Zeynəb Cəmaləddin – GƏLSİN

GƏLSİN

Möhlət daralır, mənzilə yollar kəsə gəlsin,
Allah da bilir, canda nələr var, nəsə gəlsin.

Hər kimsə ki, atsın zəri, qoy şeş qoşa versin,
Şükr eyləyirik biz, bizə bir pəncu-sə gəlsin.

Dinsin səhərin eşqi ilən bülbülü şeyda,
Bülbül səsinin aşiqi canlar səsə gəlsin.

Aşiqsə əgər, hay-küyə çox əhli-cəhalət,
Qarğa bazarından yığılıb səs-səsə gəlsin.

Cidanı alar, gizləyər iblis təkin insan,
Gizlətmək üçün ta ələ cüt-cüt kisə gəlsin.

Hər qum dənəsin mərcana döndərmir İlahi,
İlbizləri yar bax, içi dürr, ölməsə gəlsin.

Meydan verərək, genlədər isən qələgahın¹,
Mümkün ki, şəyatin babadan vəsvəsə gəlsin.

Göydən nə səda gəldi, a Zeynəb, sənin üçün,
Keçsinmi məhək yoxlamasın, dürrəsə, gəlsin.

                                     31.08.2024

1 gələgah – burada: həbsxana mənasında

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir