Səndən sonra “divanədi”-dedilər…

Səndən əvvəl mən kim idim?, bilmirəm,
Səndən sonra “divanədi”-dedilər.
Ocaq bildim, hey dolandım başına,
“Bu da bu cür pərvanədi”-dedilər.

Təpə idin, dağ elədim səni mən,
Viranəydin, bağ elədim səni mən,
Məhəbbətlə ətirlədim səni mən,
“Başdan-başa sehranədi”-dedilər.

Gah enişdən, gah yoxuşdan keçirdin,
Gah tufandan,gah yağışdan keçirdin,
Neçə-neçə aldanışdan keçirdin,
“Ayrılmağa bəhanədi”-dedilər.

Dönə-dönə bağışladım, bilmədin,
Küsdüm, yenə bağışladım, bilmədin,
Səni mənə bağışladım, bilmədin,
Ünvanıma “mərdanədi”-dedilər.

Bircə ovuc külə döndün axırda,
Cadar-cadar çölə döndün axırda,
Doğmam idin, elə döndün ,axırda
“Sevgi yoxdu, əfsanədi”-dedilər.

Bir sevgini tutammadın ayaqda,
İtib batdın neçə-neçə günahda,
Misra-misra şeirləşdin varaqda,
“Bunun könlü qəmxanədi?”-dedilər.

Sənsizliyə alışmağa çalışdım,
Sənsizliklə barışmağa çalışdım,
Başım səni unutmağa qarışdı,
“Məhəbbətə biganədi “-dedilər…

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir