Türkiyə, Pakistan, can Azərbaycan!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Şuşa tək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Aqillər yurdunun pir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Camal Cəfər: – Sözün əhəmiyyəti

Sözün əhəmiyyəti

Sözlər bir dəyərdir kimi aşağı,
Kimi insanlıqda üstdə dayanır.
Kimi söz sözləyir yersiz bayağı,
Kimi danışdıqda ruhlar oyanır.

Sözlərin insana bir mükafatı,
Hörmət qazandırmaq, ad gətirməkdir.
Bir haqq üstələyər yüz xurafatı,
Yalanın peşəsi dad! gətirməkdir.

Sözlər məna vaxtı, yozum anında,
Gah bahar, xəzan tək əsərin qoyar.
Anlayış zamanı, çözüm anında,
Təsirin göstərib kəsərin qoyar.

Camal, sözlərini seçib ələkdən,
Dinməyi öyrənib, susmağı bacar.
Çıxarıb dəyişib yerin ürəkdən,
Sözləri yerinə asmağı bacar.

11.04.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Musa Ələkbərli – Şeir…

ŞEİRİN AĞRISINI ÇƏKƏNDƏ

Qəddardan qəddardı,zalımdan zalım
Özü öz üstünə çökəndə Musa.
Əvvəl xəyallardan köynək toxuyub,
Sonra ilmə-ilmə sökəndə Musa.

İhamın yolunda durub müntəzir,
Həyacan içində titrəyib əsir.
Daşlaşmış sözlərin üstündə gəzir
Çaylaq quşu kimi səkəndə Musa.

Anma qiyaməti o qurda qalır,
Ürək hara gedir,yurd harda qalır?!
Yerin yer səthindən kənarda qalır
Nə şəhərə sığır, nə kəndə Musa.

Köksündə ilantək qıvrılır misra,
Ruhundan qılınc tək sıyrılır misra.
Canından,qanından ayrılır misra,
Ürək bənd eləyir hər bəndə Musa.

Ya göyün yeddinci qatından çıxır,
Ya da sal daşların altından çıxır.
Bütün ağrıları yadından çıxır
Şeirin ağrısını çəkəndə Musa.

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Heç bir yerdə yazılmayan məlumat -12 Aprel.

Heç bir yerdə yazılmayan məlumat

Bu fotodakı ən kiçik uşaq Borya (ortada) Böyük Vətən Müharibəsi zamanı bir alman tərəfindən öz şarfı ilə asılacaq, ancaq anası onu son anda xilas edə biləcək. Müharibədən sonra radio boru zavodunda ömrünün sonunadək fəhlə işləyəcək.
İki ən böyüklər (yanlarda) almanlar tərəfindən Almaniyaya sürgün ediləcək, lakin onlar yol boyu qaçıb Qırmızı Ordu hissələrinə qoşula biləcəklər. Valentin dülgər olacaq, qız Zoya isə tibb bacısı kurslarını bitirəcək və Qjhatsk şəhərindəki uşaq xəstəxanasında işləyəcək.
Bax, orda, stulda oturan oğlan isə, onların qardaşıdır, 1961-ci il aprelin 12-də səhər “GETDİK!” deyəcək və özünü əbədi tarixə yazacaq. Klushino kəndi. 1938 Valentin, Boris, Zoya və Yuri Qaqarinlər. Tarix dərslərində bu öyrədilmir. Sadəcə sizlərə məlumat verdim.

Mənbə: Esmira Şükürova

ESMİRA ŞÜKÜROVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Araz Yaquboğlu – BƏHRƏMİN QONAQLIĞI

ARAZ YAQUBOĞLU: Xasay əmimlə bağlı sizlərə bir əhvalat söyləyim. Axı bu gün onun anım günüdür.

BƏHRƏMİN QONAQLIĞI

Daşkəndli Orucun qızı Abuzəndə Göyçənin Qaraqoyunlu kəndində Bəhrəmin yoldaşıydı. Bəhrəm də səxalı, əli açıq, çörəkli adam olub. Abuzəndənin qardaşı Xasay Hacıyev həbsdə olan vaxtlar bacısı çox ağlayır, çox sızlayır. Qaraqoyunlular onun nə qədər könlünü alsalar da, heç rahatlıq tapmırmış. Qaraqoyunlular Abuzəndənin xətrini çox istəyirmişlər. Qoçaq bir qadın idi. Xeyirdə, şərdə yemək bişirər, kənddə dərzilik edər, camaata xidmət göstərərmiş. 1963-cü ildə Xasay Hacıyev həbsdən qayıdanda Bəhrəm Abuzəndəylə, bir neçə də qohumuyla qurban gətirib Yeni Daşkənddə kəsir. Xasayı da Qaraqoyunluya qonaq dəvət edib gedirlər.
Bir müddətdən sonra gəlib-gedənlə Bəhrəm xəbər göndərir ki, Xasay səni gözləyirik gəl. Bu xəbər göndərmələr bir neçə dəfə də təkrar olur. Xasay Hacıyevin işi-gücü çox olduğundan vaxt eləyib gedə bilmir. Bəhrəm fikirləşir ki, yaxşısı budu qaynım Xasaya xəbər göndərim ki, bacın Abuzəndə ağır xəstədi, yerdə yatır. Onda tez gələcək. Belə də edir.
Xasay Hacıyev kənddən 3–4 qohum-əqraba da götürüb bacısının yanına gedir. Qaraqoyunluya çatanda görür ki, bacısı qapıda yır-yığış, biş-düş eləyir. O dəqiqə başa düşür ki, yeznəsi Bəhrəm onu aldadıb qonaqlığa çağırıb. Təzədən yemək-içmək başlayır. Qaraqoyunlular da yığılıb adı həmişə uca tutulan Abuzəndənin qardaşı Xasayın görüşünə gəlirlər. Sazlı-sözlü bir məclisdən sonra Bəhrəmin kəndçiləri nə qədər eləsələr də Xasay iki gündən artıq qala bilmir. Qayıdır Yeni Daşkəndə.
(Söyləyəni: Hacıyev Araz Yaqub oğlu)
P.S. şəkildə Süleyman Rüstəmin arxasındakı Xasay Hacıyevdir. Öndə sağdan 1-ci isə Azaflı Mikayıl.
(Şəkili qardaşım Eldəniz Tovuzlulardan əldə edib)

ARAZ YAQUBOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Uyğur yazarı Abduşükür Muhammed ilə Eluca Atalının söhbəti

Uyğur yazarı Abduşükür Muhammed ilə Eluca Atalının söhbəti:

Eluca Atalı haqqında

ELUCA ATALININ YAZILRI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r