Şahin Həmidi – Payıza məktub

Payıza məktub

Gözəl görünürsən payız günündə
Bu üzlə, bu gözlə, bu qaşla payız.
Bu bulaq önündə, bu çay önündə
Dayanma qorxulu baxışla payız.

Yığıb yığışdırsın torpaq varını,
Bağ- bağat götürsün bəhər-barını.
Sal qızıl suyuna yarpaqlarını,
Meşəni qızılla naxışla, payız.

Dərədən, təpədən, düzdən geyinib,
Altdan qıfıllanıb, üstdən geyinib,
Əyninə dumandan, sisdən geyinib,
Ana təbiəti alqışla, payız.

Güllərin üstünə tökmə ahını,
Nəfsindən uzaqlaş, boğ tamahını,
Torpaqdan üsr istə, yu günahını,
Küləklə, günəşlə, yağışla, payız.

Şaxtaya, sazağa vermə amanı,
Yaxşıya ürək ver, pislə yamanı.
Əhv elə dərədə dustaq dumanı
Onu azad elə, bağışla, payız.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir