
Səni tanıyandan səni sevəndən ,
Doğur ürəyimdən günəş hər səhər.
Könlümü esqinə əsir edəndən
Boyanır nuruna elə bil şəhər
Ruhum qanad açıb pərvaz eyləyir,
Səadət dünyamın yolları üstə.
Gah sənə,gah mənə min naz eyləyir,
Sən adlı sevginin qolları üstə .
Sanki təbiətin dəyişib rəngin,
Sanki aylarında çoxalıb sayı.
Dəyişib fəsil də ,gün də ahəngin,
Yeni ay yaranıb məhəbbət ayı.
Ay da bədrlənir necə bəq vurur,
Yaman işvə ilə yanıb, alışır .
Ulduzlar gecənin seyrinə çıxır,
Eşqindən güc alıb, göydə sayrisir.
Səni tanıyandan, səni sevəndən,
Gözümdə təbəssüm yuvasın qurub,
İsidib könlümün yurd-yuvasını,
Ömrümdən kədəri,qəmi də qovub.
Müəllif: Yadigar TƏVƏKGÜL
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru