ASILIB
Ayrılığın şəhərində
İllər saçından asılıb.
Sən keçdiyin yollar boyu
Şair suçundan asılıb.
Bu həsrətin dağları dik,
Baxışları çilik- çilik,
Gözüm bulud, göylər kirpik,
Ruhum ucundan asılıb.
Bu sevdanın başı qarda,
Pərvanəsi, şamı darda,
Çölüm hər gün intiharda,
Sözüm içimdən asılıb.
Gündüzündə gəlməz şahım,
Gecəsinə dilbər ahım,
Bir mən, bir sən, bir Allahım,
Bu eşq üçündan asılıb.
MÜƏLLİF: XANLAR HƏMİD
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru