Şəfəq Sahibli – Bir gün…

Bir gün
məni
dəli küləklərdən,
həzin nəğmələrdən,
qələmindən süzülən
duyğulu şeirlərdən
soruşacaqsan.
Səni atıb gedən
sevgilərin sonunda
məni soracaqsan ,
axtaracaqsan.
Məni yox olduğum yerdə
var sanacaqsan.
Gecələrin qaranlığında
yuxuları sındıran
dan yerindən,
üfüqdə şəfəq-şəfəq
sökülən Günəşdən
soruşacaqsan.
Arxamca boylanacaqsan
son ümidin
qırıldığı an
yenə məni düşünəcəksən.
O zaman
unutmayıb,
unudulacaqsan .
Ümidimin
talan olmuş
son nöqtəsində
məni soruşacaqsan.
Sən mənim ,
mənsə zamanın
tutub ətəyindən
sənin bitib
tükənməyən
arzularından
köçəçəyəm sonsuzluğa .
Yenə məni axtaracaqsan,
soruşacaqsan.
Özünü boş-boşuna
yoracaqsan.
Ehey,
yorma özünü!
Mən sənin üçün
ölüyəm.
İnsan öldükdən
sonra sevilir,
anılır,
amma geriyə dönmür .
Amma geriyə dönmür…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir