
Saxla
O geniş səmaya, göyə sığmayan,
Cahanı könlündə daşıyır insan.
Zəka sahibidir dərk edib duyan,
Qəlbin dünyasında yaşayır insan.
Döyüb müdrikliyin qapısın açıb,
Yüksələr zirvəyə düşünən kəslər.
Elm bucağından şüasın saçıb,
Ucalar elmini bölüşən kəslər.
Zehnin ələyindən sözün keçirən,
Seçib kəlmələrin gözün deyəcək.
Doğru desin deyə yüzün keçirən,
Haqqı tapan kimi özün deyəcək.
Camal, həyatının hər bir çağında,
Doğruluq libasın canında saxla.
Qoru gözəlliyi könül bağında,
Nəbzində, damarda, qanında saxla.
22.04.2024.
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r