
KÖNLÜM
Gözəl gözlərini gizlətmə məndən,
Qalıb kirpiyindən asılı könlüm.
Bilmirəm nədındir gəzirsən gendən,
Olub qadağalı, yasalı könlüm.
Gülüşün, baxışın, sözün şahanə,
Ay kimi nur saçır üzün şahanə.
Yerişin, duruşun, özün şahanə,
Görməyib sənintək əsili könlüm.
Rəsmin həsrətinin yarasındadı,
Ağlım xallarının sırasındadı.
Lalə dodağının arasındadı,
Dilinin ucuna qısılı könlüm.
01.08.2024
Müəllif: QABİL DƏRDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru