Zeynəb Cəmaləddin – İnanma

İnanma

Bilirsənmi, püxtə bəzək vurulan,
Hər deyilən hekayəyə inanma.
Usta-usta cilalanan, durulan,
Nə qiybətə, nə şayəyə inanma.

Bir baxırsan, siçana fil deyirlər,
Qabardırlar, köpüyə sel deyirlər,
“Dəliyə yel, əlinə bel…” deyirlər,
Şişirdilən yel qayəyə¹ inanma.

Nə güvənmə, nə də döymə dizinə,
Bil, qarışıb at izi it izinə.
Aldanaraq xoş, mehriban üzünə,
“Zəka küpü”, şər dayəyə inanma.

Hər şirin söz, xoş təbəssüm bal dadır,
Eşqə acan ürək səni aldadır.
Nə biləsən, gizli zəhər baldadır,
Ətir saçan risaləyə² inanma.

Xoş gəlirsə, dörd yanının yeləni³,
Azad etmək olmaz ruhu köləni.
Anlamazsan altı quyu, tələni,
Üstü torpaq, məsaməyə inanma.

Loğma gəlib sonda dönər boğmaya.
Çırpınarsan minnət altdan çıxmaya⁴.
Mümkündürmü boyunduruq taxmaya
Məqsədyönlü sərmayəyə inanma.

Ötər günlər, aylar, Zeynəb, say olar,
Günəş çıxar, nuru elə yayılar.
Lap kölğədə uçsa, quşu ley alar,
Yuva olmaz, hər sayəyə⁵ inanma.

02.08.2024

¹ qayə -yüksək məqsəd
² risalə – məktub, namə
³ yelən – haşiyə, çərçivə
⁴ çıxmağa, (ləhcə, dialekt)
⁵ sayə – kolğə

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir