
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Azərbaycanda 15 sentyabr tarixi “Bilik Günü” kimi qeyd olunur.
Prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub.
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Milli təhsil strategiyası, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edən Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur.
Mənbə və Ətraflı:
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru