
Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Cihangir NOMOZOV, “Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun “Unutmaz məni, bağım”,
Usman Nasir, “Berdak Karagbay oğlu”
xatirə nişanları”nın sahibidir.
Türkiyənin “Güzel Alanya” mükafatı laureatı.Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya,
Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
ŞEİRİM…
Hər gündə mən sənə şeir yazaram,
Lakin verəmmirəm sənə birini.
Hər gün sənə bağdan güllər üzürəm,
Lakin verəmmiəm sənə birini.
Qəlbin təndirindən üzüb verərəm,
Bizim sevgimizin isti fətrini.
Sizə gül verərəm, yoxdur sovqatım,
Verə bilməyirəm ləl, tac- taxt, fəqət.
Səninçün yaşatdım, al bu eşqimi,
Al, sənə ürəkdə hədsiz məhəbbət.
Al mənim canımı, can gərək olsa,
Verim sənə qəlbən ürək sirrimi.
Canımı, ömrümü vrtsəm də sənə,
Əfsus verəmmirəm bir şeirimi.
Keçən günlərimin hamısı röya,
Zaman geri dönməz, yersiz əlaclar.
Gəncliyin darıxan çölləri kimi,
Gülaçma dövrünü bilir ağaclar.
Lakin xatirədə yaşayar keçmiş,
Ürəkdən silinməz illərin izi.
Sönsə də göylərin ayı, ulduzu
Əsla unudulmaz var olmaq sözü!
BAHARIM
Ey baharım, sən hardasan, ey baharım,
Qışda qəlbim mürgülədi, donub keçdim.
Kim dinləyər, nədir qəlbdə ahu-zarım,
Dərdlərimi kağızlara deyib keçdim.
Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadı, xəzan oldu.
Unudulub aydan aydın arzularım,
İstəyini tapa bilmək güman oldu.
Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan mənə ilham biganədir,
Qələmimi qara rəngi dönüb getdi.
Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salaraq gəl,
Bu canımdan keçdi mənim əzablarım,
Bir də mənə şadlıqları alaraq gəl.
Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, könülə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Gəlib mənim ürəyimdə yaşa indi.
Səhraya dönübdür daşlıq ürəyim
Allahım mehriniz abad olarmı?
Yağışa çevrilib yağar diləyim,
Doğrudan, arzular bərbad olarmı?
Şamtək əriməkdə səbrim, taqətim.
Qələbə onları udae həm yəqin
Taleyin əlində bəxtim, qismətim,
Ürəkdə parlarmı ümidli çağın
Gözlərim pərişan dikilib durar,
Xəyal çaşıb alır yolun haraya?
Arzular qanadın uçuşa açar,
Məni alıb gedər ürəyim Aya.
Səninçün çoxluca darıxdım yaman,
Hicran cığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…
Məsafələr bizi ayırdı, canım,
Yollar sevgimizə oldular zaval.
Görüş istəməklə ötər hər anım,
Həsrət duran yerdə gözləyir vüsal…
Rəngləri saralıb, tökülməkdədir,
Səninçün açılan qızılgüllərim.
Qəlbimdə gül açan həsrətim, sənə
Bahar güllərindən ətir yolladım.
Müəllif: Cihangir NOMOZOV
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru