Fəridə Ləman – Ay samovar

Ay samovar

Neyləyəsən göz düsəndə,
Bir aləmsən köz düsəndə.
Çay dadından söz düsəndə,
Olmaz sənə tay, samovar.

Tüstün fikir dumanıdır,
Bir elin xoş gumanıdır.
Min bir dərdin dərmanıdır ,
İçirtdiyin çay,samovar.

Boş günün yox bircə dənə,
Çox doğmadır üzün mənə.
Fəridə də zümzümənə,
Qoşulubdur, ay samovar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir