Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi “Xalq qəzeti”nin redaksiyasında olub.
Qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Əflatun Amaşov tələbələrə rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiy yol və hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verib. Baş redaktor qeyd edib ki, hər zaman dövlətçiliyin inkişafına xidmət edən “Xalq qəzeti” Heydər Əliyev ideyalarının ən böyük təbliğatçısıdır.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, baş redaktorun birinci müavini Tahir Aydınoğlu bildirib ki, “Xalq qəzeti” dizaynında və formatında yeniliklər edib. Bu, müasir dövrün tələbləri ilə uyğunlaşmaq istəyindən qaynaqlanır. Mövcud xüsusda ən böyük yenilik isə analitik məzmunlu, düşündürücü materialların təqdimatıdır.
Bildirilib ki, qəzetin uğurlarının əsasında dayanan vacib amillərdən biri də 44 günlük müharibədəki müqəddəs Zəfərimizin yaratdığı reallıqlardır. Bu reallıqlar hadisə və proseslərə daha proqmatik yanaşma zərurətini aktullaşdırır. Ə.Amaşov azad Qarabağda həyata keçirilən nəhəng infrasturuktur layihələrinin, görülən quruculuq işlərinin də “Xalq qəzeti”nin yaradıcılıq motivlərinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Tələbələr qəzetin həm çap, həm də elektron variantı ilə tanış olublar. Onlar nəşrin internet televiziyası olan “Xalq TV”yə baş çəkiblər. Qeyd olunub ki, günün aktual məsələlərinə həsr olunmuş ictimai-siyasi, iqtisadi və digər mövzularda verilişlərin yayımlandığı “Xalq TV” qısa müddətdə populyarlıq qazanmağı bacarıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi fevral ayından etibarən Mətbuat Şurasında təcrübə proqramı keçir. Onlar bu proqram əsasında Şuranın təşkilatçılığı ilə ölkəmizin tanınmış qəzet və saytlarında olublar. Təcrübə proqramı mayın 24-də başa çatır.
Mənbə: Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurası
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru