Firuzə Məmmədli: – Yuxu.

Yuxu

Darvazanın aralı qalmış qapısından həyətə bir uşaq əli uzanmışdı. Çirkli, tozlu, paıçıqlı bir əl. Uşaq özü görünmürdü. Qalmışdı darvazanın çöl tərəfində. Yaxınlsşdım. Uşağın çəlimsiz barmaqlarından tutub əlini özümə tərəf çəkdim. Çəkdi əlini. Qapını açdım. Saçı, başı, üzü, gözü toz torpaq içində, qartmaq bağlamış saçları qara rəngli çöhrəsini örtmüş 3-4 yaşlarında bir körpə. Ayaq üstə güclə dururdu. Cır-cındır içində əsir…”Buna pul versəm, gedib nəsə almağa da çətinlik çələcək. Bəlkə yemək verim. Bir dəfə yeməklə yaşamaqmı olar?! Daha düşünmək vaxtı deyildi. Uşağın qolundan tutub həyətə çəkdim. Yanımca əsə-əsə yeriyirdi. Hardan gəlib çıxıb bira? Bu ki ayaq üstə dura bilmir. Həyətdə tut ağacının kölgəsindəki yemək stolunun arxasında əyləşdirdim. Tələsik qarşısına çörək, bir-iki şirin qoğal, qaymaq, şirinçay düzdüm. Doğranmış çörək dilimləri. ilə qaymağı sıyırıb ağzına basır və tələmtələsik çeynəyib udurdu. Beləcə yeməyini bitirib ayağa qalxdı. İki əlini sinəsinə qoyub baş əydi. Təşəkkür edirdi. Getmək istəyəndə çiyinlərindən tutub ona doğru əyildim. “Anan varmı?” soruşdum. Başını buladı.”Bəs atan?” yenə başını buladı. Və dolmuş gözlərini göyə zilləyib yerində dondu. Bir anlığa fikir məni çulğadı. Bu uşağı götürüb saxlasam, bir yandan polis, o biri yandan mediya …Hardandı? Kimin uşağıdı? Oğurlamısan?.. Gəl indi bunları inandır. İnanmasalar, ciblərini gör ki, səndən əl çəlsinlər…Yox… Bu vəziyyıtdə küçəyə atmaq da olmaz. Uşağın əlindən yapışıb birbaş vanna otağına apardım. Kirli paltarları birdəfəlik əynindən sıylrıb zibil qabına tulladım. Uşağı vannaya salıb əvvəlcə qartmaq bağlamış saçlarını qayçıladım. Sonra yaxşı-yaxşı yuyundurdum. Birdən ağlıma gəldi ki, bu uşaq bir kəlmə də olsun danışmayıb. Bəlkə laldı. Suallarıma da başı ilə cavab verdi. Adını soruşdum. Susdu. Uşağı iri hamam dəsmalına büküb öz yataq otağıma apardım. O otağa ki, orada heç vaxt heç bir körpənin yatmadığı uşaq çarpayısı vardı. Uşağı çarpayıya uzandırdım.Üstününə isti odeyal çəkdim.”Yat, yuxula, mən gedib sənə paltar alım” deyib çıxdım. Qapını eşikdən bərk-bərk bağladım. Kəndin o biri bsşındakı mağazaya yönəldim. Uşağın yaşına, boyuna uyğun paltarlar seçib aldıqca satıcı ” kimə alırsan? Qardaşın uşağına? bacın uşağına?” deyə cavab almasa da, suallar yağdırmaqda davam edirdi. Paltarları götürüb, fikrimcə məni gözləyə-gözləyə yuxuya getmiş “qarabalanı” sevindirməyə tələsdim. Evə çatıb yataq otağının qapısını açdım və çarpayıya tərəf qaçdım. Matım-qutum qurudu. Çarpayıda yatmış qoyub getdiyim uşaq yoxa çıxmışdı. Necə oldu bu?Qapı da bağlı. Buxarlanmadı ki. Odeyalı qaldlrdım. Orada uşaq əvəzinə, balaca bir pişik balası yatırdı. Bərk qorxdum. Həm də içimdəki heç vaxt böyümək istəməyən uşaq heyrətdən çığırdı. Bu çığırtıya yuxudan ayıldım.
Demə, bütün bunlar yuxu imiş…

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir