Yunus Oğuza “Qızıl ulduz” medalı təqdim olundu- ÖZƏL

Yunus Oğuza “Qızıl ulduz” medalı təqdim olundu

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə  Azərbaycan təmsilçilərindən həmin Akademiyanın “Türk Dünyasında İlin Ziyalısı” Beynəlxalq Diplomu və “Qızıl Ulduz” Medalı ilə təltif edilmək üçün namizədliyi  verilən  yazıçı-publisist Yunus  Oğuz artıq ödülləndirilib .
Olaylar.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk  dünyası ədəbiyyatı  və  mədəniyyətinin  inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza  “Qızıl Ulduz” medalı artıq təqdim  edilib.
Xatırladaq ki, Yunus  Oğuz  onlarla  tarixi  romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.

Romanları  Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.

İlkin mənbə: Olaylar.az

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir