Təranə Məmməd – Dan yeri sökülür…

Dan yeri sökülür…

Dan yeri sökülür, açılır səhər.
Günəş Xəzərimə ilk salam deyir.
Oyanır küçələr, oyanır şəhər,
Oyan, Məmləkətim, sabahın xeyir!

Açılır Bakımın üzündən örpək,
Birazdan alnlndan Günəş öpəcək.
Şəfəqdən şəhərə nur səpələnir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şəkidən Şirvana, Muğandan Milə,
Qədim Şamaxıdan cənub ellərə,
Günəş addımlayıb dağlardan keçir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şuşanın başından çəkilir duman,
Laçınım bəzənib-düzənib yaman!
Kəlbəcər uçadan “mən varam!” deyir.
Oyan, Məmləkətim, sabahın xeyir!

Füzuli, Zəngilan, Qubadlı gözəl,
Hərəsi bir oba, hərəsi özəl.
Ağdamdan azadlıq, hürr ətri gəlir!
Oyan, Məmləkətim, sabahın xeyir!

Canım Azərbaycan! Gözəl vətənim!
Çırpınan gəlbimsən, vuran ürəyim!
Təbiət şəninə min nəğmə deyir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir