
Atama
Qəlbim qan ağlayır,gözlərim dolur.
Nə çoxluq görürəm,nə də azlığı,
Uzağa getməyin,bərkə düşməyin ,
Siz məndən soruşun atasızlığı…
Qoyub gözlərimi illərdi yolda,
Hər yerə,hamıya salsam da soraq.
Ümüdüm qalmayıb dönəcəyinə,
Uçub ,tökülübdü söykəndiyim dağ.
Onsuz itirmişəm,həftəni-ayı,
Nə qışım bəllidi,nə də yazlığım,
Çarəsiz qalmışam dərdlər içində,
Ən böyük dərdimdi atasızlığım..
Həqiqət çox ağır olsa da belə,
Ömürdən nə qalıb?hər gün sayıram.
Gözümün önündən keçirib bir-bir,
Onlu günlərimi xatırlayıram.
Ruhu öz ruhmdu,doğmadı mənə,
Surəti ömürlük baxışlarımda,
Məzarı üstünə gedib hər dəfə,
Təskinlik tapıram göz yaşlarımda.
Qəlbim qan ağlayır, gözlərim dolur,
Nə çoxluq görürəm, nə də azlığı.
Uzağa getməyin, bərkə düşməyin,
Siz məndən soruşun atasızlığı..
15.06.2024.
Müəllif: Mərziyyə SARVAN
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru