
Üç ailə qurmayan (yəni heç qurmaq şansları da yoxdu), xanımla gün ərzində yaxın təmasda oluram
İkisinin yaşı 60 , digərininki əllini haqlayıb.
Biri gəlin, adı qardaş, özü də gəlindən seçilməyən qardaş evində, biri ata evində evli qardaşın ailəsiylə, biri anası və qardaşının ailəsiylə…
Girinc, dərdə giriftar, taleləri qəvi, ömürləri zəbun…
İkisinin özünə məxsus otaqları belə yoxdu.
İşli, güclü, namuslu- qeyrətli .
Di gəl heç birinə ürəkli yaxınlaşmaq olmur.
Elə biləsən “zapalı” çəkilmiş əl bombasıdı, indicə partlayacaqlar.
Hər şey xətirlərinə dəyir, doğan günəş, çıxan ay, axan su…
Qalan şeylər, insanlar çoxdan onların arzu və könüllərini ikiyə bölüblər.
Onlarla həmişə həlim olmağa çalışıram. Axı bu gözəl dünyada heç nə görmədilər. Heç kim olmadılar.
İmtiyazsız yaşadılar.
Gəlin olmadılar, qadın olmadılar, ən başlıcası, ən gözəli ana olmadılar.
Çox heyif.
Təkcə ana olmaq, bu həyatın bütün ağrılarının, acılarının, dəhşətlərinin , yoxluqlarının təpəsinə yekə bir qılınc çalmaq deməkdi.
Həzrət Əli qılıncı…
Allah, qadınlardan hər şeyi alsa da tək ana olmağı almasın.
Müəllif: Bircə XANIM
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru