
Əziz dostlar. Azərbaycan Ədəbiyyat Fondu olaraq növbəti tədbirimizi mayın 23-də keçirəcəyik. Saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstanın Xaq yazıçısı Sultan Rayevin “Dəlixana” romanının təqdimatı olacaq.
Bu, fondumuzla “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi – “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır.
Kitab “XAN” nəşriyyatında nəşr edilib. Layihə rəhbərləri ikidir – Hədəf Şirkətlər Qrupu, eləcə də Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və mən – bəndəniz.
Kitabı dilimizə Aysel Oğuz çevirib, redaktorlar Yunus Oğuz və Cavid Qədirdir.
Deyim ki, çox möhtəşəm romandır. Gəlin, maraqlı olacaq.
Hörmətlə: VARİS
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru