Naibə Yusif – Qayıt gəl…

Qayıt gəl…

İllərdir, yoluna dikilib gözüm,
Üzülüb ümidim, saralıb dözüm
Qaraya bürünüb şeirim, sözüm,
O sənli günləri qaytar, qayıt gəl.

Sular da yolunu salmır dərəyə,
Ceyran, cüyür gəlmir bəndə, bərəyə,
Ruhum həsrət qalıb dəli nərəyə,
O sənli ünləri qaytar, qayıt gəl.

Bütövüm doğranıb, qalıbdır yarım,
Ağlayır kamanım, sızlayır tarım,
Bitməyir illərdir heç ahu zarım,
Sənli düyünləri qaytar, qayıt gəl.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir