
KÖZ
Ömrümdən bir ovuc kül qalmışdı,
külün altında
iynə ucu boyda köz işarırdı,
mən var gücümlə o külü üfürdüm,
aylarla, illərlə…
külək arxamca sovurmuşdu külü,
itmişdi ayaq izlərim,
tüstüdən kor olmuşdu gözlərim…
bir səs qulağıma pıçıldayırdı:
döz, döz, döz,
insafa gəlmirdi köz…
nəfəsim kəsilincə üfürdüm közü,
bir gün…
böyüdü, alışdı gözü,
köz-köz olmuş yaralarım qaysaq bağladı,
sevincdən ocağın küncündə
oturub doyunca ağladım…
sonra sən gəldin, gülüm…
09.08.24
Müəllif: Kənan HACI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru