Mina Rəşid – QIZILI, KÜRƏN ATIM

QIZILI, KÜRƏN ATIM

(Qarabağ atlarına)

Balasına vəfalı,
Dostunu sevən atım.
Al günəşdən rəng alan,
Qızılı, kürən atım.

Sən cıdıra çıxanda
Yel kimi ötüb keçdin.
Dağları, meşələri,
Sel kimi ötüb keçdin.

Şöhrətin-şanın gəzər
Dünyanın hər yerində.
Adıında Qarabağ var-
Möhürün üzərində.

Sən igid oğulların
Can yoldaşı, qardaşı.
Pənah xanın dostusan,
Natəvanın sirdaşı.

Xan atım, Ceyran atım,
Sən Ağdamın incisi.
Xankəndidən boy atan
Ay Cıdır mirvarisi.

Yel kimi qanadlanan
Sən zərif, həm güclüsən,
Dünyada yarışlarda,
Həmişə birincisən.

Balasına vəfalı,
Dostunu sevən atım.
Al günəşdən rəng alan,
Qızılı, kürən atım.

6 avqust 2024.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir