Həsən Əliyev: SUFİZMİN İZİ İLƏ…

HƏSƏN MÜƏLLİMİN SƏHİFƏSİ

SUFİZMİN İZİ İLƏ…
(Qədim Türklərin Tanrıçılıq təsəvvürü paralelliyində)
Əgər Sufizm haqqında geniş məlumat versəm bu, təkrarçılıqdan başqa bir şeyə bənzəməz.Bu səbəbdən də məlumatlardan bəhrələnib, onların axtarışlarını izləməyi özümə vacib saydım.
Sufizm kəliməsi yunan təlimindən gələn “sofizm” in oriental variantıdır.Sofistlərin sahəsi həqiqətə sığmayan bir fikri qarşısındakı insana doğru kimi çatdırıb, ona fikirlərini inandırmaqdır.Həyatda görünməyən şeyləri ruhən (vizual) göstərməkdir.
Sufizmin şərq qolu sayılan Hürufizm daha elmi yol olaraq hərflərin və rəqəmlərin Allahın təzahürü olduğunu isbat etmək olmuşdur.Hürufizm Sofistlərin görükməyənlərini yox, görükənlərin dərk edilməsi təriqəti olmuşdur.
Hürifilər özləri də etiraf edirdilər ki, onlar bəzən islama əks gedərək Allahı insan surətində dərk etmək yolunun axtarışında olmuşlar.
Əslində bu Allaha ifrat dərəcədə eşq idi.Biz bunu Nəimidə, Nəsimidə, Füzulidə Allaha eşqin dərəcəsində dərk edirik.
Hürufilər insan surətinin gözəlliyində Allahın izini axtarır və bunu dərk etməyin yolunu axtarırdılar.(“təriq” sözü ərəbcə yol, məslək deməkdir)
Məgər bu mümkündürmü?
Hürufilərdən hələ çox-çox əvvəl Qədim Türklər də buna səy etmişlər.Deyərdim ki, onlar hürufilərdən irəli gedərək, insanın surətindəki əzaları Tanrının adı ilə adlandırmışlar. (Hürufilər bundan xəbərsizdirlər)
Dilimizdə insanın surətində olan “qaş” sözü vardır.Görəsən bu söz, adlanma hansı məntiqlə yaranmışdır?Bunu hansı dilçi alim bilmiş və yazmışdır?
Yunan filosofları (sofistlər) sözün Allah tərəfindən yaranmasını və hətta sözün özünün Allah olmasını tərif edirlər.Məhz hürufilər də sözü Allahın insana verdiyi səsin kamilliyi hesab edirlər.
Qədim Türk Tanrını fövqəlbəşər olmasını təsəvvür etmişdir.(Bütün dünya xalqları da tanrı təsəvvürləri eyni olmuşdur.)Tanrının yerdəki insanlardan fərqli olması əlaməti onun buynuzlu olması təsəvvürü idi.Bu Tanrının ibtidai formada vahidliyinin dərk olunmasının ibtidai təməli idi.
İbtidai insan özünün yaranışını Tanrı tərəfindən yaranmasına inanırdı.Elə bu səbəbdən də öz surətində Tanrı əlamətlərini axtarırdı.O, Tanrının buynuzlu olmasını qəbul edir və insanın surətində onun təcəlləsini dərk edir.Qaşın Tanrının buynuzuna bənzədilməsi ibtidai insan üçün ağlabatandır.
Maraqlıdır bəs “qaş” sözünü Qədim Türklər hansı psixoloji məntiqlə yaratmlşlar?
Ta Qəim Türklər Tanrının yerdəki inancını yaradanda onun təsvirinə uyğun qoç heyvanını seçmişlər.Qoçun buynuzunu Tanrının buynuzuna bənzədərək onu müqəddəsləşdirmişlər.Yəni Qor tanrısının adına uyğun olaraq.(Qa-qa+ş)”Qaş” sözünün “qoç” sözündən yaranması mistik panteizmin əyani sübutudur.Qədim Türklərin tanrıçılıq sözlərindən daha yeni sözlər və adlanmalar(neologizmlər) yaranmışdır.
Məs: “qoşa” sözü.”Qoşa” sözü tanrıçılıqla yanaşı “qoşqu” kimi məişətə dair- yəni kəlin qoşa olmasından yaranmadır.Hətta “qaşıq” sözü də “qaş”a bənzədilərək yaradılmışdır.”Quş” sözünün də qoşa qanadlı olmasının burada rolu vardır.Qədim türklərin “köçəri” adı da “qoç”a inamından yaranmadır.Hətta “qoçu” sözü də qoç kimi döyüşkən olmağa işarədir.
Birbaşa “qoç” sözü ilə əlaqəsi olmasa da paralel semantika kimi dilimizdə olan “öyəcmək” sözü də qoyunun buynuzlu növü olan “öyəc” sözündəndir.Yəni sözlə buynuzlaşmaq mənasına gəlir.
Dilimizdə olan “qıç” sözü də “qoşa” sözündən alınmadır.”Qaçmaq” sözü də buradandır.(Bütün bu sözlər tanrı ilə əlaqəsi olmasa da tanrı adından yaranan və tanrı təsəvvürünə xidmət edən “qa” hecasından yaranan sözlərdir.)
”Qoşqar” dağının adı da iki “qoç+qar” tanrının adındandır.
“Tanrı” sözünün özü də “tən”-“yarı, qoşa mənasından alınmadır.Bütün dünyəvi tanrıçılıqda vahid təsəvvür nəticəsində Tanrı adları “qoşa” sözündən yaranmışdır.Deo(Theo) “duble”, Xuda “do”, Qədim Qibtilərdə “zövc”-“qoşa, cüt”Bu söz Qədim Qibtilərdə o qədər qədim sözdür ki, tək onu zövc və zövcə- ər, arvad sözlərinin digər dillərdəki: man, women(Amonun adından); ər, arvad sözünün Qor tanrısının adından (sözdə q səsinin düşməsi) yaranma paralelliyində isbat etmək mümkündür.
Ən qədim Günəş tanrısı “Ra”nın inancı olan “kəl” sözü də latın dilində “urus” adlanmışdır.
Yazdığım bu müfəssəl Tanrı anlayışınının ibtidai insanın Tanrı təsəvvürünün təsəvvüfi kimi qəbul etmək mümkün sayıla biər.
Bütün dilçilik sahəsində Teolinqvistikanın(əsasən də fironizmin) rolu əvəzsizdir.Qədim sözlər ən qədim insanla yaşdaşdırsa, həqiqətən qədim sözlərin(miraslarımızın) hamısının adı Tanrıya bağlıdır.Hürufilər də bunun axtarışında olmuşlar.
P.S.Əslində sözün sahibi əsas şərt deyildir ki,”yazan kimdir?”Sözün özü əgər bir məna kəsb edirsə o, sanki anonim olan “atalar sözü”nün mahiyyəti kimi qəbul olunmalıdır.Atalar sözü ən məhşur dahilərin sözlərindən də qüvvətlidir.Sahibini axtaran da yoxdur.Əslində “atalar” sözü bizim başa düşdüyümüz “valideyn ata” deyildir.Yəni bu sözün omofonudur.”Od Tanrısının” adından “böyüklər” mənasındandır.Ata da ailədə böyük olduğundan eyni mənanı daşıyır.
Bu məqalənin ən maraqlı cəhəti bir mövzu ətrafında alimlərimizin “daşlaşmış” adlandırdıqları sözlərin açılması prosesi baş tutur.İnanın ki, təkrar olsa da, mən özüm də bu izahları yazı anında mətnə alıram.Və həqiqətən də özümü həmin anda xoşbəxt hiss edirəm ki, bu yazılardan bəhrələnənlər vardır.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir