Yol gedir gecənin səssizliyinə…

Yol gedir gecənin səssizliyinə
Əlində ağ bayraq qoca gəncliyim…
Geyinib ruhuna Qorqud öyüdün,
Yürüyür dünyanı quca gəncliyim.

Yol gedir zülmətdə sabaha qədər,
Çözür haqq-hesabı günaha qədər,
Yeddi qat torpaqdan Allaha qədər
Həqiqət arayır xoca gəncliyim.

Bitməzmi qilü-qal, bitməzmi, atam?
Qurşun laylasına verməzmi xitam?
Boğulur qapqara sobada dünyam,
Tapmazmı çıxmağa baca gəncliyim?

Ərən meydanından keçməsə yolu,
Döyər qapısını yağış, qar, dolu,
Bükülər dizləri, boşalar qolu,
Enər pərdə-pərdə uca gəncliyim.

Yol alar əzəldən Haqq dərgahına,
Çevrilər yurd – Vətən səcdəgahına,
Tapınıb bir olan Qibləgahına
Tökər dərdi-qəmi saca gəncliyim.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir