Elxan Zalın doğum gününə tezislər

Elxan Zalın doğum gününə tezislər

26 iyun – Azərbaycan tarixinə ordu günü, Azərbaycan şeiri tarixinə isə savaş ayələrinin müəllifi Elxan Zal Qaraxanlığnın doğum günü kimi daxil olub:

Budur türkün ordusu
Bayrağında ay gəlir!
Ölümə qənşər duran
Yenilməz alay gəlir.

Ərənlər – gözündə qan!
Nə yağma var, nə talan!
Ölümsüzlük axtaran
İgidlər kolay gəlir.

Türkdü türkün qardaşı!
Axınların yoldaşı!
Türkü deyir minbaşı,
Min ağızdan hay gəlir!

Türkçü şeirimiz iki dönəmə ayrılır – Elxan Zala qədərki və Elxan Zal dönəmi. Elxan Zaldan sonrakı dönəm hələ ki yoxdur.
Elxan Zal ədəbi yaşıdlarımız arasında həm istedad, həm də intellektə malik az saylı imzalardan biridr. O, məclislərdə yaratdığı bütün şeytani gərginliyə baxmayaraq, “İncil” və “Tövrat”ı əzbər bilən bəlkə də yeganə söz adamıdır.
Onun şeirdə öz havası, öz ritmi, öz teması, öz məzmunu var. O minillərdir ki, daş kitabələrdə mürgüləyən bədii yaddaşımızn 90-cı illərin gurultusundan qəfil ayılışıdır. Ona görə belə fərqli görünür. Onun qismətinə yol açmaq, körpü salmaq, birinci olmaq düşüb. Ramiz Rövşən bu misranı həm də onun üçün yazıb: “Özün öz yolunsan. ilan balası!”
O, kənddən aralıda yaşayan, amma kəndə uzaq məsafədən təsir edən şamana, maqa bənzəyir. Ağındandır, yoxsa qarsından. hələ dəqiq bilmirəm.
Amma Elxana bundan sonrakı ömründə ancaq ağ günlər arzulayır, onu doğum günü münasibətilə dostlar adından təbrik edirəm!

Müəllif: Əsəd CAHANGİR

ƏSƏD CAHANGİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir