Qəzənfər Məsimoğlu – DOĞMA, ƏZİZ ANA DİLİM

DOĞMA, ƏZİZ ANA DİLİM

Bu gün Azərbaycan dili və əlifbası günüdür. Sözümüz kəsərli, dilimiz şirin olsun!

Nə şirindi, nə gözəldi hər sözü,
Torpaq sözü, Vətən sözü, yar sözü.
Ürəyini açmaq üçün var sözü,
Mənim doğma, əziz ana dilimin.

Bir mücrüdür, qiymətlidir, atılmaz,
Mətah deyil, bazarlarda satılmaz.
Yer üzündə bərabəri tapılmaz,
Mənim doğma, əziz ana dilimin.

Sehrlidir keçidləri, bərəsi,
Şimşəklərin gurultusu- nərəsi.
Qanadları- buludların hərəsi,
Mənim doğma, əziz ana dilimin.

Məlhəm olur, yanar qəlbi səngidir,
Rəngi təbiətin min bir rəngidir.
Hər kəlməsi bəstələnmiş cəngidir,
Mənim doğma, əziz ana dilimin.

Dədəm Qorqud haray çəkdi, hayladı,
Ad eylədi, ərənlərə payladı.
Soyu, kökü bayatıdı, layladı,
Mənim doğma, əziz ana dilimin.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir