NIHIL EX NIHILO FIT – “Heç bir şey yoxdan yaranmaz”

NIHIL EX NIHILO FIT – “Heç bir şey yoxdan yaranmaz”
Bu ifadə ilk dəfə Qərb fəlsəfəsində Parmenides tərəfindən istifadə edilmiş və Sokratdan əvvəlki mütəfəkkirlərin arxe anlayışının əsasını təşkil etmişdir. Əsasən heç bir şeyin səbəbsiz mövcud ola bilməyəcəyi prinsipi kimi istifadə edilən bu ifadə, maddəyə forma və ya hərəkət vermək səlahiyyətini ilahi bir yaradılış aktı ilə məhdudlaşdıran qədim yunan fəlsəfəsində ortaya çıxmışdır. Lakin bu prinsip, Tanrının dünyanı heç bir təbii və ya maddi səbəb olmadan yaratdığı anlayışı ilə ziddiyyət təşkil edir. Çünki Tanrının maddəyə başlanğıc olmadan forma və ya hərəkət verməsi, heç bir səbəb olmadan bir şeyin mövcud ola bilməyəcəyi prinsipini pozmur. Buna görə də, Allahın hərəkətinin fövqəltəbii bir səbəbi ehtiva etdiyini nəzərə alaraq, o, “nihil ex nihilo fit” prinsipinə uyğun olaraq istifadə edilə biləcəyini müdafiə etməkdədir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli: – Bu səhər…

Bu səhər…

Payız havası var yenə bu səhər…
Nə fərqi…
Son ucu qışa gedəcək.
Qorxma, ömrümüzə sevinclə kədər
Qoşa qayıtmışdı, qoşa gedəcək.

Havadan asılıb yalan nə varsa,
Bizi özümüzdən alan nə varsa…
Ömür darağında qalan nə varsa
Ömürdən çıxacaq, yaşa gedəcək.

Bir izim, bir sözüm qaldımı yurdda?
Bir az təsəlli ver, bir az ovut da…
Adam da, çiçək də, böcək də, qurd da
Sonunda torpağa, daşa gedəcək.

Gəlirəm…
Yoluma gəlirəm, adam,
Yenə hədəfdəyəm,
bilirəm,
adam…
Mən, ancaq sevgidən ölürəm, adam –
Atdığın güllələr boşa gedəcək.
14 senytabr 1995-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cingiz Abdullayevin doğum günüdür!

07 aprel Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli Chingiz Abdullaev in doğum günüdür! Yazarlar ( Yazarlar ) cameəsi adından bu münasibətlə onu təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun, Chingiz müəllim!!! Allah Sizi qorusun!!! Bir daha təbriklər!!!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ayaz İmranoğlu: – Bənövşəm.

BƏNÖVŞƏM
Biz atəşə, məsum eşqə bir adıq,
Bu torpağa sən də, mən də övladıq.
Birləşəndə biz ki, qoşa qanadıq,
Bənövşəm.

Üşümə, az qalır ilıq bir yaza,
Vermə ismətini ağlı dayaza.
Darıxsan üzünü çevir Araza,
Bənövşəm.

Arazımdan bir doyunca içib gəl,
Xudafərin körpüsündən keçib gəl.
İmranoğlu ünvanını seçib gəl,
Bənövşəm.

MÜƏLLİF: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLU YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (1)
İlk olaraq inqilabçı-şair, böyük fədai
Mir Mehdi Çavuşidən başladım.

(Dostlar, bugündən etibarən güneylilərimiz haqqında çeşidli bilgilərlə sizin üçün
“Fədailərimizi tanıyaq!” rubrikasını təqdim edəcəm.Müxtəlif fədailərimiz, cəsur, rəşadətli Təbrizli-ümumən güneyli inqilabçılarımız barəsində bilgilərimi sizinlə bölüşəcəm.Bütün bu silsilə yazılarımı Təbrizin Dəryan kəndində doğulan 64 illik ömrünün böyük hissəsini Təbrizdə keçirən babam İsmayıl Paydarın və fədailərin ruhuna ithaf edirəm)

21-22 sentyabr-1965-ci il
Xəlil Rzanın gündəliyindən:
“Mir Mehdi Çavuşinin sinəsi Cənubi Azərbaycanın ensiklopediyasıdır” – Söhrab Tahirin dilindən eşitdiyim bu cür ifadələr hafizəmdə əbədi nəqş bağlayıb.
“Mir Mehdi Çavuşi firqə tərəfindən ona kəsilən və Moskva tərəfindən təsdiq edilən personal pensiyanı almaqdan boyun qaçırıb.” Bu kimi cümlələr bu fövqəladə insana bəslədiyim məhəbbəti və marağı gündən-günə artırdı.
Nə qədər ki mənim iki əlim sağdır, pensiyaya əl açmaram.Firudin İbrahiminin, Azad Vətəninin qanpulunu yeyə bilmərəm.
Quba Rayon Partiya Komitəsinə qədəm qoyduğum zaman birinci Çavuşini soruşdum.Təbliğat şöbəsində işləyən Mövlud Qonaqov zəng çaldı, traktor təmiri stansiyasında indi çilingərlik edən bu qocaman inqilabçının səsini telefonda eşitdik.Ardınca göndərilən maşın az sonra Çavuşini gətirdi.
Mir Mehdi Çavuşi 1909-cu ildə çilingər Mir Həbibin ailəsində dünyaya gəlib.Ata yurdu Təbrizdir.
-Təbriz sözünün mənası “qızdırma tökən” dir.
Mən 11 yaşda ikən Şeyx Məhəmməd Xiyabanini görmüşəm.Ucaboy, şəstli, alnı guşad, gözlərinin kənarında qırış yoxdur.Bunun səbəbi o idi ki, Xiyabani Təbrizin şərqində yerləşən Xiyaban məhəlləsindən idi.Xiyabanlılar hər səhər evdən çıxıb şəhərə gedəndə günəş arxadan düşür, boyunlarının ardını qızardır, işıqdan qamaşmadığı üçün gözün kənarında uzun müddət qırış olmur.Biz isə Təbrizin qərbindənik.Himavar məhəlləsindən.
…Xiyabanidən danışdıqca hiss edirəm ki, Mir Mehdi Çavuşi özü də məhz Xiyabani məktəbində yetişniş bir inqilabçıdır.Londonda 15 il hüquq təhsili alan ingilis casusu Mirzə Rza xan Səidi günlərin birində Çavuşinin dükanına girir.Dükanda Çavuşidən başqa heç kəs olmadığı halda, yenə ehtiyat edərək zərli əsasını arxadan qapıya dirəyib müxatibinə üz tutur.
-Ağayi Çavuşi, səninlə məxfi bir söhbətim var.Sən mənə de görüm, həyatda yaşamaqda məqsəd nə?
-Yaşatmaq
-Yox, o şurəvilərin sözüdür.Öz sözünü de.Yaşamaqda məqsəd ağ gün görməkdir.Ağ gün üçün nə lazımdır? 200 tümən pul, bağlı-bağatlı bir ev.İstəsən bunlar sənin üçün mümkündür.
Bu şirin kəlamların arxasında gizlənmiş alçaq niyyəti dərhal başa düşən Çavuşinin dodaqlarında kinayəli bir təbəssüm oyanır.Cavuşinin cavabı səkkiz misralı bu şeir olur:
Aldat özünü, şöhrətə talib deyiləm mən,
Heyhat! Yaşamaqçün ona bir an əyiləm mən.
Minnətlə əgər başimə şah tək qoyalar tac,
Haşa, o taca tuf deməsəm, ən rəziləm mən.
Yalvarmaram, hətta belə məhv olsam həyatda,
Gör dar ağacından asılıb, ya kəsiləm mən.
Azad yaşamaqdır mənim aləmdə məramım,
Çün böyük amallara mənsub nəsiləm mən.

Ardı var…

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru