
Çəkə bilmir yükü bu xəstə canım yaşa görə,
Ürəyim çox yorulub qanda axan yaşa görə.
Çəkinir cümlə xəlayiq deməyə haqq sözünü,
Dilimin qorxusu yox hər atılan daşa görə.
Göyü çiskin görürəm, zil gecələr qara geyib,
Günəşin gözləri enmiş qaralan qaşa görə.
Niyə hədyan baş alır, gündüzümüz dara düşür,
Atılır min qara daş haqq düşünən başa görə?
Kimə qalmış bu cahan, təxti-Süleyman, görəsən?
Niyə cahil sürüsü cəng eləyir aşa görə?
Naibə əldə qələm göylərə hey namə yazır,
Üzü tərs çərxi-fələk bircə dəfə çaşa, görə.
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru