İMAM QƏZALİ VƏ İNTUİSİONİZM
Qəzali, “Təhafütü’l Fəlâsifə” əsərində özündən əvvəlki filosofların kainat və varlıq haqqında uyğunsuzluqlarını üzə çıxarmışdır. Onun fikrincə, insanlar bilik əldə etməkdə həm hisslərdən, həm də ağıldan faydalana bilərlər. Lakin bu qabiliyyətlər varlıq haqqında həqiqi bilik verə bilməz. Çünki həqiqi və dəqiq bilik intuisiya ilə əldə edilir. Bu tip bilik insan qəlbinə mənəvi və ülvi bir idrak kimi enir. O deyirdi ki, düzgün məlumat nə olduğunu və bu məlumat necə əldə edilməli olduğunu araşdırmaq lazımdır. Qəzalinin fikrincə, daxili rahatlığa nail olmaq üçün həqiqəti bilmək lazımdır. Bu həqiqətə aparan bilik isə şübhədən uzaq olmalıdır. Başqa sözlə desək, həqiqəti bilmək bizi azdırmayan və heç bir şəkk-şübhə ehtiva etməyən elmdir Qəzali insanda iki cür göz olduğunu iddia edirdi:
Normal fiziki göz: Bununla insan maddi aləmə üz tutur və müəyyən məlumatlara çatır. Yəni bu göz elmlərin və fəlsəfənin əsasını qoyan ağıldır.
Qəlb gözü: Qəlbin özü mənəvi cövhər olduğu üçün insan onunla, yəni intuisiya ilə həqiqətləri aydın dərk edir.
İdealist xarakter daşıyan intuisionizm dörd bilik sahəsində həyata keçirildi: fəlsəfə, psixologiya, etika və riyaziyyat.Bu əsərdə Qəzali kainatın əbədiliyinə dair baxışları, kainatda zamanın və hərəkətin əbədiliyi haqqında fikirləri, Tanrı ilə kainat arasındakı əlaqə, Allahın vəhdəti məsələsi, Tanrı ilə varlıq əlaqəsi, Allahı tanımaq, səbəbiyyət məsələsi, insan mənliyinin varlığı və yoxluğu və s ortaya qoyur. O, əvvəlcə bir çox məsələlərdə filosofların fikirlərini ortaya qoymuş, sonra onları dəlillərlə təkzib etməyə çalışmışdır.
Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru