AİDA ADI NECƏ YARANMIŞDIR?

HƏSƏN MÜƏLLİMİN SƏHİFƏSİ

AİDA ADI NECƏ YARANMIŞDIR?
(Adı Aida olanlara ithaf edirəm.)

Aida adı elə ilk baxışdan avropayönümlü ad kimi qəbul edilir.Buna baxmayaraq Aida avropa mənşəli ad kimi görünsə də, adın birbaşa məna anlamını tapmaq mümkün deyildir.
Bəzi avropamənşəli adlara nəzər yetirək.Məs: yunan dilində Marqarita adının mənası latınca “ margarita”- “mirvari” mənasındadır;Akvila-aquila “qartal”; Roma imperatoru Avqustun adının mənası latın dilində “augustus”-“əzəmətli” sözündən; Fabull adı latın dilində “fabula”-“nağıl, təmsil” sözündən, Marina adı latın dilində “mare”-“dəniz” sözündən alınmışdır.Bu səpgidə çoxlu sayda misal gətirmək mümkündür.
Aida adının etimologiyasını axtarmağın tək bir yolu- sözduyumudur.
Əgər bizim e.ə. VII əsrdə Yunanıstanda yaşamış, antik yunan ədəbiyyatının ən məşhur siması olan Homerin “İliada” əsərinin adına nəzər salsaq Aida adının oradan gəlməsi ağlabatan kimi görsənir.
Əsilndə Homer bu əsəri Yunan tarixinin mifoloji dastanı kimi işləmişdir.Əgər biz Yunan ölkəsinin Homer dövrünə tarixi səyahət etsək, görərik ki, həmin dövrdə ölkənin adı “Ellada” kimi adlandırılırdı.Yunan dövlətinin həmin dövrdə yunanca adı “Ellinizm”, latın dilində isə “Hellonismos” kimi adlanmışdı.
Bu adların hər ikisinin nüvəsində Fironizmdən gələn “Hor” Tanrısının adı göz qarşısındadır.”El” hecası ilə “hel” hecası bir kökdəndir.Sadəcə olaraq “el” sözündə “h” səsdüşümü(eliziya) və r-l əvəzlənməsi baş vermişdir.Teolinqvistikaya əsasən bütün ölkələrin adları “Günəş” Tanrısının adı ilə yaranmışdır.Yunan dilində “günəş”-“ilios” kimi tərcümə olunur.Ölkənin Ellada və İliada adları yunan dilində “günəş” mənasını verən “ilios” sözündəndir.
Yunan dövlətinin adının latınmənşəli dillərdə “Greece” kimi adlanması da fironizmdən gələn Hor Tanrısının adının “gor-gr”, “cor-cr”(dilçilikdə bu günə qədər öyrənilməyən c+c sözquruluşu) və s. kimi “Od Tanrısı” mənasında işlənməsindəndir.
Maraqlıdır, dilin tarixlə müqayisəli şəkildə (tarixi dilçilik bax budur) öyrənilməsi FİRONİZMİN yaşının 5000 il olmasını təsdiqləmir.
Fironizmin dünya üzərində substantlığının tarixi səhih öyrənilməmişdir.Quranın da surələrində Fironun allahlıq iddiasında olması barədə ayələr vardır.
Həqiqətən də araşdırmadan aydın olur ki, Aida adı İliada adından alınmadır.Ellada adı da həmçinin.Bu adların hamısı Günəş tanrısının adından gələn “Gözəllik” mənasını daşıyır.
Sadəcə olaraq “İliada” adından metateza(səs yer dəyişməsi) ilə “Aida” adı nominativləşmişdir.”Ellada” adı isə sözün daha qədim formasını özündə əks etdirir.
P.S. Sözsüz.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir