Allah rəhmət eləsin.

BUDAQ TƏHMƏZ NİSGİLİ

Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Heç bir xəstəliyi yox idi. Sağlam həyat tərzi yaşayırdı. Vaxtaşırı şair dostları ilə çay süfrəsi arxasında aparılan ədəbi müzakirələrə qoşulurdu.
O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ”İşıqlı yol” qəzetinin nəzdində ”Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib.
”Aşıq Nabat” kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. ”Mən vətənin oğluyam”, ”Şair ürəyi” və ”Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ”Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırım” şeirlər kitabının həmmüəllifi, “Aşıq Nabat” kitabının isə tərtibçisidir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ”Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ”Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb.
“Seçilmiş əsərləri”nin II cildliyi nəşr olunub.
Ramiz İsmayıl onun həyatından bəhs edən “Ömür dastanının qıfılbəndləri” kitabını çap etdirib. Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub.
“Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi.
Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları
;

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir