Qəzənfər Məsimoğlu: – “…çıxıb gedəcəm”.

BİR GÜN BU ŞƏHƏRDƏN ÇIXIB GEDƏCƏM

Bezmişəm hay-küydən, qarışıqlıqdan,
Ruhumu oxşamır nə axşam, nə dan.
Əzaba, möhnətə necə dözsün can?
Umudan, küsüdən bıxıb gedəcəm,
Bir gün bu şəhərdən çıxıb gedəcəm.

Yaşıl zəmiləri qalmasın dənsiz,
Zirvələr olmasın dumansız, çənsiz,
O meşələr mənsiz, talalar mənsiz,
Həsrətlə güləşib, yıxıb gedəcəm,
Bir gün bu şəhərdən çıxıb gedəcəm.

Dərdim dil-dil ötən simli tavarsa,
Qəlbimdə çəkdiyim qəmim avarsa,
Burda ürəyimə dəyən nə varsa,
Üzünə ötəri baxıb gedəcəm,
Bir gün bu şəhərdən çıxıb gedəcəm.

Ümiddən qanadlı yelə dönəcəm,
Sevgidən sədalı telə dönəcəm,
Ümman məhəbbətli selə dönəcəm,
Sevən könüllərə axıb gedəcəm,
Bir gün bu şəhərdən çıxıb gedəcəm.

Qəzənfər, o yerlər gözdə-qulaqda,
Yamanca darıxıb Soyuq bulaq da.
Əlimin sığalı qalıb yarpaqda,
Arzumu sinəmə sıxıb gedəcəm,
Bir gün bu şəhərdən çıxıb gedəcəm.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir