili başa çatanda çox sevindim. Nəhayət ki, onun Qarabağdan, Ağdamdan danışanda gözləri dolmayacaqdı. Amma bu günlərdə görüşdük, gördüm ki yox, dostum hələ də Ağdamdan danışanda kövrəlir. Amma şükür, gözlərində əvvəlki həsrət yoxdur.
Niyə bu gün xüsusi olaraq təbrik yazdım? Düzü 40-ı adlayandan sonra kövrəkləşmişəm, keçmişi tez-tez xatırlayıb analiz edirəm. Son 15 gündür ki, beynimdə nədənsə o illərin xatirələri canlanır. Anlayıram ki, o vaxt Aqil Abbas qarşıma çıxmasa hər şey başqa cür olardı. Pis və ya yaxşı olardı bilmirəm, amma dəqiq bilirəm ki, indiki adam olmazdım…
Xülasə, Aqil Abbas mənim xüsusi sevgim olan insanlardan biridir. Bu gün əziz dostumun, qələm yoldaşımın, Aqil əminin doğum gündür. Zəng edib təbrik etsəm, ürəyimdəkiləri rahatlıqla deyə bilməyəcəkdim, ona görə də yazdım ki, ürəyimi boşaldım. Hər zaman minnətdarlıqla xatırladığım əziz dostum, yaxşı ki, varsan!
Bu gün hökmən sağlığına badə qaldıracam!

Hörmətlə: CƏLİL CAVANŞİR

AQİL ABBASIN YAZILARI

CƏLİL CAVANŞİRİN YAZILARI

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru