Məhəmməd Kərimov – Xoşbəxtlik Aksiomu

                Xoşbəxtlik Aksiomu

–          Yenə gəlmisən?
–          Eynən, yenə buradayam.
–          Nədən belə edirsən?
–          Nə edirəm? – biraz susaraq ətrafa nəzər etdim – fikrimcə etdiyim hər şey doğrudur.
–          Bəlkə fikrində yanılırsan, əzizim?
–          İnanmıram belə bir hal olsun – deyərək qətiyyətlə bildirdim.
–          Dünyada çox insan var, mütləq sənin də ürəyinə yatan biri olacaqdır. Buna inan..
–          İnsanlar çoxdur, amma heç biri əksim deyil, anlayırsan məni? – sualını verərək ayağa qalxdım və qarşımdakı dalğalı dənizə tərəf bir necə addım atdım.
–          Öz əksini istəyirsən, eynilə sən olsun?
–          Əlbəttə, yalnız o zaman düzgünlük ola bilər.
–          Hansı düzgünlükdən danışırsan? Anlamadım.
–          Əllərimi cibimə salaraq gözlərimi dəniz dalğalarına həvalə edərək – xoşbəxtlik nədir?
–          Sevinc dolu olmaq, həzz verən həyat deməkdir.
–          Yox, mən xoşbəxtlik üçün nə gərəklidir, onu sual etdim.
–          Sükuta qərq olaraq – hər şəxsə görə dəyişən anlayışdır – dedi.
–          Bəs aksiomu nədir?
–          Nədir?
–          İnam – dərin nəfəs alaraq dənizin qoxusunu içimə çəkdim – inam olmasa xoşbəxtlik sadəcə şərti hal olaraq qalacaqdır.
–          Öz əksini ona görə axtarırsan?
–          Aha, eynilə. Yalnız özümə güvənə bilirəm çünki…
–          Nədən elə düşünürsən, güvənilən insanlar da az deyil axı..
–          Demədim ki, yoxdur. Xeyr, dürüst insanlar var, amma mən 100 faizdən söz edirəm.
–          Nəyin 100 faizi?
–          Xoşbəxtliyin – deyərək üzümü ona sarı çevirərək – mən ancaq sənə baxaraq 100 faiz xoşbəxt ola bilirəm.
–          Nədən mən?
–          Yenidən dənizə sarı çevrildim – çünki sənə baxdıqda tək özümü görürəm bu sonsuz aləmdə..
–          Özünlə olursan, xoşbəxt olursan mənimlə?
–          Tam yerində dedin, çünki mən səninlə tənha oluram. Anlamsız amillər üzündən küsən, bir-birinin xətrinə dəyən, arxasından işlər görən insanları görmürəm. Bir qarış torpaq üzərində qan axıdan atılan bomba və güllələrin səslərini eşitmirəm. Yalnız səninlə olduqda egosunu təxmin edən insancıqlardan tam kənar oluram.
–          Xoşbəxt olursanmı bəs?
–          Əlbəttə, yaxşı ki, varsan. Əziz Tənhalıq…
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir