Təvəkkül Goruslu – Sevməz

SEVMƏZ

Ömrümüz, günümüz fələk oyunu,
Daha seçmək olmur qurdu, qoyunu.
İnsan anlamırsa kökü , soyunu,
Vətənini sevməz, xalqını sevməz!

Bəndə meyl eləyib əqlə, kamala,
Gərək xidmət etsin saf bir amala.
Hərissə dövlətə, hərissə mala,
Vətənini sevməz, xalqını sevməz!

Ötüşər əsrlər, dəyişər zaman,
Dil olar milləti yaşadan loğman.
Öz doğma dilini sevməyən insan,
Vətənini sevməz, xalqını sevməz!

Vətən torpağının yeyənlər barın,
Sevirsə gülünü sevəcək xarın.
Sevmirsə anasın, sevmirsə yarın,
Vətənini sevməz, xalqını sevməz!

Dünya vəfasızsa, ömür qısasa,
Dəyişməz insanı təsbehlə, əsa.
İmanı allahsız, dini saxtasa,
Vətənini sevməz, xalqını sevməz!

05.05.2017.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir