
Dəniz gözlü
Sevənlər sevgiyə salıb özünü,
Tutub gözəlliyə doğru üzünü,
Deyir təbrikini, ürək sözünü,
Dəniz gözlü, nur bənizli Əsmaya!
Açır sevgisindən qəlbdə çiçəklər,
Danışır niyyətlə gözəl ürəklər,
Yayılır səmaya neçə diləklər,
Dəniz gözlü, nur bənizli Əsmaya!
Səadət qismətə gələn pay olsun,
Sevinc yaşamına gülən tay olsun,
Ömür gül-çiçəkli bahar, yay olsun,
Dəniz gözlü, nur bənizli Əsmaya!
Camal, istəklərin həyata keçsin,
Nəsib yollarını axtarıb seçsin,
Xoşbəxtlik Günəş tək parlayıb saçsın,
Dəniz gözlü, nur bənizli Əsmaya
18.08.24.
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru