Pərviz Yəhyalı – Rza Diqqəti haqqında

Rza Diqqəti haqqında

Onun doğma Təbrizi qana boyananda hamı kimi düşünmədi. İnqilab adı altında pəhləviləri əvəz edən şarlatanlar mahiyyət ehtibarı ilə eynən türkə və türkçülüyə asi olduqlarını bəyan etdi. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxardı. Məhbəs həyatı yaşadı, amma gerçəklik aşiqi olmaqdan vaz keşmədi. Mühacir həyatı yaşadı, ancaq çətinliklərə sinə gərib haqq carçısı olmaqdan əl çəkmədi.
Ruandadakı vəhşiliklərə, Əfqanstandakı müharibə acılarına, Somalidəki aclığa, Xocalıdakı erməni faşistlərinin azğınlığına, Sovet-rus imperiyasının 9 aprel Tibilisi qətliamına 20 Yanvar Bakı qırğınına özünəməxsus etiraz edən Rza Diqqəti dünyaya təkbaşına əsil həqiqəti çatdırmağa müvəffəq olmaqla yanaşı, yaşanan gerçək tarixlərin izinin itirilməsinə sipər olmağı bacardı. Onun üçün tikanlı dəmir məftillər, keçilməz sərhədlər, quş belə uçması mümkünsüz olan sədlər maneə olmaqda aciz oldu. Və o neçə-neçə susmuş vicdanları dilə gətirtməyi bacardı, görməzdən gəlinənlərə görmək məcburiyyəti diqtə etdi.
Erməni vəhşiliyinə məruz qalan azərbaycanlı körpənin şəkilini Fransada sərgidə çırıb atan ”mədəni” erməniləri Rza Diqqəti özünəməxsus şəkildə ifşa etdi. O sərgidə çırılmış şəkilin də şəklini çəkib başqa sərgilərdə nümayiş etdirməklə erməni xislətini dünyaya car çəkdi.
Fotojurnalist, kinorejissor, ssenarist Rza Diqqəti ilə gözəl bir yaz səhərində doğma Bakımızın tarixi küçələrinin birində görüşmək, xoş ovqata köklənmək çox böyük məmnunluq yaşatdı.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir