Budaq Təhməz – Bir gün

…BİR GÜN…

Uşaqkən bilməzdim dünyada nə var,
Sinəmdə yatırmış min-min arzular.
Bilmirdim yağacaq saçlarıma qar,
Ömrüm xatirəyə dönəcək bir gün.

Dünyanın vəfası yoxdu əzəldən,
Mən də ilham aldım bir şux gözəldən.
Heyif ki, cavanlıq tez çıxdı əldən,
Ömrüm xatirəyə dönəcək bir gün.

İnsan da çiçəktək açılıb solur,
Buludtək hərdən də boşalıb dolur.
Dünyadan köçəndə xatirə qalır,
Ömrüm xatirəyə dönəcək bir gün.

Dünyada olmasın heç vaxt nəsh illər,
Dolanacaq aylar, illər, fəsillər.
Məni oxuyacaq gələn nəsillər,
Mənim də həyatım sönəcək bir gün,
Ömrüm xatirəyə dönəcək bir gün.

Müəllif: Budaq TƏHMƏZ

BUDAQ TƏHMƏZİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                                  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir