Adilə Nəzər – ŞAİR ÖMRÜ

ŞAİR ÖMRÜ

Bir yağış oyaqdır, bir o, bu gecə,
Şairin gözləri yuxu bilməyir.
Elə dalıb gedir düşüncələrə,
Düşdüyü quyudan çıxa bilməyir.

Bu başdöndürücü həyatın sonu,
Nə zaman gələcək tapacaq onu?!
Tüstüdür o gedən qatarın donu,
Ya da bir lənətli çuxa, bilməyir.

Keçəmmir sədləri kor yorğa ilə,
Nəsihət qulaqda asırğa elə…
Oynayır tufanla, qasırğa ilə,
Çay kimi sakitcə axa bilməyir.

İstəyir əlləri bir ələ çata,
Könül sındırmağı sayıbdı xata,
Günəş tək gələnlər axı həyata,
Ay kimi buluddan baxa bilməyir.

Yazan varsa, silən yoxdu nə üçün?
Ağlayanmı ən son gülən, nə üçün?
Hər sehiri-sirri bilən, nə üçün
Dərd əl olur, şair yaxa, bilməyir.

25.07.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir