Təranə Dəmir – İbrətamiz.

** ** **

Anam bu dünyadan köç edəndən sonra
başa düşdüm ki, məzarlıqda bir şəhər adam varmış sən demə.
Gördüm ki, dayanıb səbirsizliklə sahibini gözləyən qapıya bənzəyir burda qəbirlər.
Ayaqları torpaqdan, baxışları yoldan asılan
Körpə qəbirlər, qoca qəbirlər,
Ana qəbirlər, ata qəbirlər.
Bəzilərinin ətrafında əl ələ verib keşik çəkir
Daş hasarlar, dəmir çəpərlər.
Bəzilərinin yanı, yörəsi boşdu hələ.
Hər yandan üzünə yorğun-yorğun
baxır ot basmış köhnə ləpirlər.
Təzələrinin üstü-başı yaşdı hələ.
“Burda ölülər adamı yanıq qoxusundan,
Bir də ölüm qorxusundan tanıyır”.
Kimdənsə eşitmişəm,
Ya hardasa yazılıb…
Ölülər durub qaçar deyə
Məzarlığın girişindən yekə qıfıl asılıb.

** ** **


Hardasa bayquş ulayır bir ümidin xarabalığında ,
Kimsə daş atır gecəyə,
Bayquşun səsi çiliklənib tökülür dünyanın başına.
Tanrı gördümü?
Görəsən kim düşdü bayquşun qarğışına?

** ** **


Bu sevgi ölümdən keçib,
Təzədən bir də doğulub.
Göyün üzündə əkilib,
Qayıdıb yerdə doğulub.

Yanıb, kül olub odunda,
Külündən keçib qayıdıb.
Min yol şeytanın , iblisin
Feilindən keçib, qayıdıb.

Bu sevgi qandan, qadadan,
Bu sevgi zülümdən gəlib.
Göy yarılıb, göydən düşüb,
Tanrının belindən gəlib.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir