Qəzənfər Məsimoğlu – Arəstə

QƏHRAMAN ARƏSTƏSƏN

44günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə baxışovanın ruhuna dərin ehtiramla…

Salam, əziz ruhuna,
Salam, əziz adına.
O müqəddəs, o uca,
O saf, təmiz adına.

Şəhidlik ölüm deyil,
Şəhidlik ölməzlikdir.
Başına dolandığım
Ziyarətgah, ocaq, pir.

Sən bənzərsiz zəfərim,
Sən mənim rahat anım.
Şəninə nə söyləyim,
Nə yazım, rahatlanım?

Müsəllah əsgər oldun,
Yurdun ağır günündə.
Düşmənlər diz çökdülər,
Dava günü önündə.

Tomrisimin bənzəri,
Burla Xatun barısan.
Nigarımın sələfi,
Həcərin oxşarısan.

Əbədi qürur kimi,
Qəlbimdə bitən qızım.
Bir zərif qız getmişdin,
Qayıtdın VƏTƏN qızım.

Ruha qida şeirsən,
Könül açan bəstəsən.
Sən xanım Arəstə yox,
Qəhraman Arəstəsən!

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir