“QARABAĞNAMƏLƏR”dən:

QARABAĞNAMƏLƏR”dən:

“…Pənah xan bir para yerlərə gedib ki, görsün, möhkəm yer ha tərəfdə var, tapa bilməyibdir… Sonra bir qədri camaat ilə atlanıb buraya gəlib, çox çətinlik ilə dolanıb, görüb ki, çox möhkəm olan yerdir. Və Allah-təalanın qüdrətidir, ta bu fikrə düşüb ki, gəlsin burada məskən edib əyləşsin.
Qərəz, Pənah xan qalanı tamam edib və Pənahabad adını qoyub, sonra yenə bu fikrə düşüb ki, qaladan bir neçə ağac aşağı bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi bu tərəfdə təmir olub, həmən qalaçaları təmir elədib və bir cəm qoşun həmişə o qalalarda durarmışlar”.


“…Bu yeri Pənah xan özü gedib görmüş və hər cəhətdən bəyənmişdi. Lakin ərazinin ortasından su axmadığı üçün bir neçə yerdə quyu qazdırdı və bu quyulardan çoxlu su çıxdı. Bundan sonra 1166 (1752)-cı ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu… Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar.
Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb gətirdi, onlara burada yer verdi. “Pənahabad” adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. “Pənahabadın” altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi.”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir