Səyavuş Sərxanlının şeirləri

Bu görüş

Mənə yuxu kimi gəlir bu görüş…
Qurbanı olduğum həqiqətiylə,
Oduna yandığım qəm sərvətiylə,
Dadıyla-duzuyla hərarətiylə
Mənə yuxu kimi gəlir bu görüş.

Ayrılıq gözümü yaman qorxudub,
Könül – zülmət evi, sən ona işıq;
Bu şirin vüsalın əlindən tutub,
Ağrı-acıları tamam unudub,
Elə bil dünyadan oğurlanmışıq.

Mənə yuxu kimi gəlir, əzizim,
Sinəmə çay kimi axan bu saçlar;
Mənə yuxu kimi gəlir, əzizim,
Bu nurlu həyəcan, şirin təlaşlar,
Gözümdən gül kimi üzülən yaşlar.

Qoy yanım oduna, kül olum tamam;
O göy deyilən də, bu yer üzü də,
Ayrılıq, intizar, həsrət sözü də,
Eşqim də, qəlbim də, sənin özün də
Mənə yuxu kimi gəlir bu axşam…

Müəllif: SƏYAVUŞ SƏRXANLI

SƏYAVUŞ SƏRXANLININ YAZILARI

SƏYAVUŞ SƏRXANLININ ŞEİRLƏRİ

Hazırlayan: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir