Dünya bu zəfərlə nura boyanır!

Yaşayır Vətən

Vətən də yaşayır ömrünü sürür,
Torpağa tökülən şəhid qanıyla.
İnsan firavanlıq, əminlik görür,
Bədəndən ayrılan şəhid canıyla.

Ətri gəlir hər düzündə, daşında,
Vətən şəhidlərdən nəfəsin alır.
Bir qürur var dağlarının başında,
Dağlar da torpaqdan zirvəsin alır.

Ana Vətənimin daşı, torpağı,
Şəhid məqamına şahidlik edir.
Üçrəngli, ay ulduz zəfər bayrağı,
Yenilməz duruşla vahidlik edir.

Camal, ürəyində, könlündə hər an,
Şəhid guşəsini sevərək bəslə!
Hörmət, ehtiramın saxla hər zaman,
Tanıt şəhidləri gələcək nəslə!
04.05.24.

Vətənin sevinci

Qalıbdır arxada çətin dönəmlər,
İndi Qarabağın üzü sevinir!
Gedib ayrılıqdan süzülən nəmlər,
İndi Qarabağın gözü sevinir!

Çıxıb azadlığa daha rahatdır,
Elimin, yurdumun gözəl Şuşası!
Artıq Vətənimdə şənlik, büsatdır,
Qovuşub Vətənə özəl Şuşası!

Şaxtalı, boranlı, soyuq Xocalı,
Səribdir lalədən xalı torpağa!
Firavan günlərdən duyuq Xocalı,
Yansıdıb sevincek halı torpağa!

Bilən azadlığı ölməz Şəhidlər,
Cənnətdə ruhları şaddır bu anda!
Hər zaman Vətənə olan Şahidlər,
Duyulur sevgisi hər bir məkanda!

Aydındır, ey Camal, Vətən səması,
Günəş üfüqlərdən gülüb boylanır!
Çatıb kainata zəfər sədası,
Dünya bu zəfərlə nura boyanır!
08.05.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir